facebook logo    Twitter bird logo 2012.svg

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TARİX ARXİVİ 

ƏLAQƏ 

  • Ünvan:                   AZ1106, Bakı şəh., Z. Bünyadov pr., 3
  • Telefon:                  (+99412) 562 98 65
  • E-poçt:                   Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Qəbul günləri:        Həftənin 1, 3, 5- ci günləri,                                         
  •                               Saat 10:00 –dan 17:00 dək
  • Fasilə:                    Saat 13:00 - dan 14:00 – dək 

RƏHBƏRLİK 

  • Arxivin direktoru               MƏMMƏDOV ANAR ƏDALƏT OĞLU
  • Telefon:                             (+99412) 562 96 36

 

     Arxivin direktor müavini       MİRƏLİYEV ANAR ETİBAR OĞLU

     Telefon:                                (+99412) 562 96 36

 

 

 

ARDTA-nın qısa tarixi

Arxivdə 757 fond, 244, 419 iş mühafizə edilir. Sənədlərin xronoloji dövr 1805 – 1922-ci illəri əhatə edir.

          Azərbaycan Respublikası Dövlət Tarix arxivi Mərkəzi Dövlət arxivinin 1805-1920-ci illəri əhatə edən sənədləri əsasında 1930-cu ildən müstəqil olaraq fəaliyyət göstərir.

          Arxiv XIX əsrin əvvəllərindən XX əsrin 1920-ci ilinə qədər Rusiya imperiyasının yerli dövlət idarəetmə orqanlarının fəaliyyəti zamanı Azərbaycanın o dövrdəki siyasi, iqtisadi və mədəni həyatı tarixindən bəhs edən sənədləri mühafizə edir. Burada əsasən əyalət komendantlarının, Zaqafqaziya müsəlman əyalətləri hərbi dairə rəislərinin, Xəzər vilayət idarəsinin, Bakı müvəqqəti general-qubernatorunun və Bakı quberniyasının, Bakı qradonaçalnikinin, komitə və komissiyaların, şəhər və yerli özünüidarəetmə orqanlarının, silki idarələrin, məhkəmələrin, prokurorluqların, polis və jandarmeriyaların, dövlət və şəxsi bankların, ticarət – sənaye, kənd təsərrüfatı, səhmdar və sığorta təşkilatlarının, şirkətlərinin fondları toplanmışdır.

         Arxivdə mühafizə edilən qiymətli sənədlərdən biri də Qarabağ xanlığının Rusiyaya birləşdirilməsi (1805-ci il), Rusiya ilə İran arasında bağlanmış Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələrinin nüsxələridir.

         Arxivdə XIX əsrdə yerli idarəetmə, məhkəmə quruculuğu, təhsil sahəsində islahatların keçirilməsi barədə materiallar vardır. Gürcüstan hökuməti Vergi ekspedisiyası  və Vergi palatası fondlarında Azərbaycanın şəhər və əyalətlərinə dair məlumatlar verilmişdir. Arxiv sənədlərində silki özünüidarəetmə orqanlarının fəaliyyəti, şəhər əhalisinin tərkibi və məşğuliyyəti, şəhərlərin yenidən planlaşdırılması, mülki binaların tikilişi, dənizkənarı abidələr, su, telefon və konka xəttlərinə dair məlumatlar öz əksini tapır.

         Zaqafqaziya müsəlman əyalətlərinin hərbi dairə rəisinin, Quberniya Vergi İdarəsinin, əkinçilik və dövlət əmlakı idarələrinin dəftərxana fondlarında, Quba xanlarının göstərişləri kolleksiyalarında və digərlərində mülkədarlığın inkişaf tarixinə dair sənədlər vardır ki, bu sənədlərdə də kəndlilərin vəziyyəti, vergi sistemi, kəndlərin ərazi ölçüsü əhalinin sayı, xanların, bəylərin və digər imtiyazlı silkə məxsus şəxslərin torpaq mülkiyyəti əks olunmuşdur.

         Qarabağ, Şamaxı, Bakı və digər komendantlıqların, mülkiyyət və dövlət əmlakı quberniya idarələrinin, Qafqaz su idarəsinin və başqa fondların sənədlərində kəndlilərin yoxsulluğundan, onların köçürülməsindən, əmlak və töycü dərəcələrindən, vergi, qeyri-vergi, yaxud digər natural biyarlardan məlumat verilir.

         Azərbaycan Respublikası Tarix arxivini Balaxanı, Binəqədi, Bibiheybət (1813-cü il) neft quyularında, Xəzər dənizində ilk neft quyusu (1825-ci il) və digər neft yataqlarındakı (1870-ci il) işlərə dair məlumatlar daha da zənginləşdirir. Iltizam sisteminin ləğvindən (1872-ci il) sonra neft sənayesinin inkişafına, həmçinin heftin çıxarılmasına və emalına, onun daşınması və ötürülməsinə, neftayırma zavodları və neft kəməri tikintisinə arxivdə mühafizə olunan sənədlər sübutdur. Eyni zamanda faydalı qazıntı mədənlərinin kəşfi, Daşkəsən, Gədəbəy misəritmə zavodları və Zəylik Zəy zavodu barədə də məlumatlarla da tanış olmaq olar.

         Burada D.İ.Mendeleyev Bakıda olarkən 1986-cı il mayın 21-də neft quyuları üzərində nəzarət aparan mühəndis S.K.Kvitkaya göndərdiyi təlimat xarakterli məktubun surəti. Böyük rus alimləri M.M.Qubkinin, N.F.Qamoleyin, D.V.Qolubyatnikovun, E.X.Lentsanın Azərbaycandakı fəaliyyəti barədə də bir sıra sənədlər saxlanılır.

         Arxivdə Azərbaycan milyonçuları H.Z.Tağıyevin, A.M.Nağıyevin, Ş.Əsədullayevin, M.Muxtarovun, A.Quliyevin və başqalarının həyat və xeyriyyəçilik fəaliyyətini əks etdirən külli miqdarda dəyərli sənədlər də mühafizə olunur. İndi də böyük əhəmiyyəti olan və istifadə üçün ən yararlı içməli su hesab olunan Bakı-Şollar su kəmərinin çəkilişilə əlaqədar məlumatlar mühafizə olunur.

          Arxivdə Azərbaycan neft sənayesi tarixində xüsusi yeri olan Nobel qardaşlarının fəaliyyətlərinə dair sənədlər də qorunur.

          Azərbaycan tarixi üçün xüsusi əhəmiyyət kəsb edən, xalqımız üçün həmişə aktual problem olaraq qalan erməni irticasının başlanğıc nöqtələrindən biri olan 1905-ci il hadisələrinə aid sənədlər də arxivdə saxlanılır. Azərbaycanda mədəniyyətin inkişaf tarixi – xalq uçilişlərinin, məktəblərin, gimnaziyaların, kitabxanaların, mədəni-maarif cəmiyyətlərinin, o cümlədən Bakı-Dağıstan xalq uçilişi müdiriyyətinin, Qafqaz təhsil idarəsi qəyyumunun, Yelizavetpol quberniyası xalq məktəbləri müdiriyyətinin, gimnaziyaların, qəza və şəhər məktəblərinin tarixinə dair sənədlər arxivin fondlarında qorunur.

           Arxivdə şəhər salma tarixinə və arxitekturaya, Azərbaycanın tarix və mədəniyyət abidələrinin qorunmasına dair sənədlər də mühafizə olunmaqdadır. Azərbaycanın Rusiyanın iqtisadi inkişaf yoluna qoşulması şəhərlərin əhəmiyyətli dərəcədə inkişafına, yeni yaşayış, sənaye və eyni zamanda ictimai binaların tikilməsinə güclü təkan verməsi sənədlərdə öz əksini tapmışdır.

          Mühafizə edilən sənədlər içərisində Azərbaycanın şəhər və yaşayış məntəqələrinin planları, coğrafi xəritələr, yolların və neft borularının çəkilişinə dair cizgilərlə də tanış olmaq olar. 1848-ci ildə yaranmış silki idarələrin materiallarında xan, bəy və ağaların torpaqlarına vergi sisteminin həyata keçirilməsi, dövlət kəndlilərinə torpaq payının verilməsi, bəylərin hüquqları və onların silkini təsdiq edən sənədlərə də rast gəlinir.

           Arxiv sənədlərində Azərbaycanın inqilaba qədərki məhkəmə sistemindən, daha doğrusu xanlıqlar dövründən Rusiya tabeçiliyinə keçən sonrakı dövrünə qədər məlumat verilir. Arxivdə H.Zərdabinin, N.Vəzirovun, M.Ş.Vazehin, S.Ə.Şirvaninin, Üz.Hacıbəyovun, M.Maqomayevin, C.Məmmədquluzadənin, S.M.Qənizadənin, Q.Mahmudbəyovun, F.Köçərlinin və başqalarının yaradıcılıq fəaliyyəti barədə sənədlər də vardır. Arxivdə qorunan bir sıra sənədlər Azərbaycan vətəndaşlarının Paris (1898-1900), Qlazko (1901), Milan (1906), Marsel (1908), Turin (1911), beynəlxalq sənaye, Moskva (1852) Ümumrusiya kənd təsərrüfatı, Nijni-Novqorod (1896) Ticarət-sənaye, Peterburq (1913) metal və daş məmulatlarının bədii-sənaye sərgilərində iştirakından bəhs edir.

           Azərbaycan Respublikası Dövlət Tarix arxivində mühafizə olunan sənədlər Azərbaycanın siyasi, iqtisadi və mədəni tarixini tədqiq etmək üçün qiymətli mənbədir.

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR