facebook logo    Twitter bird logo 2012.svg

SƏNƏDLƏRİN NƏŞRİ VƏ İSTİFADƏSİ ŞÖBƏSİ

 

Şöbə müdiri    ELDAROVA MƏDİNƏ CƏFƏRQULU QIZI

Telefon:          (+99412) 562 96 25

E-mail:            Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

 

                                                                ELEKTRON XİDMƏTLƏR MƏRKƏZİ

 

Mərkəzin rəhbəri       EMİNOV NATİQ SLAVA OĞLU

Telefon:                   (+99412) 562 61 07

E-mail:                     Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

 

SƏNƏDLƏRİN NƏŞRİ VƏ İSTİFADƏSİ  ŞÖBƏSİNİN

ƏSASNAMƏSİ

MAİ-nin 18 iyul 2014-cü il tarixli

10A nömrəli əmri ilə təsdiq edilmişdir.

 

  1. Ümumi müddəalar

 

  1. Sənədlərin nəşri və istifadəsi şöbəsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin struktur hissəsidir.

            Şöbə öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikası MAF sənədlərinin istifadəsi və nəşri sahəsində arxiv işinin idarə olunmasına dair tədbirlər həyata keçirir.

            Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi haqqında Əsasnaməni, onun əmr və göstərişlərini  və bu Əsasnaməni əldə rəhbər tutur.

 

  1. Şöbənin əsas vəzifələri           

 

  1. Şöbənin başlıca vəzifələri bunlardır:

            2.1. Azərbaycan Respublikası  iqtisadiyyatının, elm və mədəniyyətinin, tarixinin mənafeyinə Azərbaycan Respublikası MAF sənədlərinin istifadəsi və publikasiyasının əsas inkişaf istiqamətləri və perspektivlərini işləyib hazırlamaq;

            2.2. Azərbaycan Respublikası MAF sənədlərinin istifadəsi və nəşri, kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələrinin inkişaf etdirilməsi üzrə Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatlarının işini təşkil etmək və əlaqələndirmək;

            2.3. Azərbaycan Respublikası MAF sənədlərinin istifadəsi və nəşri üzrə respublika və xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənmək, ümumiləşdirmək və yaymaq.

 

 

                                 III.  Şöbənin əsas funksiyaları

 

  1. Şöbə ona həvalə olunmuş vəzifələrə müvafiq olaraq:

3.1. Azərbaycan Respublikası MAF sənədlərinin istifadəsi və nəşri üzrə Azərbaycan Respublikasında arxiv işinin illik planlarına təklif və konsepsiyalar hazırlayır;

3.2. Azərbaycan Respublikası MAF sənədlərinin istifadəsi və nəşri üzrə illik planların və respublika arxiv təşkilatlarının elmi-nəşriyyat  işləri üzrə  planlarının layihələrini  işləyib hazırlayır;

3.3. Şöbənin profili üzrə Azərbaycan Respublikası dövlət arxivlərinin  hesabatlarını təhlil edir və işlərinə yekun vurur;

3.4. Şöbənin profili üzrə respublika arxiv təşkilatlarının Azərbaycan  Respublikasında arxiv işinin inkişafına dair plana, dövlət arxivlərinin elmi-nəşriyyat planlarına, onların növbəti ildə sənədlərdən istifadə üzrə təklif və düzəlişlərinə baxıb təhlil edir və onlara rəy verir;

3.5. Digər şöbələr ilə birlikdə Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatlarının işinin yoxlanılmasını həyata keçirir, təşkilati-metodiki və əməli köməklik göstərir;

3.6. Dövlət Arxivlərinin oxu zalında Azərbaycan Respublikası MAF sənədlərindən istifadə edən tədqiqatçıların işinin təşkilinə nəzarət edir;

3.7. Azərbaycan Respublikası ali hökümət orqanları və idarələri, dövlət idarələri və ictimai təşkilatlar üçün zəruri iqtisadi və siyasi problemlərə aid, elm və mədəniyyət, tarixi məsələlərə aid sənədlər haqqında məlumat hazırlayır, onların tələblərini icra edir, Azərbaycan Respublikası MAF sənədlərinin surətini müəyyən edilmiş qaydada verilməsini təşkil edir;

3.8. Azərbaycan Respublikası MAF sənədləri  əsasında  sosial-hüquq xarakterli arayışların verilməsi haqqında respublika və xarici ölkələrin idarələrinin, vətəndaşlarının ərizə və sorğularının yerinə yetirilməsini təmin edir;

            3.9. Rəhbər orqanların qərarı ilə sənədlər məcmuəsinin nəşrinə  hazırlıq üzrə, həmçinin arxivlərarası nəşr üzrə Azərbaycan Respublikası dövlət arxivi xidməti təşkilatlarının işini təşkil edir və əlaqələndirir, metodiki köməklik göstərir, həmin nəşrlərinin hazırlanmasında bilavasitə iştirak edir;

            3.10. Azərbaycan Respublikası MAF sənədləri üzrə sənəd sərgilərinin, tematik, sənəd toplularının hazırlanması sahəsində Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatlarının işini təşkil edir və əlaqələndirir, həmin tədbirlərdə bilavasitə iştirak edir;

            3.11. Arxivlər, elmi təşkilatlar və idarələr tərəfindən hazırlanan metodiki materiallara, məcmuələrin əlyazmasına şöbənin profili  üzrə rəy verir;

            3.12. Azərbaycan Respublikası MAF sənədlərinin istifadəsi və nəşri sahəsində respublika və xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir, ümumiləşdirir və yayır. Bu məqsədlə:

            - elmi və elmi-praktiki konfransların, seminarların müşavirələrin keçirilməsini təşkil edir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin digər şöbələri, Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatları, elmi idarələr və təşkilatları tərəfindən hazırlanan həmin tədbirlərin keçirilməsində iştirak edir;

            - icmallar, məruzələr, informasiyalar hazırlayır;

            3.13. Arxiv işinin şöbənin profilinə dair məsələlərini baxılmaq üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsi kollegiyasının və məşvərətçi orqanlarının müzakirəsinə verir. Müzakirə üçün materiallar hazırlayır, onlara dair qəbul edilmiş qərarların yerinə yetirilməsinə nəzarət edir;

            3.14. Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatları tərəfindən nəşr olunan sənədlər məcmuəsinin və onlara verilən rəyin uçotunu aparır;

            3.15. Azərbaycan Respublikası MAF sənədlərinin istifadəsi və nəşri üzrə öz səlahiyyəti daxilində Azərbaycan Respublikası MEA-nın müvafiq institutları ilə, nazirliklərlə, nəşriyyatlarla, mədəni-maarif təşkilatları ilə, kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələri həyata keçirir.

 

  1. Şöbənin hüquqları

 

  1. Şöbəyə aşağıdakı hüquqlar verilir:

            4.1. Öz funksiyasını həyata keçirmək üçün Azərbaycan Respublikası DAX idarələrindən lazimi elmi-metodiki işləri və digər materialları almaq;

            4.2. Şöbənin profili üzrə tədbirlərə hazırlıq və onların keçirilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tapşırıqlarını yerinə yetirmək üçün Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatlarına göstərişlər və tövsiyyələr hazırlamaq;

            4.3. Onun səlahiyyətinə daxil olan məsələləri müzakirə etmək üçün Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatlarının rəhbər işçiləri  və mütəxəssislərinin müəyyən olunmuş qaydada müşavirəsini keçirmək;

            4.4. Profilinə aid məsələləri Azərbaycan Respublikası Dövlət Arxivləri ilə müzakirə etmək.

 

  1. Şöbənin işinin təşkili

 

5.1. Şöbə öz işini demokratik əsaslar üzərində qurur. Şöbənin işinin təşkili, işçilərin mükafatlandırılması və cəzalandırılması məsələlərini şöbə əməkdaşlarının yığıncağında müzakirə edir;

5.2. Şöbədə əməkdaşların konkret işinin təşkili şöbə müdiri tərəfindən müəyyən olunmuş vəzifə bölgüsünə müvafiq olaraq həyata keçirilir;

5.3. Şöbə öz işini Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəhbərliyi tərəfindən təsdiq edilən plan üzrə təşkil edir;

5.4. Şöbə üzərinə düşən tapşırıqları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin digər şöbələri ilə sıx əlaqədə yerinə yetirir.

  1. Şöbəyə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən müdir rəhbərlik edir.

Müdir şöbənin bütün işini təşkil edir və onun fəaliyyətinə, nizam-intizamın vəziyyətinə şəxsən məsuliyyət daşıyır, şöbənin səlahiyyətinə daxil olan bütün məsələlər üzrə Azərbaycan Respublikası Milli Arxiv İdarəsini təmsil edir.

  1. Şöbə öz profili üzrə ona həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyət daşıyır.

           

 

 

 

 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR