facebook logo    Twitter bird logo 2012.svg

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT ARXİVİ 

ƏLAQƏ

  • Ünvan:                  AZ7000, Naxçıvan şəh., H. Əliyev pr., 14
  • Telefon:                (+99436) 545 50 72
  • Qəbul günləri:      Həftənin 1, 3, 5- ci günləri,                                         
  •                             Saat 10:00 –dan 17:00 - dək
  • Fasilə:                  Saat 13:00 - dan 14:00 – dək

 

 

 

RƏHBƏRLİK

 

  • Arxivin direktoru                  İSMAYILOVA ZÜLFİYƏ İSMAYIL QIZI
  • Telefon:                               (+99436) 545 50 72

NAXÇIVAN MR DA-nin qısa tarixi

Arxivdə 1.051 fond, 402.062 iş, 4.410 kino sənəd, 84.400 foto sənəd mühafizə edilir. Sənədlərin xronoloji dövrü 1831 – 2011-ci illəri əhatə edir. 

       Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi 1925-ci il 13 dekabr Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə yaradılmışdır. 1930-cu ildə Azərbaycan arxiv orqanlarının yenidən təşkili ilə əlaqədar Naxçıvanda Mərkəzi Arxiv İdarəsi fəaliyyətə başlamışdır ki, onun da tərkib hissəsi Naxçıvan şəhərində Muxtar Respublika Dövlət Arxivi olmuşdur. 1941-ci ildən isə o, Naxçıvan MR Mərkəzi Dövlət Arxivi adlandırılmışdır.

     Naxçıvan MR Dövlət Arxivində əsasən XIX əsrin əvvəllərindən, yəni 1831-ci ildən başlayaraq bu günümüzü əhatə edən qiymətli sənədlər vardır. XIX və XX əsrin əvvəllərinə aid sənədlər içərisində İrəvan quberniya idarəsinin, İrəvan quberniya və Qars vilayəti torpaq və əmlak idarələrinin, hərbi mükəlləfiyyətlərin , şəhər və kənd işləri üzrə idarələrin, Naxçıvan və Şərur-Dərələyəz polis idarələrinin, Naxçıvan notariatının, müvəqqəti hökumətin İrəvan komissarlığının, Culfa və Şahtaxtı gömrükxanalarının, Qıvraq, Təzəkənd, Cananab, Cəhri, Şahtaxtı kredit cəmiyyətlərinin, Naxçıvan şəhər xəzinədarlığının arxivdə saxlanılan XIX əsr – XX əsrin əvvəllərini əhatə edən fondlarında kəndli ixtişaşlarından və üsyanlarından, dövlət vergilərini toplamaq üçün kürd kəndlilərinin axtarılmasından, dəyirmanlardan, sudan, otlaqlardan istifadə etməyə icazə verilməsi haqqında kəndlilərin müraciətlərindən, kəndli torpaqlarının bəylər tərəfindən zorla ələ keçirilməsindən, kəndlilərin üzərinə müxtəlif vergi və mükəlləfiyyətlərin qoyulmasından, gömrük, pul-kredit əməliyyatlarından bəhs edən xeyli sənədlər vardır.

      Həmçinin arxivdə Naxçıvan Muxtar Respublikasının yaradılması, sərhədlərin möhkəmləndirilməsi, torpaqların, o cümlədən vəqf torpaqlarının müsadirə edilməsini əks etdirən sənədlər də vardır.

     Naxçıvan MR MİK-nin, Ali Sovetinin, Xalq Komissarları sovetinin (Nazirlər Sovetinin), qəza, rayon icraiyyə komitələrinin və s. fondlarında təsərrüfatın bərpası, fabrik və zavodların tikilməsi, kənd təsərrüfatının kollektivləşdirilməsi, müəssisələrin istehsal göstəriciləri öz əksini tapmışdır.

     Dövlət plan komitəsinin, sənaye sahələri üzrə xalq komissarlıqları, nazirliklərin fondlarındakı sənədlər yerli sənayenin vəziyyətini işıqlandırır. Həmin sənədlər Naxçıvanın təbii sərvətlərinin öyrənilməsini, duz mədənlərinin işlədilməsini, faydalı qazıntıların çıxarılmasını, respublikanın elektrikləşdirilməsini, yüngül və yeyinti sənayesinin inkişafını xarakterizə edir. Culfa dağ-mədən kombinatı, Şərur pambıq təmizləmə zavodu, Ordubad ipək fabriki və başqa sənaye obyektlərinin fəaliyyəti, həmçinin meyvə-konserv, süd, pendir zavodları kimi yeyinti sənayesi müəssisələrinin tikintisi haqqında maraqlı materiallar var.

      Respublikanın şəhər və qəsəbələrinin inkişafı və abadlaşdırılması, mənzil-kommunal tikintisi haqqında Naxçıvan Muxtar Respublikası Kommunal təsərrüfatı nazirliyinin, rayon və şəhər kommunal təsərrüfatı şöbələrinin, trestlərin, tikinti təşkilatlarının və digər idarələrin sənədlərində öz əksini tapmışdır.

      Xalq təhsili və səhiyyənin inkişafı, əhali arasında mədəni-maarif işlərinin aparılması, insanların maddi və mədəni səviyyəsinin yüksəldilməsi, bədən tərbiyəsi və idmanın inkişafı maarif və səhiyyə nazirliklərinin, yerli maarif və səhiyyə orqanlarının, təhsil müəssisələrinin, həmkarlar ittifaqlarının respublika şurasının və onun sahə komitələrinin və digər idarələrin fondlarında cəmləşdirilmiş sənədlərdə öz əksini tapmışdır. Həmin fondlarda savadsızlığın ləğv edilməsi, təhsil müəssisələrinin açılması, milli kadrların hazırlanması barədə də məlumatlar vardır.

     Sənaye müəssisələrinin, kolxoz və sovxozların, MTS-in materialları İkinci Dünya müharibəsi illərində Naxçıvanın fəhlə, kəndli və ziyalılarının fədakar əməyindən bəhs edir.

     İkinci Dünya müharibəsindən sonrakı illərdə, xüsusilə keçən əsrin 70-80-cı illərində Muxtar Respublikada sənayenin, kənd təsərrüfatının, elm və mədəniyyətin surətli inkişafı, əhalinin maddi və mənəvi səviyyəsinin yüksəlməsi və s. məsələlər keçmiş Naxçıvan Vilayət Partiya Komitəsinin, rayon partiya komitələrinin, Muxtar Respublika Ali Soveti Rəyasət Heyətinin, Nazirlər Sovetinin, nazirlik, idarə və müəssisələrin, kolxoz və sovxozların fondlarındakı sənədlərdə özünün geniş əksini tapmışdır.

     Arxivdə həmçinin şəxsi mənşəli fondlar da mühafizə olunur.

Arxivin kinofoto sənədləri Naxçıvanda yenidənqurma işlərinin vüsətini, savadsızlığın ləğvini, sənaye obyektlərinin, yolların tikilməsini, şəhər, qəsəbə və kəndlərin inkişafını işıqlandırır.

 

N A X Ç I V A N     M U X T A R    R E S P U B L İ K A S I N I N

R A Y O N     D Ö V L  Ə T    A R X İ V LƏ R İ

 

 

ARXİVİN YARANMA TARİXİ

SƏNƏDLƏRİN İLK VƏ SON TARİXLƏRİ

Babək Rayon Dövlət Arxivi, 373635, Babək qəs. Azərbaycanın 60 illiyi küç. 1, tel.: 7-52-47

1980

1981

Culfa Rayon Dövlət Arxivi, 373620, Culfa şəh. Xətai küç. 3, tel.: 6-19-40

1930

1930-1999

Ordubad Rayon Dövlət Arxivi, 373640,  Ordubad şəh. Nizami küç. 92, tel.: 7-06-00

1930

1928-1999

Sədərək Rayon Dövlət Arxivi, 373699, Sədərək qəs. Şahverdiyev küç.,tel.: 2-03-19

1991

1935-1997

Şahbuz Rayon Dövlət Arxivi, 373650, Şahbuz qəs. N.Nərimanov küç. 10, tel.: 3-00-05

1930

1928-1999

Şərur Rayon Dövlət Arxivi, 373690, Şərur qəs. Nizami küç. 18, tel.: 2-22-36

1930

1928-1999

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR