facebook logo    Twitter bird logo 2012.svg

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi rəisinin müavini


Əsgər Adil oğlu Rəsulov

Əsgər Adil oğlu Rəsulov 1954-cü ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb dili kafedrasında baş laborant kimi elmi-pedaqoji fəaliyyətə başlayıb.   1982 - 2012-ci illərdə Yaxın Şərq dilləri (1991-ci ildən Türk filologiyası) kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrini tutub.

1976-1979 və 1989-1995-ci illərdə Türkiyə Respublikasında uzunmüddətli xarici ezamiyyətdə olub, tərcüməçi və referent işləyib.

1983-cü ildə filologiya elmləri namizədi, 2006-cı ildə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

26 noyabr 2012-ci ildən Milli Arxiv İdarəsi rəisinin müavinidir.

10-a yaxın kitabın, 15 fənn proqramının, 100-dən artıq elmi məqalənin müəllifidir. İndiyə qədər çox sayda elmlər doktoru və fəlsəfə doktoru dissertasiya işinin məsləhətçisi, rəhbəri və rəsmi  opponenti olmuşdur. AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən D.01.131 - Dissertasiya Şurasının üzvüdür.

Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR