facebook logo    Twitter bird logo 2012.svg

TƏŞKİLAT-METODİKA VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR ŞÖBƏSİ

 

Şöbə müdiri    ABASOVA CƏMİLƏ RÜSTƏM QIZI

Telefon:          (+99412) 562 96 40

E-mail:            Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

BEYNƏLXALQ ƏLAQƏLƏR SEKTORU

 

Sektor müdiri   AĞAYAROVA GÜNEL TAHİR QIZI

Telefon:           (+99412) 562 96 62

E-mail:            Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

 

 

 

TƏŞKİLAT-METODİKA VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR ŞÖBƏSİNİN

ƏSASNAMƏSİ

 MAİ-nin 18 iyul 2014-cü il tarixli 

10A nömrəli əmri ilə təsdiq edilmişdir.

 

       I.Ümumi müddəalar

 

  1. Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin struktur hissəsidir.
  2. Şöbə onun səlahiyyətlərinə aid olan məsələlər üzrə arxiv işinin idarə olunması tədbirlərini həyata keçirir. O öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi haqqında Əsasnaməni, onun əmr və göstərişlərini və həmin əsasnaməni əldə rəhbər tutur.

 

  1. Şöbənin əsas vəzifələri

 

  1. Şöbənin əsas vəzifələri aşağıdakılardır:

3.1. Azərbaycan Respublikasında arxiv işinin inkişafının proqnozlaşdırılması və planlaşdırılmasını təşkil etmək, planlaşdırmanın metodiki cəhətdən təminatı;

3.2. Dövlət arxivləri sistemində əməyin və idarəçiliyin forma və metodlarını təkmilləşdirmək;

3.3. Arxivşünaslıq, sənədşünaslıq və arxeoqrafiya sahəsində elmi-tədqiqat və metodiki işi təşkil etmək, idarənin digər şöbələrilə birlikdə elmi tədqiqatların nəticəsini, dövlət standartlarını və digər normativ sənədləri dövlət arxivlərinin işində tətbiq etmək;

3.4. Azərbaycan Respublikasının dövlət arxivlərində əməyin və idarəçiliyin təşkili üzrə qabaqcıl təcrübəni öyrənmək və ümumiləşdirmək, onun arxiv təşkilatlarının işində tətbiqinə köməklik etmək;

3.5. Sənədlərin mühafizəsini təmin etmək, o cümlədən onların bərpası, cildlənməsi, kartonlaşdırılması, tozdan təmizlənməsi, mövcudluğu və fiziki-kimyəvi vəziyyətinin yoxlanılması, mühafizəxanalarda istilik-rütubət rejiminin saxlanılması, nadir və xüsusilə qiymətli sənədlərin aşkar edilməsi işini təşkil etmək;

3.6. Azərbaycan Respublikası Milli arxiv fondu (MAF) sənədlərinə elmi-məlumat aparatının yaradılması və inkişaf etdirilməsi, informasiya-axtarış vasitələrinin hazırlanması və nəşrini təşkil etmək;

 

3.7. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin beynəlxalq əlaqələrini təşkil etmək;

3.8. Azərbaycan Respublikası arxiv təşkilatlarının Beynəlxalq Arxiv Şurası və ayrı-ayrı ölkələrin arxiv təşkilatları ilə əməkdaşlığını həyata keçirmək;

3.9. Milli Arxiv İdarəsinin beynəlxalq konqres, konfrans və digər toplantılarda iştirakını təşkil etmək;

3.10. Azərbaycan Respublikası arxiv təşkilatlarının xarici ölkələrin arxiv təşkilatları ilə təcrübə mübadiləsini təşkil etmək;

3.11. Azərbaycan Respublikasında təmsil olunan xarici ölkələrin səfirlikləri və digər nümayəndəlikləri ilə əməkdaşlıq əlaqələri yaratmaq.

 

 

III. Şöbənin əsas funksiyaları

 

  1. Şöbə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

4.1. İdarənin digər şöbələri ilə birlikdə Azərbaycan Respublikasında arxiv işinin əsas istiqamətləri üzrə təkliflər hazırlayır;

4.2. Azərbaycan Respublikasının dövlət arxivlərində planlaşdırma və hesabatın təşkili və metodikası məsələlərini işləyib hazırlayır;

4.3. Sənədlərin mühafizəsi və elmi-məlumat aparatı məsələləri üzrə dövlət arxivlərinin işini tənzimləyir və ona nəzarət edir;

4.4. Azərbaycan Respublikası dövlət arxivlərinin Mərkəzi laboratoriyasının işinə rəhbərlik və nəzarət edir;

4.5. Digər şöbələrlə birlikdə Azərbaycan Respublikasında arxiv işi üzrə elmi-tədqiqat işlərinin plan layihələrini işləyib hazırlayır və Milli Arxiv İdarəsi rəhbərliyinin təsdiqinə verir, həmin planların yerinə yetirilməsinin gedişatına nəzarət edir;

4.6. Respublika arxiv təşkilatlarının illik planlarının hazırlanması işinin keyfiyyətinə və əsaslandırılmasına nəzarəti həyata keçirir. Həmin planlara digər şöbələrdə baxılmasını təşkil edir, onların təkliflərini təhlil edir və ümumiləşdirir;

4.7. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin şöbələri ilə birlikdə sənədlərin mühafizəsi, komplektləşdirilməsi, istifadəsi və arxiv işinin digər problemləri üzrə elmi-praktiki konfranslar, iclaslar və seminarlar təşkil edir;

4.8. Azərbaycan Respublikası dövlət arxivlərinin və Azərbaycan Respublikası Dövlət Arxivi filiallarının bina, qəfəsə, karton qutu, yanğından mühafizə, istilik-rütubət rejimini təmin edən avadanlıqlarla təmin olunması və onların tənzimlənməsi işinə nəzarət edir;

4.9. Digər şöbələrlə birlikdə respublika arxiv təşkilatlarının hesabatını təhlil edir, onların fəaliyyətinin statistik uçotunu aparır, ümumi hesabatı tərtib edir;

4.10. Azərbaycan Respublikası arxiv təşkilatlarının şəbəkəsi və strukturunun təkmilləşdirilməsi üzrə təkliflər işləyib hazırlayır. Müəyyən olunmuş qaydada respublika arxiv təşkilatlarının sistemi üzrə “Müəssisə və idarələrin respublika təsnifatı” bölməsində düzəlişlər aparır;

4.11. Sənədləri daimi tərkibli arxivlər haqqında əsasnamələrin layihəsinə baxılması və təsdiq olunmasını, Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi haqqında əsasnamənin baxılıb razılaşdırılmasını və sənədləri dəyişən tərkibli rayon dövlət arxivləri haqqında nümunəvi əsasnamənin layihəsinin hazırlanıb müvafiq orqanlara təqdim olunmasını təşkil edir;

4.12. Digər şöbələrin təkliflərini nəzərə almaqla Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin əsas tədbirlər planını hazırlayır və kollegiyanın müzakirəsinə verir, onların yerinə yetirilməsinə nəzarət edir;

4.13. Respublika arxiv təşkilatlarında görülən işlərə nümunəvi vaxt (istehsal) normasının tətbiqinin vəziyyətini öyrənir, əməyin normalaşdırılmasını təkmilləşdirmək üzrə təkliflər hazırlayır;

4.14. Digər şöbələrlə birlikdə elmi-tədqiqat mövzularının yerinə yetirilməsinin gedişatına və keyfiyyətinə nəzarəti həyata keçirir. Respublika arxiv təşkilatlarında sənədşünaslıq və arxiv işi sahəsində elmi-texniki informasiya işini təşkil edir və istiqamətləndirir;

4.15. Arxivşünaslıq və sənədşünaslıq üzrə normativ-metodiki sənədlərin xarici dillərdən azərbaycan dilinə və əksinə tərcüməsi işini təşkil edir. Şöbənin profili üzrə normativ sənədlərə, elmi-tədqiqat işlərinə baxıb təklif və rəy verir;

4.16. Planlaşdırma və əməyin təşkili, elmi-tədqiqat və metodiki işlər sahəsində qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və yayır.

Bu məqsədlə:

-elmi və elmi-praktiki konfrans, seminar və müşavirələrin keçirilməsini təşkil edir, Milli Arxiv İdarəsinin digər şöbələrinin və respublika dövlət arxivlərinin təşkil etdikləri belə tədbirlərin hazırlanması və keçirilməsində iştirak edir;

-xülasələr, məruzələr, informasiyalar, arayışlar və digər sənədlər hazırlayır;

4.17. Şöbənin profili üzrə dövlət arxivlərinin fəaliyyətini yoxlayır. Digər şöbələrlə birlikdə onların işinin kompleks yoxlanmasını təşkil edir və nəticəsi üzrə materialları hazırlayıb Milli Arxiv İdarəsi kollegiyasının müzakirəsinə verir, onun qəbul etdiyi qərarların həyata keçirilməsinə nəzarət edir;

4.18. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi kollegiyasının işini təşkil edir, müzakirəyə verilən materialların hazırlanmasına, qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət edir, onun iclaslarını protokollaşdırır;

4.19. Beynəlxalq Arxiv Şurasının və xarici ölkələrin dövlət arxiv xidməti təşkilatlarının nəşrlərini və normativ sənədlərini alır və onların fəaliyyəti barədə mütəmadi olaraq Milli Arxiv İdarəsinin rəhbərliyinə məlumat verir;

4.20. Dünya arxiv, muzey və kitabxanalarında saxlanılan Azərbaycan tarixinə aid sənədlərin aşkar edilməsi və onların surətlərinin çıxarılıb gətirilməsi işini təşkil edir;

4.21. Xarici ölkələrin arxiv təşkilatları ilə ikitərəfli əməkdaşlıq haqqında sazişlərin bağlanması üzrə təkliflər hazırlayır;

4.22. Xarici ölkələrə ezamiyyətlər təşkil edir və onun nəticələri barədə hesabatlar alır.

 

  1. Şöbənin hüquqları

 

  1. Şöbə öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

5.1. Milli Arxiv İdarəsinin digər bölmələrindən, respublikanın bütün dövlət arxivlərindən materiallar tələb etmək;

5.2. Öz səlahiyyətlərinə daxil olan məsələləri müzakirə etmək üçün Milli Arxiv İdarəsinin digər şöbələrinin, respublikanın bütün dövlət arxivlərinin rəhbər işçiləri və mütəxəssislərinin müşavirəsini keçirmək.

 

  1. Şöbənin işinin təşkili

 

  1. Şöbə öz işini demokratik əsaslar üzərində qurur. Şöbənin işinin təşkili, işçilərin mükafatlandırılması və cəzalandırılması məsələlərinə şöbə əməkdaşlarının yığıncağında baxılır;

6.1. Şöbədə əməkdaşların işinin təşkili şöbə müdiri tərəfindən müəyyən edilən vəzifə bölgüsünə müvafiq olaraq həyata keçirilir;

6.2. Şöbə öz işini Milli Arxiv İdarəsinin yarımillik əsas tədbirlər planının tərkib hissəsi olan və İdarənin rəhbərliyi tərəfindən təsdiq olunan plan üzrə təşkil edir;

6.3. Şöbəyə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının razılığı ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan müdir rəhbərlik edir.

Müdir şöbənin bütün işini təşkil edir və onun fəaliyyətinə, nizam-intizamın vəziyyətinə şəxsən məsuliyyət daşıyır, şöbənin səlahiyyətinə daxil olan bütün məsələlər üzrə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini təmsil edir.

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR