az | ru | en
 
  BAŞ SƏHİFƏ   MİLLİ ARXİV
  ARXİV İŞİ   ARXİV ŞƏBƏKƏSİ   BEYNƏLXALQ ƏMƏKDAŞLIQ   QANUNVERİCİLİK   QALEREYA   ƏLAQƏ
  
FOTOQALEREYA





MƏKTUB YAZ
QƏBUL GÜNLƏRİ
MENU
Mərkəzi Ekspert-Yoxlama komissiyası
Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi
Nəşrlər
Linklər
E L A N L A R
Milli Arxiv İdarəsi Beynəlxalq Arxivlər Şurasının üzvüdür

www.ica.org 

BEYNƏLXALQ  ARXİV  ŞURASI

 (B A Ş) 

         Beynəlxalq Arxiv Şurası UNESCO nəzdində məsləhətçi statusu olan beynəlxalq qeyri-hökümət təşkilatıdır. BAŞ-ın məqsədi heç bir fərq və məhdudiyyət qoymadan bütün ölkələrin arxiv təşkilatları və arxivçiləri ilə qarşılıqlı münasibətlərin və əməkdaşlığın inkişafı, arxiv idarəetmə inkişafı, arxiv idarəetmə sahəsində nəzəri və praktiki araşdırmaların tətbiqi, peşəkar arxiv tədqiqatına dəstək və inkişaf etməkdə olan ölkələrin arxiv işinə texniki yardım göstərməkdən ibarətdir.  

Baş Assambleya  

         BAŞ-ın səlahiyyətli orqanı Baş Assambleyadır. Baş Assambleyanın tərkibi aşağıdakı kimidir:

         a) İcraiyyə Komitəsinin üzvləri və BAŞ-ın regional şöbələrinin və seksiyaların sədrləri

         b) A, B, C kateqoriyalarının hərəsindən 1 nümayəndə

         c) D və E kateqoriyalarının üzvləri 

         Baş Assambleyanın iclası 4 ildən bir konqreslə eyni vaxtda keçirilir. Baş Assambleyada BAŞ-ın bütün üzvləri çıxış edə edə bilərlər, lakin səsvermə hüququna yalnız A və B kateqoriyalarının üzvləri malikdir. Bu da qərarların qəbul olunmasında coğrafi tarazlığın saxlanması məqsədini daşıyır.  

Nümayəndələr toplantısı 

         Nümayəndələr toplantısı hər il Baş Assambleyanın iclasları arası keçirilir. Burada BAŞ-ın milli üzvləri təmsil olunur. İclasların əsas məqsədi illik büdcənin təsdiqi, üzvlük haqqının müyyənləşdirilməsi, Baş Assambleyanın sonuncu iclasından irəli gələn digər cari məsələlərin müzakirə edilməsidir. Nümayəndələrin toplantısı “Dəyirmi Masa” Beynəlxalq Konfransları ilə eyni vaxtda keçirilir.  

Daimi komissiyalar 

         Baş Assambleya BAŞ-ın spesifik işləri üzrə İcraiyyə Komitəsi və Baş Assambleyanın qarşısında cavabdeh olan daimi komissiyalar təşkil edir. Bütün komissiyalara BAŞ-ın vitse-prezidenti sədrlik edir.            

        Arxiv işinin inkişafı komissiyası – CAD.

        İdarəetmə proqramları üzrə komissiya – CMP.

        Yardım proqramı üzrə komissiya – CSP.           

        Kommunikasiya üzrə komissiya – COM.  

BAŞ-ın İcraiyyə Komitəsi 

        BAŞ-ın İcraiyyə Komitəsi 4 ildən bir keçirilən konqreslərə rəhbərlik edir. İcraiyyə Komitəsinin iclası Baş Assambleya və ya Nümayəndə toplantısından əvvəl, ya da onların yığıncaqlarından dərhal sonra keçirilir. Bundan başqa İK-nin hər il, daha bir əlavə iclası keçirilir. Prezidentin növbədən kənar iclas keçirmək hüququ var. 

İcraiyyə Komitəsinin tərkibi

        1.       BAŞ-ın Prezidenti

        2.       Proqramların qiymətləndirilməsi üzrə komissiya rəhbəri və arxivlərin “Dəyirmi masa” Beynəlxalq Konfransının (CİTRA) rəhbəri olan iki vitse-prezident

       3.       Növbəti konqresin təşkilatçısı olan ölkənin arxiv təşkilatının rəhbəri

       4.       Beynəlxalq Arxiv Şurası regional şöbələrinin rəhbərləri

       5.       B, C, D kateqoriyalarına aid nümayəndələrin hərəsindən 1 üzv

       6.       Baş katib, xəzinədar və onun müavinləri 

BAŞ-ın konqresləri  

        BAŞ-ın konqresləri 1950-ci ildən bəri 4 ildən bir keçirilir. Konqres Baş Assambleyanın təyin etdiyi məkanda və zamanda təşkil olunur. Konqresin mövzusu 4 il, peşəkar proqramı isə 2 il qabaqcadan İcraiyyə Komitəsi tərəfindən təsdiq olunur.

       SSRİ nümayəndə heyəti ilk dəfə 1956-cı ildə 3-cü konqresdə iştirak etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi 1996-cı ildən bu beynəlxalq qurumun üzvüdür. Ölkəmizi 1996-cı ildə Pekində ilk dəfə 13-cü və 2000-ci ildə Barselonada 14-cü konqresdə Milli Arxiv İdarəsinin rəisi A.Ə.Paşayev təmsil etmişdir. 

BAŞ-ın Paris ofisi, nəşrlər 

       BAŞ-ın qərargahı Parisdə yerləşir. Burada BAŞ-ın baş katibi və daha 6 əməkdaşı işləyir.

       Əvvəlki dövri jurnallar “Arxivium” və “Yanus” əvəzinə 2001-ci ildən “Komma” jurnalı buraxılır. “Komma” latın dilində vergül mənasını daşıyır, bununla oxuculara bir anlığa dayanmaq, arxivçi sənətinin dinamikası və qaydaları haqqında düşünmək təklif olunur.

BAŞ-ın üzvləri 

       BAŞ-ın təxminən 1400 üzvü var. İcraiyyə Komitəsinin iclaslarında BAŞ-a üzvlüyə qəbul olunmaq, üzvlükdən çıxmaq və ya bir kateqoriyadan digərinə keçmək məsələlərinə baxılır.

      BAŞ-da 5 üzvlük kateqoriyası var:     

      A kateqoriyası – arxiv işini idarə edən milli orqan və Milli arxivlər      

      B kateqoriyası – arxivçilərin milli birlikləri və cəmiyyətləri           

      C kateqoriyası – arxiv idarəçiliyi, mühafizəsi və ya arxiv kadrlarının hazırlanması ilə məşğul olan arxiv müəssisələri      

      D kateqoriyası – fərdi üzvlər     

      E kateqoriyası – fəxri üzvlər

      Azərbaycan Respublikası Milli Arxiv İdarəsi 1996-cı ilin avqustun 22-i A kateqoriyasına qəbul edilmişdir.   

Arxivlərin “Dəyirmi masa” Beynəlxalq Konfransı

(CİTRA) 

       Arxivlərin “Dəyirmi masa” Beynəlxalq Konfransı Milli arxiv təşkilatları rəhbərlərinin, Milli peşəkar arxiv birlikləri sədrlərinin və BAŞ-ın seksiya sədrlərinin mühüm peşə məsələlərinin müzakirəsi üçün yaradılmışdır.  

Regional bölmələr            

        BAŞ-ın üzvləri öz coğrafi ərazilərində əməkdaşlığı daha da gücləndirmək məqsədi ilə regional bölmələr yaradırlar. Hal-hazırda 11 regional bölmə mövcuddur.  

        1.       ALA -                     Latın Amerikası arxivlərinin birliyi

        2.       ARBİCA                  Ərəb ölkələrinin birliyi

        3.       CARBİCA                 Karib regional bölməsi

        4.       EASTİSCA               Şərqi Asiya regional bölməsi

        5.       ESARBİCA               Şərqi və Cənubi Afrika regional bölməsi

        6.       EURASİCA               Avrasiya regional bölməsi

        7.       EURBİCA                 Avropa regional bölməsi

        8.       PARBİCA                 Sakit okean regional bölməsi

        9.       SARBİCA                 Cənubi-şərqi Asiya regional bölməsi

       10.     SWARBİCA              Cənubi-qərbi Asiya regional bölməsi

       11.     WARBICA               Qərbi Afrika regional bölməsi    

       Azərbaycan EURBİCA (Avropa) regional bölməsinin üzvüdür. EURBICA regional bölməsində müşahidəçi kimi çıxış edən Kanada və ABŞ 2003-cü ildə Şimali Amerika regional bölməsini yaratmaq qərarına gəldilər. İsrail isə EURBİCA bölməsində müşahidəçi kimi iştirak etməkdə davam edir.  

Seksiyalar

        Seksiyalar ümumi peşə marağı və oxşar fəaliyyəti olan BAŞ üzvlərinin tələbi ilə yaradıla bilər. İcraiyyə Komitəsinin təklifinə və səs çoxluğuna əsasən Baş Assambleya hər bir seksiyanın təsis olunmasını və onun əsasnaməsini  təsdiq etməlidir. Hər seksiyanın sədri və katibi 4 il müddətinə təyin olunur.  

        1.       Arxiv işinin tədrisi və arxivçilərin hazırlanması seksiyası – SAE

        2.       Memarlıq seksiyası - SAR

        3.       Biznes seksiyası - SBL

        4.       Beynəlxalq arxivçilərin seksiyası - SİO

        5.       Kilsələrin və dini icmaların seksiyası – SKR

        6.       Bələdiyyə arxivləri seksiyası – SMA

        7.       Peşəkar arxiv birliklərinin seksiyası - SPA

        8.       Parlament və siyasi partiya arxivlərinin seksiyası – SPP

        9.       Universitet və elmi-tədqiqat institutlarının seksiyası – SUV 

Komitələr 

       Komitə arxiv işinə aid spesifik məsələlərə baxan və xüsusi sahələri öyrənən ekspert qrupudur. Komitələr, ya Baş Assambleyanın, ya da “Dəyirmi masa” Beynəlxalq Konfransın tələbi ilə təsis olunur. Komitələrin sədr və üzvləri rəsmi olaraq BAŞ-ın Prezidenti tərəfindən “SPM” komissiyasının tövsiyyəsi ilə 4 il müddətinə təyin olunurlar.            

      1.   Arxiv ekspertizası komitəsi - CAP

      2.       Mülayim iqlimli regionların arxiv binaları üzrə komitə - CBTE

      3.       Cari sənədlər üzrə komitə - CCR

      4.      Təsviri standartlar komitəsi - CDS

      5.       Carı sənədlərin kompüterləşdirilməsi komitəsi – CER

      6.       İnformasiya texnologiyası komitəsi - CİT

      7.       Bədii əsərlər komitəsi - CLA

      8.       Arxivlərin hüquqi məsələləri üzrə komitə - CLM            

      9.    Kommunikasiya və istifadəçilərə xidmət komitəsi - COU          

     10.   Peşə hazırlığı komitəsi - CPT        

     11.   Mülayim iqlimli regionlarda sənədlərin mühafizəsi və bərpası komitəsi – CPTE    

     12.   Tropik iqlimli regionalarda sənədlərin mühafizəsi və bərpası komitəsi – CPTR          

     13.   Möhürlər üzrə komitə - CSG                                                                   

     14.   Elm və texnologiya komitəsi - CST     

 

BEYNƏLXALQ  ARXİV  ŞURASININ  (BAŞ)

NİZAMNAMƏSİ  2007

GİRİŞ

     BAŞ-ın nizamnamə reformalarının uzun bir tarixi keçmişi vardır. Praktiki cəhətdən Arxivlərin dörd ildən bir keçirilən hər beynəlxalq Konqresdə Nizamnamənin bir və ya bir neçə maddəsi dəyişikliyə məruz qalır.  

    2000 və 2004-cü illərdə edilmiş dəyişikliklərin davamı olan 2007-ci il təftişinin məqsədi BAŞ-ın idarəçiliyinin yaxşılaşdırılması, idarəetmənin üzvlər qarşısında daha demokratik və məsuliyyətli olmasını, təsir və məsuliyyət tarazlığı vasitəsi ilə BAŞ-ın nümayəndəliyinin qlobal və qərəzsiz fəaliyyətini təmin etməkdən ibarətdir:

    2000:

    Regional filialların sədrlərinin icra Komitəsinə qaytarılması 

    Audit sisteminin tətbiq olunmasına başlanılması 

    Proqram komissiyasının yaradılması 

     2004:

     Vəzifəli şəxslərin seçki yolu ilə müəyyənləşdirilməsi 

     Vəzifəli şəxslərin rollarının işıqlandırılması

     BAŞ-ın tarixində ilk dəfə seksiya sədrlərinin icra Komitəsinin tərkibinə daxil edilməsi 

     ADMBK-nın BAŞ-a daxil edilməsi

     İşləri surətləndirmək məqsədi ilə proqram müddətinin 4 ildən 2 ilə endirilməsi  

     Professional inkişaf məqsədi ilə AİBF-nın Trestə çevrilməsi 

      2007:

      BAŞ - idarəçiliyində öhdəliklərin asanlaşdırılması məqsədi ilə yüksək vəzifəli şəxslərin idarəetmə müddətinin 4 ildən 2 ilə endirilməsi 

      BAŞ-ın idarə edilməsində milli arxiv işçilərinin məsuliyyətinin artırılması 

      Əsas idarələrin hamısında sədr müavini vəzifələrinin yaradılması 

      Vəzifəli şəxslərin məsuliyyətinin dəqiqləşdirilməsi 

      İdarəetmənin instansiya mandatlarının dəqiqləşdirilməsi  

     2007-ci il Nizamnaməsi Baş Assambleyanın 15-16 noyabr 2007-ci il tarixində təsdiq ediləndən sonra qüvvəyə minmişdir.  

2007-ci il BEYNƏLXALQ ARXİV ŞURASININ BAŞ ASSAMBLEYASI, 2007-10

Kvebek şəhəri (Kanada), 15-16 noyabr 2007-ci il 

2007-ci ilin NİZAMNAMƏSİ

 I GİRİŞ 

      Arxivlər millət və xalqların yaddaşını təşkil edir; onların eyniyyətinin əsasını yaradır və informasiya cəmiyyətinin əsas elementi hesab olunur. Aparılmış fəaliyyət və qəbul olunmuş qərarlara şahidlik edərək onlar eyni zamanda təşkilatların, ayrı-ayrı şəxslərin və dövlətlərin davamlılığını və onların hüquqlarının qanuniliyini təmin edir. Çünki onlar vətəndaşlara rəsmi informasiya almaq və xalqlara öz tarixlərini tanımaq imkanını verir, arxivlər demokratik fəaliyyətin, ictimai hakimiyyətin məsuliyyətinin artırılmasının və düzgün idarəetmənin əsasını təşkil edir. 

      Beynəlxalq Arxiv Şurasının (BAŞ) missiyası sənədlərin saxlanılmasını təkmilləşdirmək və beynəlxalq əməkdaşlıq vasitəsi ilə bütün dünya arxivlərindən istifadə etməyə imkan yaratmaqdan ibarətdir. Arxivlərin idarə olunması işini yaxşılaşdırmağa çalışan BAŞ mədəni müxtəlifliyə hörmətlə yanaşaraq dünya yaddaşının mühafizə olunması və zənginləşdirilməsinə öz töhvəsini verir.  

II STATUSU VƏ İQAMƏTGAHI 

Maddə 1

     1. Beynəlxalq Arxiv Şurası (BAŞ) mənfəət məqsədi güdməyən qeyri-hökümət təşkilatıdır.  

     2. BAŞ-ın bəyan edilmiş iqamətgahı Fransada, Paris şəhərində yerləşir. 

     3 BAŞ-ın loqotipə malik olmaq hüququ var.  

III MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 

Maddə 2

      Assosiasiyanın məqsədi sənəd və arxivlərin idarə edilməsinin və onlardan istifadə olunmasının inkişaf etdirilməsi, həmçinin bütün dünyada ölkələrin arxiv sərvətinin təcrübə mübadiləsi, professional məsələlər sahəsində araşdırmalar, ideyalar və arxiv təsisatlarının idarəetmə və təşkilatlanma vasitəsi ilə qorunub saxlanılmasından ibarətdir. 

Maddə 3

      BAŞ aşağıdakı məqsədlərə xidmət edir:

      a          digər hökümətlərarası qurumlar və beynəlxalq qeyri-hökümət təşkilatları ilə        əməkdaşlıq vasitəsi ilə bütün ölkələrdə arxivlərin inkişafına həvəsləndirilməsinə və onlara kömək göstərilməsinə;

       b          yaxşı təcrübə və normaların, o cümlədən sənəd və arxivlərin idarə olunmasında digər fəaliyyət növlərinin inkişafının irəli çəkilməsinə, təşkil olunmasına və koordinasiya edilməsinə;

      c          harada yerləşməsindən asılı olmayaraq, xüsusilə informasiya mübadiləsi yolu ilə sənəd və arxivlərin idarə olunması və saxlanması, peşəkar arxivçilərin hazırlanması ilə bağlı olan bütün ölkələrin professional, ictimai və özəl təşkilat və təsisatları ilə əlaqələrin yaradılmasına;

       d          arxiv sənədlərini geniş sahədə tanıdaraq və onlardan istifadəyə imkan yaradaraq onların istifadəsinin və qiymətləndirilməsinin asanlaşdırılmasına;

      e          bu məqsədlərə nail olmağa imkan verən hər cür başqa fəaliyyətin həyata keçirilməsinə.  

IV TƏRKİBİ 

Maddə 4

      BAŞ-ın tərkibinə daxildir:

      a          federal və buna bərabər üzv ölkələrin mərkəzi idarələri və ya milli arxiv təsisatları və ekvivalent qurumları;

     b1        sənəd və arxivlərin idarə edilməsi və saxlanması, arxiv işçilərinin ilkin və müntəzəm hazırlanması sahəsində maraq kəsb edən fiziki və ya hüquqi şəxsləri birləşdirən hər bir milli assosiasiya;

     b          sənəd və arxivlərin idarə edilməsi və saxlanması, arxiv işçilərinin ilkin və müntəzəm hazırlanması sahəsində maraq kəsb edən fiziki və ya hüquqi şəxsləri birləşdirən hər bir beynəlxalq assosiasiya;

     c          sənəd və arxivlərin idarə edilməsi və saxlanması, arxiv işçilərinin ilkin və müntəzəm hazırlanması sahəsində maraq kəsb edən fiziki və ya hüquqi şəxsləri birləşdirən hər bir təsisat;

     d          sənəd və arxivlərin idarə edilməsi və saxlanması, arxiv işçilərinin ilkin və müntəzəm hazırlanması sahəsində maraq kəsb edən fiziki və ya hüquqi şəxsləri birləşdirən hər bir arxiv təsisatının hazırki və ya keçmiş üzvü.  

 Maddə 5

1    4-cü maddənin a) və b) bəndlərində göstərilən təsisat və assosiasiyaların nümayəndələrinin aşağıdakı hüquqları var:           

     a  BAŞ-ın baş Assambleyasında iştirak etmək və səs vermək;           

     b  səs vermək və BAŞ-ın vəzifəli şəxslərinin seçilməsində iştirak etmək;           

     c  BAŞ-ın məcmuə və nəşrlərini əldə etmək;           

     d  regional filialların və seksiyaların üzvü olmaq;           

    e komitə üzvlərinin namizədliyini təklif etmək;           

    f Arxivlərin Dəyirmi Masa beynəlxalq Konfransında (ADMBK) iştirak etmək;           

    g Arxivlərin beynəlxalq Konqresdə iştirak etmək.

2            Yuxarıda adı çəkilən təsisat və assosiasiyaların baş Assambleyanın açılışına qədər üzvlük borcu varsa səsvermə hüququ avtomatik surətdə dayandırılır.

3              Bu təsisat və assosiasiyaların üzvlük borcu baş Assambleyanın açılışına qədər bir ili ötən təqdirdə onların BAŞ-a üzvlüyü avtomatik surətdə bitir. Borclarını ödəyən kimi onlar avtomatik olaraq yenidən üzvlüyə qəbul edilirlər.  

Maddə 6

1      4-cü maddənin c) bəndində adı çəkilən təsisatların nümayəndələri və d) bəndində adı çəkilən şəxslərin BAŞ-ın baş Assambleyasında səs vermək hüququ olmasa da məsələ qaldırıb müzakirə etmək hüquqları var. Onlar eyni zamanda öz regional filiallardakı, seksiyalardakı nümayəndələri və ya BAŞ-ın baş katibi vasitəsi ilə baş Assambleyaya təkliflər və ya yazılı sorğular verə bilərlər. Onların aşağıdakı başqa hüquqları da var:            

        a BAŞ-ın məcmuə və nəşrlərini almaq;           

        b regional filial və seksiyaların üzvü olmaq;           

        c komitə üzvlərinin namizədliyini təklif etmək;           

        d arxivlərin beynəlxalq Konqresində iştirak etmək.

2        Bu təsisat və şəxslər baş Assambleyanın açılışına qədər bir ildən artıq borclu olduqları halda üzvlüklərini BAŞ-da avtomatik olaraq bitirirlər. Borclarını ödəyən kimi onlar avtomatik olaraq yenidən üzvlüyə qəbul edilirlər. 

Maddə 7

1          4.a və 4.b bəndlərində adı çəkilən təsisat və assosiasiyaların üzvlüyü barədə icra Komitəsinə təsdiq edilmək üçün təklif olunub daha sonra baş Assambleyadan keçməli məsələ yekdilliklə təsdiq olunmadı.

2          4.c bəndlərində adı çəkilən təsisatların və b) bəndində adı çəkilən şəxslərin üzvlüyü barədə Büronun təsdiqinə təklif olunub daha sonra baş icra Komitəsindən keçməli məsələ yekdilliklə təsdiq olunmadı.

3          Yeni üzvlər üzvlüyə yazıldıqları və üzvlük haqqlarını ödəyən andan öz hüquqlarını həyata keçirə bilərlər. 

Maddə 8

        Baş Assambleya üzvlük haqqının həddini və onun üzvlərə şamil olunmasını müəyyənləşdirir.  

Maddə 9

       Üzvlük haqqı təqvim ilinə uyğundur.  

Maddə 10

       Üzvlük haqqı borclarının ödənişi ən geci BAŞ-ın üzvlüyündən çıxarılmağa 3 ay qalmış yerinə yetirilməlidir.

 Maddə 11

       Bütün üzvlər BAŞ-ın bir və ya bir neçə filial və ya seksiyalarının üzvü ola bilər, bir şərtlə ki, əlavə üzvlük haqqları ödənilmiş olsun.   

V FƏRQLƏNMƏLƏR 

Maddə 12

1     Baş Assambleya aşağıdakıları edə bilər:a BAŞ-a mühüm xidmət göstərmiş hər bir kəsə “BAŞ-ın Dostu” fəxri adını vermək;b arxiv administrasiyası və ya arxivlərin saxlanması, arxiv işçilərinin ilkin və davamlı hazırlığı sahəsində işləyən və ya əvvəllər işləmiş, peşəsinə mühüm töhvə verən şəxsə Fəxri üzv statusu verə bilər.

2     İcra Komitəsi beynəlxalq arxiv birliyinə mühüm xidmət göstərmiş kənar şəxslərə də fəxri fərqlənmə tətbiq edə bilər. İcra Komitəsi bu təltifləri ildə cəmi 2 nəfərə verə bilər.  

Maddə 13

1     Fəxri üzvlərin aşağıdakı hüquqları var:           

       a baş Assambleyanın qarşısında müzakirə üçün məsələ qaldırmaq;           

       b Baş katibin vasitəsi ilə baş Assambleyaya təkliflər və yazılı sorğular vermək;           

      c BAŞ-ın məcmuə və nəşrlərini almaq;           

      d arxivlərin beynəlxalq Konfransında iştirak etmək.

2     Fəxri üzvlər üzvlük haqqı ödəmirlər.  

VI BAŞ ASSAMBLEYA 

Maddə 14

1      Baş Assambleya adi sessiyalarını ildə bir dəfə keçirir.

2      O, İcra Komitəsi Sədrinin çağırışı və ya yuxarıdakı 4.a və 4.b bəndlərində adı çəkilən təsisat və assosiasiyaların üçdə ikisinin tələbi ilə növbədənkənar sessiyaya yığışa bilər. 

Maddə 15

       Baş Assambleyaya daxildir:           

       a yuxarıdakı 4.a və 4.b bəndlərində adı çəkilən təsisat və assosiasiyaların göndərdikləri təmsilçilər;          

       b 4.c bəndində adı çəkilən təsisatların göndərdikləri təmsilçilər və 4.b bəndində göstərilən şəxslər;     

      c seçilmiş vəzifəli şəxslər:                                  

       I icra Komitəsinin üzvləri;                             

      II audit Komissiyasının üzvləri;                               

      III ADMBK Bürosunun üzvləri;                                  

      IV seçkilər üzrə məsul şəxs;        

     d baş katib və onun müavini (müavinləri);          

      e peşəkar məsul şəxslər:                                 

     I proqram Komissiyasının üzvləri;                                

      II hər bir komitənin sədri və katibi;                    

      f fəxri üzvlər;    

     g icra Komitəsi tərəfindən dəvət olunmuş müşahidəçilər.

Maddə 16

1.    Hər ölkədə baş Assambleyaya göndərilən nümayəndə heyətinin tərkibi aşağıdakı qaydada müəyyən olunur:            4.a bəndində adı çəkilən təsisatların hamısından maksimum 3 nəfər;            4.b-1 bəndində adı çəkilən assosiasiyaların hamısından maksimum 2 nəfər.

2.     4.b-2 bəndində təyin olunduğu kimi baş Assambleyaya göndərilən bir üzvün nümayəndə heyəti maksimum 2 nəfər ola bilər.

3.     Regional filialların və seksiyaların baş Assambleyaya göndərilən nümayəndə heyəti maksimum 2 nəfərdən ibarət ola bilər. 

Maddə 17

       İcra Komitəsinin Bürosunun üzvlərin regional filialların, seksiyaların və BAŞ-ın digər qurumlarının təklifləri əsasında hazırladığı gündəliyin layihəsi baş Assambleyanın sessiyasının başlanmasına ən azı 2 ay qalana qədər baş katib tərəfindən BAŞ-ın bütün üzvlərinə göndərilir.  

Maddə 18

       Arxivlərin beynəlxalq Konqresinin (bax maddə 49), və ya arxivlərin dəyirmi Masasının (bax maddə 51) işindən irəli gələn qərar və tövsiyə layihələrinə Konqres və ya dəyirmi Masa ilə eyni vaxtda keçirilən baş Assambleyanın sessiyasında baxılır. Bu qərar və tövsiyələr ADMBK tərəfindən tərtib olunur. Baş Assambleya tərə indən qəbul olunmuş professional qərar və tövsiyələr BAŞ-da təmsil olunmuş ölkələrin cəminin professional rəyinin ifadəsi kimi nüfuzlu xarakter daşıyır.  

Maddə 19

       Səsvermə hüququ baş Assambleyada aşağıdakı qaydada bölünür:a 4-cü maddənin

        a) və b)maddələrində adı çəkilən hər bir təsisat və assosiasiyanın 2 səsi var;

        b) 15.c maddəsində adı çəkilən seçilmiş vəzifəli şəxslərin hərəsinin 1 səsi var;

        c) 15.e maddəsində adı çəkilən seçilmiş peşəkar vəzifəli şəxslərin hərəsinin 1 səsi var; hər kəs öz səsvermə hüququnu bir dəfə yerinə yetirə bilər;

       e BAŞ-ın ştatda olan heyətinin üzvləri, o cümlədən igamətgahdan kənarda işləyən işçilərin səsvermə hüququ yoxdur. 

Maddə 20

      Baş Assambleyada müzakirəyə məsələ qaldırmaq hüququ aşağıdakı kimidir:a 4.c maddəsində adı çəkilən təsisatların nümayəndə heyətləri və 4.d maddəsində adı çəkilən şəxslər;b baş katib və onun müavini (müavinləri);c fəxri üzvlər. 

Maddə 21

     1.     4.a və ya 4.b-1 maddələrində adı çəkilən bir nəfərdən artıq üzvü olan ölkələrdə baş Assambleyaya göndərilən nümayəndə heyətinin tərkibini, prosedurunu və səsvermə hüququnu müəyyənləşdirmək məsuliyyəti müvafiq üzvlərin öz üzərinə düşür. Razılığa gələ bilməyən təqdirdə püşk atılır.

     2.     Yalnız nümayəndə heyətinin üzvü kimi qeydiyyatdan keçmiş şəxslər öz səsvermə hüquqlarından istifadə edə bilərlər.

     3.     Baş Assambleyanın qərarları iştirakçıların sadə səs çoxluğu ilə qəbul olunur, Nizamnamədə edilən dəyişikliklər barədə qərarların qəbul edilməsi isə iştirakçıların üçdə ikisinin səs çoxluğunu tələb edir.  

Maddə 22

     1.     Baş Assambleyanın kvorumu səsvermə hüququ olan üzvlərin dörddən biri olmaqla ən azı aşağıdakı 4 coğrafi zonadan üçünü təmsil etməlidir:          

     a  Afrika və ərəb ölkələri;           

     b  Asiya və Okeaniya;         

     c  Avropa və Şimali Amerika;

    d  Latın Amerikası və Karib ölkələri. 

     2.     Kvorum yığılmayan təqdirdə baş Assambleya məşvərət məclisi keçirə bilər. Onun səlahiyyətləri icra Komitəsi tərəfindən həyata keçirilir. İcra Komitəsinin qərarları növbəti baş Assambleyanın sessiyasına qədər qüvvədə qalır. 

Maddə 23

     Baş Assambleya:     

     a  BAŞ-ın strateji istiqamətlərini müəyyənləşdirir və onun idarəetmə və başqa fəaliyyətini yoxlayır;  

     b  Sədrin BAŞ-ın fəaliyyətinə dair hesabatını təsdiq edir və qaldırılmış məsələlərə əsasən görüləcək işlər barədə qərar qəbul edir;

    c  baş katibin icra Komitəsi tərəfindən təyin olunmasını təsdiq edir;     

    d  Maliyyə məsələləri üzrə sədr müavininin maliyyə hesabatını dinləyir ekspert mühasib tərəfindən yoxlanmış hesabları təsdiq edir və ona maliyyə fəaliyyətinin dəqiqliyi barədə arayış verir;    

   e  büdcəni səsə qoyur və 8-ci maddəyə müvafiq olaraq üzvlük haqqını təyin edir;        

   f Nizamnaməyə dəyişiklikləri təsdiq edir. 

Maddə 24

      1.     Baş Assambleya öz regionlarında BAŞ-ın siyasətinin və proqramlarının icrasına məsul olan regional filialları yaradır.

      2.    Baş Assambleya ümumi professional marağı və ya oxşar professional fəaliyyəti olan BAŞ üzvlərinin xahişi ilə seksiyalar yarada bilər.

      3.   Baş Assambleya BAŞ-ın proqramları üzrə icra Komitəsinin və baş Assambleyanın qarşısında cavabdeh olan daimi komissiyalar yarada bilər. Bu komissiyalar öz mandatları çərçivəsində qərar qəbul etmək səlahiyyətinə malikdirlər. 

    VII  SEÇKİLƏR 

Maddə 25

      1.     Aşağıdakı yerlər üçün iki ildən bir qiyabi yolla seçkilər keçirilir:           

      a  Sədr öz sələfinin seçilməsindən sonra keçiriləcək ilk baş Assambleyanın bağlanmasına qədər vəzifəsində qalır;         

      b  Marketinq və İnkişaf üzrə sədr müavini;      

      c  Proqram üzrə sədr müavini.

      2.   Aşağıdakı yerlər üçün dörd ildən bir qiyabi yolla seçkilər keçirilir:           

      b Maliyyə məsələləri üzrə sədr müavini;         

     c Proqramın həyata keçirilməsi üzrə Komissar.

     3.    Aşağıdakı yerlər üçün iki ildən bir qiyabi seçkilər keçirilir:    

     a 22.1 maddəsində müəyyən olunduğu kimi ADMBK Bürosunun 4 coğrafi regionunu təmsil edən 6 üzvündən 3-ü;       

     b Audit Komissiyasının dörd üzvündən ikisi.

     4.      Seçkilər katiblik tərəfindən təşkil olunur və icra Komitəsi tərəfindən seçilmiş Komitənin tərkibindən olan bir məsul şəxs tərəfindən seçkilərə nəzarət olunur.

     5.     Seçicilər isə baş Assambleyanın sesvermə hüququ olan şəxsləridir.

     6.     Katiblik baş Assambleyanın açılmasına ən azı 6 ay qalmış bütün üzvləri namizəd irəli sürməyə çağırır.

    7.     Baş Assambleyanın açılmasına ən azı 2 ay qalmış bütün seçicilərə səsvermə bülletenləri göndərilir.

    8.    Bu maddənin müddəalarına müvafiq olaraq icra Komitəsi qiyabi səsvermənin keçirilməsinə aid qaydaların prosedurunu tərtib edir.

    9.    Səslərin daha çoxunu qazananlar seçilmiş hesab olunurlar.

    10.   İki illik mandatla seçilən şəxslər 3 dəfə yenidən seçilmək üçün namizədliklərini verə bilərlər.

    11.  4 illik mandatla seçilən şəxslər 1 dəfə də namizədliklərini irəli sürə bilərlər.   

VIII  SƏDR VƏ MÜAVİNLƏR  

Maddə 26

      1.     BAŞ-ın sədri öz fəaliyyətini Nizamnamədə nəzərdə tutulan kimi və baş Assambleyada və icra Komitəsində ifadə olunmuş rəylərə müvafiq surətdə həyata keçirir.

      2.      Sədr öz fəaliyyətinə onun seçilməsindən sonra toplanan baş Assambleya bağlanan kimi başlayır.

     3.     Sədr aşağıdakı iclaslara sədrlik edir:      

      a  baş Assambleyanın;           

      b  icra Komitəsinin;           

      c  İcra Komitəsinin Bürosunun;           

     d  ADMBK-nın (Arxivlərin Dəyirmi Masasının Beynəlxalq Konfransı). 

Maddə 27

      Arxivlərin növbəti beynəlxalq Konqresinə rəhbərliyi Konqreslər üzrə sədr müavini edir. 

Maddə 28

      1.     Konqreslər üzrə sədr müavini ADMBK-nın büro iclasına sədrlik edir və 32-ci maddədə nəzərdə tutulduğu kimi sədri əvəz edir.

     2.      Maliyyə məsələləri üzrə sədr müavini BAŞ-a məxsus olan bütün fondlara cavabdehdir:           

     a   O, Büroya, icra Komitəsinə və Baş Assambleyaya büdcə təkliflərini hazırlayır;           

     b   maliyyə idarəçiliyinə nəzarət edir;           

     c  O, Büroya, icra komitəsinə və baş Assambleyaya hesabların idarə olunması barədə hesabat verir;           

     d  O, hər il BAŞ-ın mühasibatını hesablama Komissarının yoxlamasına təqdim edir.

     3.     Marketinq və İnkişaf üzrə müavin marketinq və inkişaf məsələləri ilə məşğul olur.

     4.     Proqram üzrə müavin Proqram Komissiyasına sədrlik edir.

     5.    Sədrin müavinləri öz fəaliyyətlərinə onların seçilməsindən sonra toplanan baş Assambleya bağlanan kimi başlayırlar.

 Maddə 29

      Peşəkar arxiv işçiləri Assosiasiyaları (PAA) Seksiyasının sədri Assosiasiyaları təmsil edən müavindir. 

Maddə 30

      İcra komitəsinin birinci iclasının gedişi zamanı

      a  Regional filialların sədrləri öz aralarından həmin filialları təmsil edən bir müavin və icra Komitəsinin Bürosunda təmsil olunmaq üçün digər müavini və onların əvəzedicilərini seçirlər;

     b  22.1 maddəsində adı çəkilən ən azı 4 regionda üzvləri olan Seksiyaların sədrləri aralarında bir nəfəri Seksiyaları təmsil edən müavin və onu əvəz edən şəxsi seçirlər. 

Maddə 31

     Sədr və ya onun əvəzedicisi və bunların heç biri olmayan halda başqa sədr müavinlərindən biri BAŞ-ın qanuni təmsilçisi hesab olunur. Sədr və ya onun əvəzedicisi baş katibə sədri təmsil etmək səlahiyyəti verə bilər.  

Maddə 32

     1.    ADMBK üzrə müavin sədri məzuniyyət zamanı müvəqqəti əvəz edə bilər.

     2.   Əgər ADMBK üzrə müavin 32.1 maddəsində nəzərdə tutulduğu kimi bu vəzifəni yerinə yetirmək iqtidarında olmasa ən yaşlı müavin icra Komitəsinin növbəti iclasına qədər sədr funksiyasını daşıyır. 

 XI  İCRA KOMİTƏSİ 

Maddə 33

      İcra Komitəsi aşağıdakı tərkibdən ibarətdir:

     a  Büro (bax maddə 44);

     b  regional filialların sədrləri;

     c  22.1 maddəsində adı çəkilən 4 regiondan ən azı 3-də üzvləri olan seksiyaların sədrləri.

 Maddə 34

     1.    İcra Komitəsi baş Assambleyanın qəbul etdiyi siyasi kursun və proqramların yerinə yetirilməsinə cavabdehdir.

     2.   İcra Komitəsi baş Assambleyanın sessiyaları arasındakı intervalda BAŞ-ın fəaliyyətinin Nizamnaməyə uyğun olması üçün bütün lazımi tədbirlər görə bilər.

    3.   İcra Komitəsi təyin edir;           

        a   baş katibi         

        b   baş katibin müavinini (müavinlərini)   

       c  seçki üzrə məsul şəxsləri    

       d Arxivlərin İnkişafı üçün Beynəlxalq Fondun inzibati Şurasının (AİBF) üzvlərini.

      4.   İcra Komitəsinin BAŞ-ın baş katibə hesabat verən məvacibli və könüllü işçilər götürməsini təsdiq etmək səlahiyyəti var.

      5.  İcra Komitəsi komitələr yarada və onlara mandat verə bilər.

      6.  İcra Komitəsi müqavilə ilə mühasib ekspert işə götürür.

 Maddə 35

      Əgər icra Komitəsinin bir üzvü regional filialın və ya onun təmsil etdiyi seksiyanın üzvü ilə əvəz olunarsa onun əvəzedicisi mandatını bitirmiş hesab olunur. İcra Komitəsinin bu üzvü həmin vəzifəni iki ardıcıl mandat müddətindən artıq tuta bilməz. 

 Maddə 36

      1.   İcra Komitəsi azı ildə bir dəfə və ya sədrin istənilən çağırışı və üzvlərin üçdə birinin tələbi ilə toplanır.

      2.   İcra Komitəsində səslərin bərabərliyi halda sədrin səsinin üstünlüyü var.

     3.   İcra Komtəsinin kvorumu üzvlərin sayının yarısına bərabərdir.

     4.   İcra Komitəsinin səs verən üzvləri bu fəaliyyətə görə heç bir məvacib almırlar.

  Maddə 37

      Əgər hər hansı bir coğrafi regionda filial yoxdursa, icra Komitəsində təmsil olunmaq üçün üzv seçmək hüququ icra Komitəsinin özünə məxsusdur.

 Maddə 38

      1.     Regional filialların sədrlərinin əvəzediciləri həmin filialların daxilində büro tərəfindən seçilirlər.

      2.    İcra Komitəsinin üzvlərinin məzuniyəti zamanı onların əvəzediciləri sədrin sərəncamı ilə fəaliyyətə başlayırlar.

      3.    Əgər Arxivlərin növbəti beynəlxalq Konqresinə ev sahibliyi edən ölkə öz vəzifəsini yerinə yetirmək iqtidarında deyilsə, Konqresin keçirildiyi ölkə onun əvəzedicisini təyin edə bilər. 

 Maddə 39

      İcra Komitəsinin seçkili mandatlarının sahibləri sənəd və arxivlərin idarə edilməsi sahəsində ya da arxiv işçilərinin ilkin və davamlı hazırlanması sahəsində işləməlidirlər.

   XI  BAŞ KATİB VƏ ONUN MÜAVİNİ (MÜAVİNLƏRİ) 

Maddə 40

      1.    BAŞ Baş katibə icraçı direktor funksiyalarını həvalə edir. O, BAŞ-ın administrativ işlərinin, büronun və əməkdaşların idarə olunması ilə məşğuldur.

      2.   Baş katib BAŞ ilə bağladığı müqavilənin müddəalarına uyğun surətdə icra Komitəsinin qarşısında cavabdehdir. Onun təyinatı icra Komitəsinin iştirak edən üzvlərinin üçdə iki səs çoxluğu və baş Assambleyanın sadə çoxluğunun razılığı ilə təsdiq olunur.

     3.   Baş katib BAŞ və onun qurumlarının proqram fəaliyyətinin planlaşdırılması və koordinasiyası, BAŞ-ın gördüyü işlər barədə informasiyanın yayılması, baş Assambleyanın sessiyalarının, icra Komitəsi və Büronun iclaslarının hazırlanmasına cavabdehdir. Baş katib BAŞ-la digər təşkilatlar, arasındakı əlaqələri idarə edir və BAŞ-ın adından prinsipləri, icra Komitəsi tərəfindən razılaşdırılmış müqavilə və sazişləri imzalamağa səlahiyyəti var. 

  Maddə 41

       1.       Baş katibin müavini (müavinləri) onun təklifi ilə müqavilə əsasında işə götürülürlər. Bu müqavilə icra Komitəsinin iştirak edən üzvlərin üçdə iki səs çoxluğu ilə təsdiq olunur. Hər bir müavin icra Komitəsinə tabedir. 

      2.      Müavin (müavinlər) baş katibə onun fəaliyyətini yerinə yetirməyə kömək edir. 

Maddə 42

      Əgər baş katib yoxdursa, yaxud öz vəzifəsini yerinə yetirmək iqtidarında deyilsə və ya vəzifə müvəqqəti vakantdırsa, müavinlərdən biri onu müvəqqəti əvəz edə bilər.

  XII  MÜHASİB EKSPERT

 Maddə 43

      İcra Komitəsi ən azı iki təşkilatın təklifi əsasında hesablama Komissarı ilə müqavilə bağlayır.  

XIII  İCRA KOMİTƏSİNİN BÜROSU 

 Maddə 44

     Icra Komitəsinin Bürosunun tərkibi:       

    a  Sədr;       

   b  ADMBK-nın sədr müavini;           

   c  Konqresin sədr müavini;           

   d  Maliyyə məsələləri üzrə müavin;  

   e  Marketinq və İnkişaf üzrə müavin;           

   f  Proqram üzrə müavin;           

   g  Assosiasiyaları təmsil edən müavin;  

   h  30.a maddəsində adı çəkilən regional filiallar üzrə müavin;          

   i  30.b maddəsində adı çəkilən seksiyalar üzrə müavin;           

   j regional filialın bir sədri;           

    k səsvermə hüququ olmayan baş katib;          

   l baş katibin səs hüququ olmayan müavini (müavinləri)

 Maddə 45

     1.      Büro icra Komitəsinin ona tapşırdığı hər hansı bir məsələ üçün, həmçinin icra Komitəsinin iclasları arasında qərarların yerinə yetirilməsinə cavabdehdir.

     2.      Büro icra Komitəsinin iclaslarını hazırlamağa cavabdehdir.

     3.     Büro aşağıdakı məsul şəxsləri təyin edir:           

     a  proqram Komissiyasının üzvləri;           

     b  komitə sədrləri;           

     c  layihə qruplarının üzvləri;           

    d   BAŞ-ın nəşrlərinin redaksiya Komitəsinin üzvləri.

 Maddə 46

     Büronun iclaslarının hesabatları icra Komitəsinin üzvlərinə göndərilir.

  XIV AUDİT KOMİSSİYASI 

Maddə 47

      1.     Audit Komissiyası proqramı Dəyələndirmə üzrə Komissar titulu olan sədrdən və 4 üzvdənn ibarətdir; hamısı 25.3.b maddəsinə müvafiq olaraq qiyabi (poçtla) səsvermə yolu ilə seçilib. Komissiya öz üzvlərindən bir sədr müavini və bir katib seçir. Komissiya BAŞ-da əlavə heç bir başqa iş görmür.

      2.      Audit Komissiyası BAŞ-ın proqramının və daxili və kənar əlaqələrin nəticələrinin qiymətləndirilməsinə cavabdehdir.

     3.      Audit Komissiyası icra Komitəsi və baş Assambleyaya hesabat verir.

    4.      Proqramı qiymətləndirmə üzrə cavabdeh komissar BAŞ-ın istehsal etdiyi bütün sənədləri əldə edə bilər və BAŞ-ın, onun qurumlarının iclaslarında iştirak edə bilər.

     5.     Audit Komissiyası öz missiyasını həyata keçirmək üçün lazımi büdcəyə malikdir. 

 XV  PROQRAM KOMİSSİYASI 

Maddə 48

      1.    Proqram Komissiyası icra Komitəsinin Bürosu tərəfindən seçilmiş və təyin olunmuş Komissiyaya sədrlik edən sədr müavinindən və bir neçə üzvdən ibarətdir. Maliyyə üzrə sədr müavini, baş katib və onun müavini (müavinləri) büro üzvləridir.

      2.    Proqram Komissiyası BAŞ-ın professional və texniki proqramının hazırlanması və yerinə yetirilməsi, ADMBK-in Bürosu ilə birgə regional filialların, seksiya və komitələrin fəaliyyətinə nəzarət, BAŞ-ın beynəlxalq konqres, konfrans, seminar və kollokviumlarının mövzusu məsələləri üzrə cavabdehdir; o, Arxivlərin İnkişafı üçün beynlxalq Fondun (AİBF) sifarişləri ilə icra Komitəsinə məsləhətlər verir.

      3.    Proqram Komissiyasının üzvləri ekspertizanın davamlılığını təmin etmək məqsədi ilə Komissiya daxili işdən çıxma təqvimi təklif edirlər.

     4.    BAŞ katib katibliyin işini təmin edir.

     5.  Proqram Komissiyası icra Komitəsinə hesabat verir.  

XVI  ARXİVLƏRİN BEYNƏLXALQ KONQRESİ 

Maddə 49

      1.   Arxivlərin beynəlxalq Konqresi hər dörd ildən bir baş Assambleyanın təyin etdiyi tarixdə və məkanda keçirilir.

      2.  Baş Assambleya ən azı Konqresin keçirilməsinə 4 il qalmış icra Komitəsinin təklifi ilə onun keçiriləcəyi yer barədə qərar qəbul edir.

 Maddə 50

      1.   İcra Komitəsi və proqram Komissiyası hər beynəlxalq Konqresin təşkilat komitəsi ilə əməkdaşlıq edir. İcra Komitəsi Konqresin başlanmasına 4 il qalmış onun mövzusunu, iki il qalmış professional proqramını təsdiq edir.

      2.  Konqresin ev sahibi ADMBK-in Bürosunun üzvü olmalıdır.

      3.   ADMBK-in Bürosu proqram Komissiyası ilə birgə baş Assambleyanın qərar və tövsiyələrini hazırlayır.

      4.  ADMBK-in Bürosu qərarları hazırlamaq üçün digər üzvlərlə də əməkdaşlıq edə bilər. 

 XVII  ARXİVLƏRİN DƏYİRMİ MASA BEYNƏLXALQ KONFRANSI 

Maddə 51

      1.   Arxivlərin Dəyirmi Masa beynəlxalq Konfransı (ADMBK) 15.a maddəsində adı çəkilən BAŞ-ın baş Assambleyasının nümayəndə heyətlərinin; 15.c, d və e maddəsində adı çəkilən vəzifəli şəxslərin; 15.f maddəsində adı çəkilən fəxri üzvlərin; 15.g maddəsində adı çəkilən müşahidəçilərin illik toplantısıdır. O, beynəlxalq Konqreslərin intervalında təşkil olunur.

     2.     ADMBK –nın məqsədi strateji maraq kəsb edən və əsas professional məsələlər mövzusunda debatlar aparmaq üçün forum xidməti göstərməkdir. 

Maddə 52

       1.     ADMBK –nın Bürosunun tərkibi:           

      a  ADMBK üzrə sədr müavini;           

      b  Maliyyə üzrə sədr müavini;           

      c  ADMBK –nın katibi vəzifəsini icra edən baş katibin müavini;          

      d  25.3 a maddəsinə müvafiq qiyabi yolla seçilmiş 6 müavin, 22.1 maddəsində müəyyən olunmuş coğrafi regionu təmsil edir;

       e  aidiyyəti dövr üçün ADMBK –nın ev sahibi olan ölkələr;    

      f Arxivlərin Beynəlxalq Konqresinin növbəti ev sahibi;           

      g  baş katib.

     2.   ADMBK-nın Bürosu Arxivlərin İllik Dəyirmi Masa beynəlxalq Konfranslarının təşkil olunmasına cavabdehdir; o, ADMBK-nın proqramını tərtib edir.

      3.  ADMBK-nın Bürosu proqram Komissiyası ilə birgə baş Assambleyanın qərar və tövsiyələrini hazırlayır. 

Maddə 53

      İcra Komitəsi konfransın keçirilməsinə 3 il qalmış ADMBK-nın Bürosunun təklifi ilə ADMBK-nın keçiriləcəyi yer barədə qərar qəbul edir.

 Maddə 54

      ADMBK-nın Bürosu icra Komitəsinin təsdiq etdiyi bu Nizamnamə ilə harmoniyada olan öz daxili reqlamentini yarada bilər. 

XVIII  REGİONAL FİLİALLAR 

Maddə 55

    1    BAŞ-ın məqsədlərini yerinə yetirmək və aid olduqları region miqyasında əməkdaşlığı gücləndirmək arzusunda olan üzvlər regional filial formasında qruplaşa bilərlər. Regional filiallar aşağıdakı şərtləri yerinə yetirməlidirlər:

    a 4-cü maddədə adı çəkilən regionda idarəsi olan üzvlərin ən azı yarısı regional filiala aid olmalıdır;

    b 4-cü maddənin a) və b) abzaslarında göstərilən şərtlərlə üzv ola bilən hər bir təsisat və assosiasiya regional filiala üzv olmazdan əvvəl BAŞ-ın üzvü olmalıdır. Regional filiallardakı üzvlərin idarəetmə işləri BAŞ-ın Katibliyi tərəfindən təmin olunur;

   c 4-cü maddənin a) və b) abzaslarında göstərilən üzvlərin və ya təsisat, assosiasiya və fərdlərin hansı keyfiyyətdə üzv qəbul edilməsində regional filiallar sərbəstdirlər;

    d BAŞ-ın üzvləri öz coğrafi məkanından kənar filiala da üzv ola bilərlər (əgər üzv olmaq isədikləri regional filialın bürosu buna razılıq verərsə);

    e regional filiallar öz sədr və onun əvəzedicisini (sədr olmayan halda icra Komitəsində oturur), baş katibi və digər vəzifəli şəxsləri seçir; onların filialın fəaliyyəti və proqramlarına cavabdeh olan büronun tərkibini formalaşdırırlar;f regional filialın üzvləri azı iki ildən bir görüşürlər.

    2   Baş Assambleyadan regional filial yaratmaq barədə xahiş etməzdən əvvəl üzvlər maksimum 8 il müddətində müvəqqəti regional filialda qrupplaşa bilərlər. Müvəqqəti regional filiallar bu Nizamnamənin onlara aid olan müddəalarına riayət etməlidirlər.  

 

Maddə 56

     1   Regional filiallar icra Komitəsinin təsdiq etdiyi bu Nizamnamə ilə harmoniyada olan öz daxili reqlamentini yarada bilərlər.

     2  filial öz katibliyinin yerləşdiyi ölkədə öz Nizamnaməsini tətbiq edə bilər.

     3  Regional filialın proqram və fəaliyyəti bu Nizamnamə ilə harmoniyada olmalıdır.

    4   2 və 3-cü maddələrdə göstərilən maddələrin müddəalarına cavab verməyən hər bir regional filial baş Assambleyanın qərarı və ya üzvlərin sadə səs çoxluğu ilə BAŞ-ın adından istifadə etmək hüququndan məhrum edilə bilər. 

 

Maddə 57

      Sədr və məsul şəxslər, sənəd və arxivlərin idarə olunması, saxlanılması və ya arxiv işçilərinin ilkin və müntəzəm hazırlanması sahəsində işləməlidirlər. 

 

Maddə 58

      Regional filialın sədri maksimum 8 il müddətində bu vəzifədə qala bilər. 

 

Maddə 59

       1     Regional filiallar fəaliyyət büdcələrindən düzgün istifadə etməyə cavabdehdirlər.

      2    Regional filialların BAŞ-ın fondlarından dotasiya istəmək səlahiyyəti var, bir şərtlə ki, BAŞ-ın 4-cü maddənin a) və b) abzaslarında adı çəkilən üzvlərin üçdə ikisi ötən təqvim ili ərzində üzvlük borclarını ödəmiş olsunlar.

       3      Regional filialların AİBF-dən (Arxivlərin İnkişafı üçün beynəlxalq Fonddan) professional layihələr və fəaliyyət üçün dotasiya istəmək səlahiyyəti var. 

 

Maddə 60

      1        Regional filiallar icra Komitəsi tərəfindən BAŞ-ın siyasi və proqram məsələləri işlərinə cəlb oluna bilərlər.

 

      2         Regional filiallar onlara həvalə olunmuş professional proqramın müddəalarının yerinə yetirilməsi barədə proqram Komissiyasına hesabat verməlidirlər.

     3        Regional filiallar müəlliflik hüququna malik olan öz nəşrlərini yarada bilərlər.

     4        Regional filiallar inzibati kömək məqsədi ilə öz katibliklərini təsis edə bilərlər, katibl k filialın baş katibinə tabe olur. 

 

Maddə 61

     1        Fəaliyyətinə xitam verən və ya BAŞ-ın regional filialı titulunu daşımağ dayandıran hər bir regional filial həmin qərar barədə BAŞ-ın sədrini məlumatlandırmalıdır.

     2         Regional filialın fəaliyyəti bu Nizamnaməyə uyğun olmayanda baş Assambleya onu ləğv etmək barədə qərar qəbul edə bilər.  

  

XIX  SEKSİYALAR 

Maddə 62

    1        Ümumi professional marağı və ya oxşar professional fəaliyyəti olan BAŞ üzvləri, BAŞ-ın məqsədlərini yerinə yetirmək və öz aralarında əməkdaşlığı gücləndirmək arzusunda olan üzvlər seksiya formasında qruplaşa bilərlər.

    2         Seksiyaların üzvləri azı iki ildən bir iclasa toplanırlar və bu iclaslarda onlar səsvermə hüququna malikdirlər.

    3          Hər seksiya arxivlərin beynəlxalq Konqresi münasibəti ilə keçirilən iclasında öz bürosunu seçir.

    4          Büronun tərkibi sənəd və arxivlərin idarə olunması, saxlanılması və ya arxiv işçilərinin ilkin və müntəzəm hazırlanması sahəsində işləyən sədr, maksimum iki müavin, iki katib və azı 3 başqa üzvdən ibarətdir, onlar iki ardıcıl mandat müddətindən artıq işləyə bilməzlər.

     5         Büro azı ildə bir dəfə ya sədrin çağırışı, ya da üzvlərin üçdə ikisinin müraciəti ilə toplanır.

    6         Üzvlərin seksiyada idarəetmə işləri BAŞ-ın katibliyi tərəfindən təmin olunur.

   7          Baş Assambleyadan öz seksiyalarını yaratmaq barədə xahiş etməzdən əvvəl üzvlər maksimum 8 il müddətində müvəqqəti seksiyada qruplaşa bilərlər. Müvəqqəti seksiyalar bu Nizamnamənin onlara aid olan müddəalarına riayət etməlidirlər.  

 

Maddə 63

      Seksiyalar icra Komitəsinin təsdiq etdiyi bu Nizamnamə ilə harmoniyada olan öz daxili reqlamentini yarada bilərlər.

 

 Maddə 64

       1          Seksiyalar Maliyyə məsələləri üzrə sədr müavininin nəzarəti ilə öz büdcələrini idarə edirlər.

       2          Seksiyaların BAŞ-ın fondlarından dotasiya istəmək səlahiyyəti var, bir şərtlə ki, onun üzvlərinin üçdə ikisi ötən təqvim ili ərzində üzvlük borclarını ödəmiç olsunlar.

      3          Seksiyaların AİBF-dən (Arxivlərin İnkişafı üçün beynəlxalq Fonddan) professional layihələr və  fəaliyyət üçün dotasiya istəmək səlahiyyəti var. 

 

Maddə 65

     1                    Seksiyalar proqram Komissiyası ilə birgə işplanlarını hazırlayırlar.

     2                    Seksiyalar icra Komitəsi tərəfindən BAŞ-ın proqram məsələləri işlərinə cəlb oluna bilərlər.

    3                    Seksiyalar onlara həvalə olunmuş professional proqramın müddəalarının yerinə yetirilməsi barədə proqram Komissiyasına hesabat verməlidirlər.

     4                    Seksiyalar öz nəşrlərinə malik ola bilərlər.

 

 

 Maddə 66

    1                     Fəaliyyətinə xitam verən və ya seksiya titulunu daşımaqdan imtina edən hər bir seksiya həmin qərar barədə BAŞ-ın sədrini məlumatlandırmalıdır.

    2                     Seksiyanın fəaliyyəti bu Nizamnaməyə uyğun olmayanda Baş Assambleya onu ləğv etmək barədə qərar qəbul edə bilər.   

 

XX  KOMİTƏLƏR 

 

Maddə 67

     Komitələr icra Komitəsi tərəfindən yaradılır və onların mandatı proqram Komissiyasının icazə verdiyi müddəti aşa bilməz. Komitələr icra Komitəsi tərəfindən ləğv oluna bilər.

 

 Maddə 68

      Hər komitənin sədri icra Komitəsinin Bürosu tərəfindən xüsusi mandatla təyin olunur və onun müddəti uzadıla bilər. Katib və digər üzvlər baş katib tərəfindən təyin olunur. Sədr və katiblər 4.a, 4.b və ya 4.c maddələrində adı çəkilən təsisat və assosiasiyaların əməkdaşlarına aid olmalı və ya 4.d maddəsində nəzərdə tutulan şəxslərdən ibarət olmalıdırlar. 

 

  Maddə 69

       Komitə sədrləri müraciətlə proqram Komissiyasının iclaslarında iştirak edə bilərlər.  

 

 XXI  ARXİVLƏRİN İNKİŞAFI ÜÇÜN BEYNƏLXALQ FOND

 Maddə 70

      Arxivlərin İnkişafı üçün beynəlxalq Fond (AİBF) BAŞ-ın aşağıdakı məqsədlərinə uyğun işlərə yardım göstərir:           

      a arxivləri inkişaf etdirmək;           

     b bütün ölkələrdə arxivlərin inkişafını həvəsləndirmək və onlara yardım etmək;

     c sənəd və arxivlərin idarə olunması sahəsində yaxşı təsrübələri, normaları və digər işləri inkişaf etdirmək və həyata keçirmək;

    d bütün ölkələrin arxiv işçiləri, sənəd və arxivlərin idarə olunması, saxlanılması və ya arxiv işçilərinin ilkin və müntəzəm hazırlanması sahəsində aid olan bütün təsisatlar arasında əlaqələri inkişaf etdirmək;

    e arxivlərdən istifadə olunmasına şərait yaradılmasını həvəsləndirmək;

    f BAŞ-ın inkişaf etməsinə töhvə verən digər tədbirləri həyata keçirmək. 

 

Maddə 71

       1.     Arxivlərin İnkişafı üçün beynəlxalq Fond BAŞ-ın müstəqilliyinə xələl gətirməmək şərti ilə kənar tərəfdaşlardan da yardım əldə edə bilər.

       2.      Arxivlərin İnkişafı üçün beynəlxalq Fond hər il məbləği icra Komitəsi tərəfindən müəyyən olunan dotasiya alır. 

 

Maddə 72

    1      Arxivlərin İnkişafı üçün beynəlxalq Fond icra Komitəsinin təyin etdiyi inzibati şura tərəfindən idarə olunur. İnzibati şura öz üzvləri arasından sədr seçir.

    2      İnzibati şura icra Komitəsinə bütün təfsilatı ilə toplanmış və razılaşdırılmış fondlar barədə təsdiq edilmək üçün illik hesabat təqdim edir.

    3       İnzibati şura icra Komitəsinin təsdiq etdiyi bu Nizamnamə ilə harmoniyada olan öz daxili reqlamentini yarada bilərlər.

    4        İnzibati şura bu fəaliyyət üçün hheç bir məvacib almır. 

 

Maddə 73

    BAŞ-ın regional filialları və seksiyaları yardım almaq üçün Arxivlərin İnkişafı üçün beynəlxalq Fonda müraciət edə bilərlər.   

 

XXII  XÜSUSİ MİSSİYALAR 

Maddə 74

    İcra Komitəsi BAŞ-ın sədrinə bəzi xüsusi missiya və tapşırıqların yerinə yetirilməsi üçün bir sıra şəxslərin təyin olunması səlahiyəti verə bilər. 

 

Maddə 75

    İcra Komitəsinin Bürosu xüsusi missiya və tapşırıqların yerinə yetirilməsi üçün layihə qrupları təçkil edə bilər.  

 

XXIII  İŞÇİ DİLİ 

Maddə 76

     1      BAŞ-ın işçi dilləri ingilis və fransız dilləridir. Baş Assambleyanın, Konqresin, ADMBK-nın, icra Komitəsinin, komissiyaların, seksiya və professional komitələrin işçi dili ingilis və fransız dilləridir. Bu qurumların rəsmi kommunikasiya və yazışmaları ingilis və/və ya fransız dillərində aparılır.

    2        Daha çox dillərin tətbiq olunmasını həvəsləndirmək məqsədi ilə baş Assambleya digər işçi dilləri də tətbiq edə bilər, o şərtlə ki, buna marağı olan üzvlər əlavə xərcləri ödəməyi öz öhdələrinə götürsünlər.

    3        Regional filiallar başqa dildə işləmək üçün sərbəstdirlər, lakin onlar BAŞ-ın baş katibi ilə ingilis və ya fransız dillərində əlaqə saxlamalıdır.  

 

XXIV  RESURSLAR

 Maddə 77

    Təşkilatın avtonomiyasına xələl gətirməmək şərti ilə BAŞ, üzvlərin, hər hansı bir şəxsin, özəl və ya ictimai təsisatın təklif etdiyi dotasiyaları qəbul edə bilər. Sədrlə məsləhətləşməklə baş katib və Maliyyə məsələləri üzrə sədr müavini onların qəbul edildiyini bəyan edirlər. Baş katib icra Komitəsi və ya baş Assambleya qarşısında yekdilliklə qəbul oluna bilməyən təkilflər barədə məlumat verir.   

 

XXV BAŞ-ın NƏŞRLƏRİ və KOMMUNUKASİYALARI 

Maddə 78

     Baş katib BAŞ-ın bütün rəsmi çap və elektron nəşr və kommunikasiyalarına cavabdehdir. 

 

Maddə 79

     1     Büro proqram Komissiyasının təklifi ilə BAŞ-ın nəşrlərinin redaksiya Komitələrinin üzvlərini təyin edir.       2     Baş redaktor müraciətlə icra Komitəsinin, Büronun və proqram Komissiyasının iclaslarında iştirak edə bilərlər.  

 

Maddə 80

    Regional filiallar və seksiyalar öz nəşrlərini və kommunikasiyalarını yarada bilərlər.

 

  XXVI  HESABATLAR 

Maddə 81

     1    İcra Komitəsinin və baş Assambleyanın hər iclasının qəbul olunmuş qərarları və proqram fəaliyyətini əks etdirən hesabatı hər bir üzvə çatdırılır.

    2    llik hesabatlar BAŞ-ın qurumları tərəfindən icra komitəsinə təqdim olunur. İcra Komitəsi müntəzəm surətdə üzvlərə bu qurumların fəaliyyəti barədə hesabatlat təqdim edirlər.  

 

 

XXVII  MÜƏLLİFLİK HÜQUQU (VƏ YA COPYRİGHT) 

Maddə 82

     1   Orijinal dildə və ya başqa dillərə tərcümə olunmuş şəkildə BAŞ-ın hazırladığı bütün hesabatlar və araşdırmaların, BAŞ-ın və ona daxil olan bütün qurumların (regional filiallar istisna olmaqla) bütün nəşrlərinin müəlliflik hüququ BAŞ-a məxsusdur.

     2    Müəlliflik hüququna malik hər hansı bir sənədin çoxaldılması hüququ və bu hüququn ləğvi üçüncü şəxslərə və təşkilatlara yalnız baş katibin məktubu ilə verilə bilər.

     3    BAŞ-ın rəsmi loqotipi baş katibin yazılı icazəsi ilə verilə bilər.   

         

XXVIII  BAŞ ARXİV ŞURASININ ARXİVİ

 Maddə 83

      BAŞ-ın arxivi Fransanın milli Arxivində yerləşir. Onlardan sərbəst istifadə etmək mümkündür və onlar BAŞ-ın mülkiyyəti hesab olunur.   

 

 

XXIX NİZAMNAMƏNİN DƏYİŞDİRİLMƏSİ – ASSOSİASİYANIN FƏALİYYƏTİNİN BİTMƏSİ 

Maddə 84

      Bu Nizamnaməyə yenidən baxmaq və dəyişikliklər etmək yalnız baş Assambleyada mümkündür. Dəyişiklik təklifləri icra Komitəsi, üzvlər və BAŞ-ın tabeçiliyində olan qurumlar tərəfindən irəli sürülə bilər. Hər bir təklif baş Assambleyanın sessiyasına 90 gün qalmış baş katibin adına yazılı surətdə təqdim olunmalıdır. Baş katib toplantıya 60 gün qalana qədər BAŞ-ın bütün üzvlərinə təklifin surətini paylayacaq. Hər hansı dəyişikliyin qəbul olunması üçün baş Assambleyada iştirak edən nümayəndələrin üçdə ikisinin səsi tələb olunur.  

 

Maddə 85

       BAŞ-ın fəaliyyəti dayanan təqdirdə İcra Komitəsi ləğv etmə qaydalarını tərtib edir və 2, 3-cü maddələrdə təyin olunmuş qayda üzrə təşkilatın əmlakını bölüşdürür. 

 

 XXX  NİZAMNAMƏNİN TƏTBİQ OLUNMASI

 Maddə 86

       1   Aşağıda göstərilən keçid müddəalarını nəzərə almaqla bu Nizamnamə baş Assambleya tərəfindən qəbul olunan kimi qüvvəyə minir. 

      2    Bu Nizamnamənin müddəalarını əsas tutaraq baş Assambleyanın qayda və prosedurları təsdiq etmək səlahiyyəti var (həmin qayda və prosedurların baş Assambleya tərəfindən dəyişdirilməsi və ləğv olunmasına qədər). 

 

Maddə 87

      İcra Komitəsi bu Nizamnamənin anlamı və tətbiqi yaranan hər hansı mübahisəni sadə səs çoxluğu ilə həll edə bilər.  

 

Maddə 88

     İcra Komitəsinin 87-ci maddəyə əsasən qəbul etdiyi hər hansı bir qərar baş Assambleyada səsvermə yolu ilə qüvvədən düşə və ya dəyişdirilə bilər. 

 

 XXXI KEÇİD MÜDDƏALARI 

Maddə 89

      Audit Komissiyasının üzvlərinin yarısı və ADMBK Bürosunun Afrika, ərəb ölkələri, Avropa, Latın Amerikası və Karib ölkələrindən 25-ci maddədə nəzərdə tutulduğu kimi 2005-2006-cı il seçkilərində seçilmiş üzvlər 2010-cu il seçkilərinə qədər öz vəzifələrində qalırlar. 

 

Maddə 90

   2007-ci il Nizamnaməsi 2004-cü il dəyişiklikləri baş assambleya tərəfindən qəbul olunan kimi qüvvəyə minir.                           

  

 

Milli Arxiv İdarəsi Beynəlxalq Arxivlər Şurasının üzvüdür.

Erməni təcavüzü tarixi sənədlərdə

  ÜNVAN 

        Bakı şəh.,   AZ1106,  Z. Bünyadov pr.,  3

  AXTARIŞ SİSTEMİ