facebook logo    Twitter bird logo 2012.svg

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi


Ataxan Əvəz oğlu Paşayev


Ataxan Əvəz oğlu Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətnə 1962-ci ildə Oktyabr İnqilabı və Sosializ quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963-1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966-1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləmişdir. 1984-cü ildən bu günə qədər Milli Arxiv İdarəsinin rəisidir.

1981-ci ildə Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 2008-ci ildə isə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Müdafiə Şurasında «XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır.

1984-cü ildən «Azərbaycan arxivi» jurnalının baş redaktorudur. 1968-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981).

Beynəlxalq Arxivlər Şurasının 7-ci (1972, Moskva), 13-cü (1996, Pekin) və 14-cü (2000, Sevilya), 2004 Vyana konqreslərinin nümayəndəsi olmuş və bu konqreslərdə Beynəlxalq Arxivlər Şurası Baş assambleyasının üzvü seçilmişdir. Keçmiş SSRİ, Müstəqil Dövlətlər Birliyi habelə Türkiyə Cümhuriyyəti arxiv orqanlarının, tarix qurumlarının keçirdiyi elmi konfranslarda və simpoziumlarda Azərbaycan Respublikasını təmsil edərək, dəfələrlə elmi məruzələrlə çıxış etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 29 aprel 2013-cü il tarixli sərəncamla Ataxan Paşayev Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR