facebook logo    Twitter bird logo 2012.svg

Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı

 

Ömrünü vətənə xidmətə həsr

 etmiş general-mayor Süleyman bəy Əfəndiyev

Milli Ordu quruculuğunda böyük xidmətləri olan şəxsiyyətlərdəndir 

Azərbaycan  Milli  Ordusunun yaradılmasında müstəsna rolu və  xidməti olmuş hərbçilərdən biri də Süleyman bəy Əlisüleyman oğlu  Əfəndiyev olmuşdur. Polkovnik S.Əfəndiyev yeni  yaradılan Azərbaycan  ordusu  üçün   təlimatçılar hazırlayan  ilk  təlim  komandasını  təşkil etmişdir.

S.Əfəndiyev 1864-cü il oktyabrın 5-də Ağdamda anadan  olmuşdur. O, ilk təhsilini Gəncədəki progimnaziyada almışdır. S.Əfəndiyev 1880-ci ildə Yelizavetqrad süvari məktəbinə daхil olaraq   1885-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmiş və xidmətini  polisdə  davam  etdirmək  üçün  DİN-in  sərəncamına  göndərilmişdir. S.Əfəndiyev hərbi хidmətə Qafqaz süvari ordusunun polis nəzarəti idarəsində başlamışdır. Gənc zabit çar süvari qoşununda əvvəlcə  birinci  zabit olan kornet  rütbəsinə layiq görülmüşdür. Daha sonra eskadron  komandiri  olan  S. Əfəndiyev  1899-cu  il  martın  15-də  çar ordusunun  atlı qoşun hissəsində və jandarmeriyada  kapitana  bərabər  olan  rotmistr  rütbəsinə  layiq  görülmüşdü.  O, nümunəvi  xidmətlərinə  görə  müxtəlif  vaxtlarda  "Müqəddəs  Anna”  ordeninin  2-ci  və  3-cü,  " Müqəddəs  Stanislav”  və  "Müqəddəs  Vladimir "  ordenlərinin  3-cü  dərəcələri  ilə  təltif  edilmişdir. O, 1907-ci  il  fevralın  20-də  Kutaisi  quberniyasının  polis-keşikçi dəstəsinə müfəttiş təyin edilmişdir. S.Əfəndiyevə 1912-ci  il  dekabrın  6-da polkovnik  rütbəsi  verilmişdir.  

Tiflisdəki  müxtəlif  təşkilatların  Müsəlman  alayına  qarşı  açıq-aşkar müqavimət göstərdiyi, eləcədə keçmiş Zaqafqaziya  Komissarlığının təchizat idarələrindən hər hansı bir avadanlığın  alınmasının  son dərəcə  çətin  olduğu  vaxtlarda  S.Əfəndiyev özünün  doğma  işinə  olan  istəyi  və qətiyyəti  sayəsində komandiri olduğu  alay  üçün  nəzərdə  tutulmuş əmlakın  çox  hissəsini  Tiflis  intendantlığından  alaraq  Gəncəyə  çatdıra  bilmişdir.

Azərbaycan korpusunun  piyada  hissələri  müvəqqəti  olaraq  ləğv  edilərkən polkovnik  S.Əfəndiyev  qərargaha  xeyli  əmlak  və  ərzaq  ehtiyatları vermişdir. Polkovnik S.Əfəndiyev 2-ci  Qarabağ  atlı  alayının  komandiri  olarkən bir  çox  çətinliklərin  öhdəsindən  gələrək alaya  əsil  hərbi hissə  görkəmini  vermiş və onu  hərbi  nazirə  əla  vəziyyətdə  təqdim  etmişdir. S.Əfəndiyevin hərbi fəaliyyəti  hərbi  nazir  tərəfindən digər komandirlərdən fərqləndirilmiş və o, hərbi nazir S.Mehmandarovun  məruzəsi  əsasında Azərbaycan  Xalq Cümhuriyyəti  Nazirlər  Şurasının  qərarı  ilə general-mayor rütbəsi ilə  təltif  olunmuş  və  I piyada  diviziyasının başçısı  təyin  edilmişdir. S.Əfəndiyev  özünə  qıyaraq  olduqca  çətin bir şəraitdə, istirahətin  nə  olduğunu  bilmədən  diviziyanın təşkil  edilməsi kimi ağır işi  fədakarcasına  öz  üzərinə  götürmüşdür. 

General S.Əfəndiyev diviziyasının sanitar  vəziyyətinin  qayğısına  da  qalaraq  lazaretlərin  təşkil  edilməsinə  şəxsən  rəhbərlik  etmişdir. Xəstələrə daim  baş  çəkərək  onların  yanında  olmuş, qayğısına  qalmış, bir  komandir  kimi  öz  təsiri  və  xeyirxahlığı ilə  onların  talelərini  yüngülləşdirməyə  çalışmışdır.S.EfendiyevRusiyada 1917-ci  ilin  fevralında    baş  vermiş  fevral  inqilabı  qələbə  ilə  başa  çatdıqdan  sonra  martın  2-də  II  Nikolay  taxt-tacı  tərk  etdiyi barədə  manifest  imzaladı. Martın  3-də  Rusiyada  yaranmış  Müvəqqəti  hökumətin  qərarı  ilə  Cənubi  Qafqazda  mülki  hakimiyyət  IV Dövlət Dumasında regionun əsas millətlərini təmsil edən  deputatlardan  təşkil  olunmuş  Xüsusu  Zaqafqaziya  Komitəsinə -"ОЗАКОМ”-a  verildi.  "ОЗАКОМ” 1917-ci il oktyabrın 25-dək fəaliyyət  göstərmişdi. Petroqradda  bolşeviklərin  silahlı  üsyanı  nəticəsində  Müvəqqəti  hökumət  devrildikdən  sonra  1917-ci  il  noyabrın  15-də  J.P.Qeqeçkorinin  başçılığı  ilə  Cənubi  Qafqazda  yaşayan üç xalqın (Azərbaycan, gürcü  və  erməni)   nümayəndələrindən   ibarət  Zaqafqaziya  Komissarlığı  adı   altında  hökumət  yaradılaraq  "ОЗАКОМ”-un  fəaliyyətinə  son  qoyuldu. 

1917-ci il dekabrın  5-də (18-də) Qafqaz  cəbhəsində -  Ərzincanda  Zaqafqaziya  Komissarlığı ilə Türkiyə arasında  imzalanmış  Ərzincan barışığının şərtlərinə  görə Qafqaz  cəbhəsindəki rus  qoşunları  geri  çəkilməyə  başladı. Zaqafqaziya  Komissarlığı rus ordusunda  bolşevik  təbliğatının  güclənməsinin  müəyyən  təhlükə  törədə  biləcəyini  nəzərə  alaraq  1917-ci  il  dekabrın  19-da  Qafqazdakı  rus  ordusunun  buraxılması  haqqında  əmr  verdi. Həmin  əmrə əsasən Qafqazdakı  hərbi  hissələr  yalnız  milli  korpuslar  halında  saxlanıla  bilərdi. Beləliklə, Rus  Qafqaz  Ordusu  ləğv  edilərək  ayrı-ayrı  milli  korpusların – gürcü, erməni, Azərbaycan  və  rus milli  korpuslarının  yaradılmasına  qərar  verildi. 

Zaqafqaziya  Komissarlığının  müsəlman, gürcü və erməni milli korpuslarının yaradılmasına dair 1917-ci il 11 dekabr tarixli qərarı  milli  silahlı  qüvvələrin  yaradılmasına  doğru gedən  yolun  başlanğıcı  oldu. Gürcü  və  erməni  milli  korpuslarının  yaradılması  işi  Azərbaycan  milli  korpusunun  yaradılması  işi  ilə  müqayisədə  daha  asan  və  müvəffəqiyyətlə  yerinə  yetirilirdi. Bunun  da  başlıca səbəbi  bundan  ibarət  idi  ki, çar  Rusiyasının  ölkədə  yeritdiyi  milli  ayrı-seçkilik  və  mürtəce  siyasət  nəticəsində   gürcü  və  ermənilərdən  fərqli  olaraq   müsəlmanları, o cümlədən  azərbaycanlıları  hərbi  xidmətə  çağırmırdılar  və onlar   əsgərlikdən  azad  edilmişdilər.  Azərbaycanlılar   hərbi  xidmətə  çağırılmadığı   üçün  onların  döyüşdə  sınanmış  nizami  hərbi  hissələri  yox  idi. Azərbaycan  milli  korpusunun  yaradılması  işində kifayət qədər çətinliklər, o cümlədən peşəkar hərbi kadrlar  problemi  ortaya  çıxırdı. Azərbaycan  türkləri  yalnız  cahan  müharibəsi  zamanı  könüllü  olaraq  azərbaycanlılardan  təşkil  olunmuş  bir  suvari  alayına malik idilər. Beləliklə, Azərbaycan milli korpusunun  yaradılması  prosesi  hələ  yenicə  başlayırdı  və fövqəladə  ağır  şəraitdə  icra  olunurdu.

  F.X.Xoyskinin  sədrliyi  ilə  yaradılmış II müvəqqəti  hökumətin  26  iyun 1918-ci  il  tarixli  qərarı  ilə  Müsəlman  Korpusunun  adı  dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla  da  milli  silahlı  qüvvələrin  yaradılması  istiqamətində  mühüm  addım  atıldı.  Hökumətin 26 iyun 1918-ci il tarixli digər qərarı ilə Əlahiddə  Azərbaycan Korpusu nəzdində xüsusi  tapşırıqlar  üzrə  general  vəzifəsi  təsis  edildi.

1917-ci ilin iyulundan başlayaraq Azərbaycanda Milli Ordunun yaradılması təşəbbüsünün önündə   dayanan  ilk   hərbçilərdən  biri  də  S.Əfəndiyev  olmuşdur.  

General-mayor S.Əfəndiyevin vəfatı ilə əlaqədar olaraq Şəfi bəy  Rüstəmbəyov 5 mart 1919-cu il tarixli 48№ li  "Azərbaycan” qəzetində  dərc etdirdiyi "General Süleyman  bəy  Əfəndiyev»  başlıqlı  məlumatda  böyük  hörmət  və   ehtiramla  qeyd  edirdi: ”Tanınmış  ictimai  xadim, Azərbaycanın  ilk  hərbi  hissələrinin  təşkilatçısı general  Süleyman bəy  Əfəndiyev xidməti vəzifələrinin  icrası  zamanı  yoluxduğu  səpmə  yatalaq  xəstəliyindən  fevralın  21-də  Ağdamda  vəfat  etmişdir. Mərhum  Əfəndiyev  hələ  polkovnik  ikən  fevral  inqilabından  sonra  öz  işini  Gəncəyə  keçirtmiş və burada  onun  tərəfindən  gələcək  Azərbaycan  ordusu üçün təlimatçılar hazırlayacaq ilk  təlim  komandası  təşkil  edilmişdir. Bütün ölkə ərazisinin anarxiya və hərc-mərcliklə əhatə  olunduğu, eləcə də ötüb keçən eşelonların vətənimiz üçün təhlükə  törətdiyi vaxtlarda mərhum generalın başçılıq etdiyi kiçik bir dəstə  ölkənin  qorunmasını  öz  üzərinə  götürmüş  yeganə  mütəşəkkil  qüvvə  olmuş  və  o, Şamxor  hadisələri  zamanı   hərbi  hərəkata  başçılıq  etmişdir. Mərhum  Əfəndiyev öz  həyatını  dəfələrlə  təhlükələrə  ataraq  ömrünü  tamamilə  vətənə  xidmətə  həsr  etmişdir. Mərhum Gəncə  milli  komitəsinin  işində  bilavasitə  iştirak  edərək  komitənin  bütün  ciddi  çıxışlarının  fədakar  icraçısı  olmuşdur. Şamxor  hadisələri  günlərində mərhum Süleyman bəy  gecə  və  gündüz  döyüş  meydanını  tərk  etməyərək  hücüm  edən  eşelonlara  qarşı  döyüşmüşdür. O, hərbi  mülkiyyətin  soyğunçulardan  qorunub  saxlanması  yolunda  da  çox  işlər görmüşdü. Onun  yorulmaz  və fədakarсasına  fəaliyyəti  nəticəsində  çoxlu  sayda  hərbi  əmlakın  talan  edilməsinin  qarşısı  alınmışdır... O, fasiləsiz  olaraq  gecə  və  gündüz  qarovul-növbətçi  qismində  hərbi  əmlakın  mühafizəsində  şəxsən  iştirak  etmişdir. Mərhumun  özü  şəxsən  əzablı  kazarma  həyatını  yaşayaraq  aşağı  rütbəlilərə  də  yenilməzlik  nümunəsini  nümayiş  etdirmişdir.” Məlumatda  S.Əfəndiyevin doğma  ordumuz  üçün  məfkurəvi  və  nümunəvi  zabit  olduğu  və  vəzifə  başında  öz  vətəninin  maraqlarını  qoruyarkən  özünün  fədakarlığı  üzündən  epidemiyanın  qurbanı olaraq  vətənin  əsil  oğlu  kimi  şəhid  olduğu  qeyd  edilirdi.  

 Azərbaycanda  milli  ordunun  yaradılmasında  S.Əfəndiyevin  əhəmiyyətli   rolu  və  xidməti  bəzi  arxiv  sənəd  və  materiallarında  öz  əksini tapmışdır. Tarixi sənədlər təsdiq  edir  ki, S.Əfəndiyevin  milli  ordu  quruculuğu sahəsində fəaliyyəti hələ  o  sağ  ikən  AXC hökuməti  və  Hərbi  Nazirliyi  tərəfindən  yüksək  qiymətləndirilmişdir. 

1918-ci  il  dekabrın  29-da  AXC Nazirlər Şurasının iclasında  hərbi nazir Səməd  bəy Mehmandarovun məruzəsi əsasında Hərbi  Nazirliyin  nəzdində  tapşırıqlar  generalı  vəzifəsini  icra  edən  polkovnik  Süleyman  Əfəndiyevə   xidmətdə  fərqləndiyinə   görə  general-mayor  rütbəsinin  verilməsi  haqqında qərar  qəbul  edilmişdir. S.Əfəndiyev - AXC  tərəfindən  general-mayor  rütbəsi  verilmiş  ilk  hərbçi  olmuşdur.S.Efendiyev1Onu da qeyd edim ki, S.Əfəndiyev 1917-ci ilin iyulunda  Zaqafqaziya Komissarlığının  sərəncamı  ilə  Gəncəyə  ezam  edilmişdir. O, burada öz vəzifəsini yerinə yetirməklə yanaşı, Nəsib bəy  Yusifbəylinin  başçılıq  etdiyi Gəncə  müsəlman  komitəsinin  işində  də  yaxından  iştirak  etmişdir. Məhz  həmin  komitənin   səyləri  nəticəsində  şəhərdə  və  qəzada  ermənilərin  törətdikləri  qırğınların  qarşısı  alınmışdır. S.Əfəndiyev Gəncə  müsəlman  milli  komitəsinin  köməyi  ilə hərbi kurslar açmışdır. Burada onun tərəfindən gələcək Azərbaycan  ordusu  üçün  təlimatçılar  hazırlayacaq   150  nəfərdən  ibarət  ilk  təlim  komandası  təşkil  edilmişdir.

Zaqafqaziya Komissarlığının  qərarı  ilə   Müsəlman   Korpusunun  komandiri  vəzifəsinə  1917-ci  dekabrın  2-də  çar  ordusundan  tərxis  olunan  general-leytenant  Əliağa Şıxlinski  təyin  edilmişdir.

 Artilleriya general-leytenantı Ə.Şıxlinski  Müsəlman  Korpusunun  komandiri təyin olunarkən S.Əfəndiyev korpusun 2-ci atıcı  diviziyasının  5-ci  atıcı  alayının komandiri təyin  edilmiş, bir  müddət  isə korpus  komandirinin əmri  ilə  diviziya  komandirinin  vəzifələrini icra etmişdir. 
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik və yeganə par­la­men­tli  respublika  olan Azərbaycan  Xalq Cümhuriyyəti yaradılanda Ə.Şıxlinski vətəninə qayıdaraq  Milli  Ordunun  yaradılmasında bilavasitə yaxından iştirak etdi. Azərbaycan  Korpusunun komandiri  general-leytenant Ə.Şıxlinski  Nazirlər  Şurasının  29  dekabr  1918-ci  il  tarixli  qərarı  ilə  hərbi  nazirin  köməkçisi  təyin  edildi.

Müvəqqəti  olaraq  hərbi  nazir  vəzifəsini  icra  edən  general-leytenant  Ə.Şıxlinskinin  I  piyada  diviziyasının  başçısı mərhum  general-mayor  S. Əfəndiyevin  milli  ordunun  yaradılması  sahəsindəki  xidmətlərini  nəzərə  alaraq  onun   dəfn  mərasimi  xərclərinin   dövlət  hesabına  götürülməsi  haqqında 1919-cu  il  fevralın  21-də  Gəncədə  imzaladığı  89 №li əmrdə  qeyd  edilirdi: "...Tiflisdəki  müxtəlif  məsuliyyətsiz  təşkilatların  Müsəlman  alayına qarşı açıq-aşkar müqavimət  göstərdiyi  və  keçmiş Zaqafqaziya  Respublikasının  təchizat  idarələrindən  bir  şey  almaq son dərəcə  çətin olduğu  bir  vaxtda  polkovnik  Əfəndiyev  özünün  doğma  işinə  olan  istəyi  və  qətiyyəti sayəsində alay  üçün  nəzərdə  tutulan  əmlakın  çox  hissəsini  Tiflis  intendantlığından  əldə  edərək  Gəncəyə  çatdırmışdır... Çoxlu  qayğılar   içərisində   onun  özü  haqqında  fikirləşməyə    vaxtı  olmamış – səpmə  yatalaq  xəstəliyinə yoluxaraq vəzifə başında qarovul-növbətçi  kimi vəfat etmişdir. Allah sənə rəhmət eləsin, əsil  vətən  oğlu, yorulmaz  qulluqçu!

 Vəfat  etmiş  general  Əfəndiyevin  Batum  şəhərində  yaşayan  ailəsi  tamamilə  vəsaitsiz  qalmışdır. O, böyük  oğlunun  ölüm  xəbərini  alarkən ona həvalə edilmiş tapşırığın vacibliyini düzgün  qiymətləndirərək  vəzifəsini  tərk  etməmişdir.

Mərhumun  dəfn  mərasimi  üzrə  bütün  xərclərinin   dövlət  hesabına  götürülməsini  və  onun  ailəsinə  5  min  rub. birdəfəlik  maddi yardımın ayrılmasını əmr edirəm. Eyni  zamanda  onun  ailəsinin   ehtiyac  hiss  etmədən  yaşaması  üçün  kifayət  edən pensiyanın  təyin  olunması  haqqında  vəsatəti  hazırda  Bakıda  olan  hərbi  nazir  qarşısında    qaldırıram”.

Hərbi  nazir, artilleriya  generalı  S.Mehmandarov  S.Əfəndiyev  haqqında  yüksək  fikir  söyləyərək  qeyd  etmişdir: "General  Süleyman  bəy  Əfəndiyev təmizlikdə, namusda, qeyrət və fədakarlıqda... idarəmdəki cümlə zabitan arasında ən birinci mövqe tutanlardan idi!”

Ölkəmizdə  milli  ordu  quruculuğu  tarixinə  nəzər  salaraq,  bu  yolda  böyük  zəhməti  və  xidmətləri  olmuş  şəxsləri  böyük  hörmət  və  ehtiramla  yad  etmək hər  bir  vətəndaşın borcudur.Çünki  həmin  şəxslər  yenicə  yaradılmış  dövlətin   müstəqilliyinin  və  ərazi  bütövlüyünün  qorunub  saxlanılmasında,  genişlənməkdə  olan  erməni-daşnak-bolşevik  təcavüzünün  qarşısının  alınmasında  müstəsna  rol  oynamış  və  Azərbaycan  silahlı  qüvvələrinin  yaradılması  uğrunda  həyatlarını  qurban  vermişlər. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  ordu  quruculuğunda  milli  duyum, milli  birlik  və  milli  iftixar, vətənə, torpağa  bağlılıq  əsas  prinsiplərdən  biri  olmuşdur. Əsgər  və  zabitlər  ilk  növbədə  vətəndaş  olmalı, vətənini, dilini  və  millətini  sevməli, onun  keşiyində  layiqincə  dayanmağı  bacarmalı idilər.

General-mayor S.Əfəndiyev yenilməzlik  nümunəsi  göstərərək  ömrünü  tamamilə  vətənə  xidmətə həsr etmiş  hərbçilərimizdən   olmuşdur. S.Əfəndiyevin  adı  tanınmış  ictimai  xadim,  Azərbaycanın  ilk  hərbi  hissələrinin  təşkilatçısı  və  ilk  şəhid  general  kimi tarixə  düşmüşdür.

Respublikamızda ordu quruculuğunda, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanmasında xidmətləri olmuş hərbi  sərkərdələr  və  hərbçilər heç  vaxt unudulmur. Milli ordu  quruculuğunda  rolu  və  xidməti  olmuş  vətən  övladlarının, o  cümlədən  general  S.Əfəndiyevin  xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır və böyük ehtiramla yad edilir.

Hazırda  Qazax  şəhərindəki  1  saylı  orta məktəb S.Əfəndiyevin adını daşıyır.

 

Rafiq Səfərov

Milli Arxiv İdarəsinin 

Sənədlərin nəşri və istifadəsi şöbəsinin 

baş məsləhətçisi

 

 

 

 

İstifadə  edilmiş  ədəbiyyat  və  mənbələrin  siyahısı :

1.  Азербайджанская  Демократическая  Республика(1918-1920). Армия. Баку-1998.с.70-71.

2.ГААР.f.2898.siy.1.iş.1.v.4.

Собрание  узаконений.ст.23.с.12.

Азербайджанская  Демократическая Республика(1918-1920).Законодательные акты.Баку.1998.с.196.

3.  Архив,ф.2898,оп.1,д.1,л.4. Собрание  узаконений .ст.24. с.13

Азербайджанская  Демократическая Республика(1918-1920).Армия.Баку.1998.с.196.

4.  Азербайджан,1919, 5 марта.№48.

5.  Азербайджан,1919, 5 января.№ 4

6.  Azərbaycan  Xalq  Cümhuriyyəti  Ensiklopediyası.Bakı-2004.cild.1.s.349-350.

7. Azərbaycan  Xalq  Cümhuriyyəti  Ensiklopediyası.Bakı-2005.cild.II.s.424.

8. ГААР..ф.2894.оп.6.д.2.л.4.

 Азербайджанская  Демократическая Республика(1918-1920).Армия.Баку.1998.с.47-48.

9.  Азербайджанская  Демократическая  Республика(1918-1920). Армия. Баку-1998.с.71.

10. Ağayev Yusif, Əhmədov İstiqlal  yürüşü-1918.Bakı, “Altun Kitab”2009 ,səh.93

.

Milli Arxiv İdarəsinin rəsmi internet saytına xoş gəlmişsiniz.

İstifadəçilərimizin nəzərinə çatdırırıq ki, səhifəmizin "Məktub yaz" bölməsi yalnız təklif, irad, şikayət həmçinin qeyri - etik davranış barədə elektron müraciət göndərilməsi üçün nəzərdə tutulmuşdur. Arxiv arayışı, arxiv çıxarışı və ya arxiv sənədinin surətini almaq, həmçinin elmi tədqiqat və ya digər məqsədlərlə arxiv sənədlərindən istifadə etmək məqsədilə elektron müraciət göndərmək üçün  "Elektron Xidmətlər" bölməsinə keçid etməyinizi xahiş edirik. 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT ARXİVİ 

ƏLAQƏ

  • Ünvan:                  AZ7000, Naxçıvan şəh., H. Əliyev pr., 14
  • Telefon:                (+99436) 545 50 72
  • Qəbul günləri:      Həftənin 1, 3, 5- ci günləri,                                         
  •                             Saat 10:00 –dan 17:00 - dək
  • Fasilə:                  Saat 13:00 - dan 14:00 – dək

 

 

 

RƏHBƏRLİK

 

  • Arxivin direktoru                  İSMAYILOVA ZÜLFİYƏ İSMAYIL QIZI
  • Telefon:                               (+99436) 545 50 72

NAXÇIVAN MR DA-nin qısa tarixi

Arxivdə 1.051 fond, 402.062 iş, 4.410 kino sənəd, 84.400 foto sənəd mühafizə edilir. Sənədlərin xronoloji dövrü 1831 – 2011-ci illəri əhatə edir. 

       Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi 1925-ci il 13 dekabr Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə yaradılmışdır. 1930-cu ildə Azərbaycan arxiv orqanlarının yenidən təşkili ilə əlaqədar Naxçıvanda Mərkəzi Arxiv İdarəsi fəaliyyətə başlamışdır ki, onun da tərkib hissəsi Naxçıvan şəhərində Muxtar Respublika Dövlət Arxivi olmuşdur. 1941-ci ildən isə o, Naxçıvan MR Mərkəzi Dövlət Arxivi adlandırılmışdır.

     Naxçıvan MR Dövlət Arxivində əsasən XIX əsrin əvvəllərindən, yəni 1831-ci ildən başlayaraq bu günümüzü əhatə edən qiymətli sənədlər vardır. XIX və XX əsrin əvvəllərinə aid sənədlər içərisində İrəvan quberniya idarəsinin, İrəvan quberniya və Qars vilayəti torpaq və əmlak idarələrinin, hərbi mükəlləfiyyətlərin , şəhər və kənd işləri üzrə idarələrin, Naxçıvan və Şərur-Dərələyəz polis idarələrinin, Naxçıvan notariatının, müvəqqəti hökumətin İrəvan komissarlığının, Culfa və Şahtaxtı gömrükxanalarının, Qıvraq, Təzəkənd, Cananab, Cəhri, Şahtaxtı kredit cəmiyyətlərinin, Naxçıvan şəhər xəzinədarlığının arxivdə saxlanılan XIX əsr – XX əsrin əvvəllərini əhatə edən fondlarında kəndli ixtişaşlarından və üsyanlarından, dövlət vergilərini toplamaq üçün kürd kəndlilərinin axtarılmasından, dəyirmanlardan, sudan, otlaqlardan istifadə etməyə icazə verilməsi haqqında kəndlilərin müraciətlərindən, kəndli torpaqlarının bəylər tərəfindən zorla ələ keçirilməsindən, kəndlilərin üzərinə müxtəlif vergi və mükəlləfiyyətlərin qoyulmasından, gömrük, pul-kredit əməliyyatlarından bəhs edən xeyli sənədlər vardır.

      Həmçinin arxivdə Naxçıvan Muxtar Respublikasının yaradılması, sərhədlərin möhkəmləndirilməsi, torpaqların, o cümlədən vəqf torpaqlarının müsadirə edilməsini əks etdirən sənədlər də vardır.

     Naxçıvan MR MİK-nin, Ali Sovetinin, Xalq Komissarları sovetinin (Nazirlər Sovetinin), qəza, rayon icraiyyə komitələrinin və s. fondlarında təsərrüfatın bərpası, fabrik və zavodların tikilməsi, kənd təsərrüfatının kollektivləşdirilməsi, müəssisələrin istehsal göstəriciləri öz əksini tapmışdır.

     Dövlət plan komitəsinin, sənaye sahələri üzrə xalq komissarlıqları, nazirliklərin fondlarındakı sənədlər yerli sənayenin vəziyyətini işıqlandırır. Həmin sənədlər Naxçıvanın təbii sərvətlərinin öyrənilməsini, duz mədənlərinin işlədilməsini, faydalı qazıntıların çıxarılmasını, respublikanın elektrikləşdirilməsini, yüngül və yeyinti sənayesinin inkişafını xarakterizə edir. Culfa dağ-mədən kombinatı, Şərur pambıq təmizləmə zavodu, Ordubad ipək fabriki və başqa sənaye obyektlərinin fəaliyyəti, həmçinin meyvə-konserv, süd, pendir zavodları kimi yeyinti sənayesi müəssisələrinin tikintisi haqqında maraqlı materiallar var.

      Respublikanın şəhər və qəsəbələrinin inkişafı və abadlaşdırılması, mənzil-kommunal tikintisi haqqında Naxçıvan Muxtar Respublikası Kommunal təsərrüfatı nazirliyinin, rayon və şəhər kommunal təsərrüfatı şöbələrinin, trestlərin, tikinti təşkilatlarının və digər idarələrin sənədlərində öz əksini tapmışdır.

      Xalq təhsili və səhiyyənin inkişafı, əhali arasında mədəni-maarif işlərinin aparılması, insanların maddi və mədəni səviyyəsinin yüksəldilməsi, bədən tərbiyəsi və idmanın inkişafı maarif və səhiyyə nazirliklərinin, yerli maarif və səhiyyə orqanlarının, təhsil müəssisələrinin, həmkarlar ittifaqlarının respublika şurasının və onun sahə komitələrinin və digər idarələrin fondlarında cəmləşdirilmiş sənədlərdə öz əksini tapmışdır. Həmin fondlarda savadsızlığın ləğv edilməsi, təhsil müəssisələrinin açılması, milli kadrların hazırlanması barədə də məlumatlar vardır.

     Sənaye müəssisələrinin, kolxoz və sovxozların, MTS-in materialları İkinci Dünya müharibəsi illərində Naxçıvanın fəhlə, kəndli və ziyalılarının fədakar əməyindən bəhs edir.

     İkinci Dünya müharibəsindən sonrakı illərdə, xüsusilə keçən əsrin 70-80-cı illərində Muxtar Respublikada sənayenin, kənd təsərrüfatının, elm və mədəniyyətin surətli inkişafı, əhalinin maddi və mənəvi səviyyəsinin yüksəlməsi və s. məsələlər keçmiş Naxçıvan Vilayət Partiya Komitəsinin, rayon partiya komitələrinin, Muxtar Respublika Ali Soveti Rəyasət Heyətinin, Nazirlər Sovetinin, nazirlik, idarə və müəssisələrin, kolxoz və sovxozların fondlarındakı sənədlərdə özünün geniş əksini tapmışdır.

     Arxivdə həmçinin şəxsi mənşəli fondlar da mühafizə olunur.

Arxivin kinofoto sənədləri Naxçıvanda yenidənqurma işlərinin vüsətini, savadsızlığın ləğvini, sənaye obyektlərinin, yolların tikilməsini, şəhər, qəsəbə və kəndlərin inkişafını işıqlandırır.

 

N A X Ç I V A N     M U X T A R    R E S P U B L İ K A S I N I N

R A Y O N     D Ö V L  Ə T    A R X İ V LƏ R İ

 

 

ARXİVİN YARANMA TARİXİ

SƏNƏDLƏRİN İLK VƏ SON TARİXLƏRİ

Babək Rayon Dövlət Arxivi, 373635, Babək qəs. Azərbaycanın 60 illiyi küç. 1, tel.: 7-52-47

1980

1981

Culfa Rayon Dövlət Arxivi, 373620, Culfa şəh. Xətai küç. 3, tel.: 6-19-40

1930

1930-1999

Ordubad Rayon Dövlət Arxivi, 373640,  Ordubad şəh. Nizami küç. 92, tel.: 7-06-00

1930

1928-1999

Sədərək Rayon Dövlət Arxivi, 373699, Sədərək qəs. Şahverdiyev küç.,tel.: 2-03-19

1991

1935-1997

Şahbuz Rayon Dövlət Arxivi, 373650, Şahbuz qəs. N.Nərimanov küç. 10, tel.: 3-00-05

1930

1928-1999

Şərur Rayon Dövlət Arxivi, 373690, Şərur qəs. Nizami küç. 18, tel.: 2-22-36

1930

1928-1999

ELEKTRON XİDMƏTLƏR MƏRKƏZİ

 

Mərkəzin rəhbəri       EMİNOV NATİQ SLAVA OĞLU

Telefon:                   (+99412) 562 61 07

E-mail:                     Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

MALİYYƏ-TƏSƏRRÜFAT ŞÖBƏSİ

 

Şöbə müdiri                      ABDULLAYEV HİKMƏT ŞAMİL OĞLU

Telefon:                           (+99412) 562 94 21

E-mail:                             Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Şöbə müdirinin müavini     İSMAYILZADƏ XATİRƏ QULAM QIZI

Telefon:                          (+99412) 562 94 10

 

Şöbə müdirinin müavini     İSRAFİLOV ELŞƏN ƏLİ OĞLU

Telefon:                          (+99412) 562 94 67

 

 

 

MALİYYƏ-TƏSƏRRÜFAT ŞÖBƏSİNİN

ƏSASNAMƏSİ

MAİ-nin 18 iyul 2014-cü il tarixli

10A nömrəli əmri ilə təsdiq edilmişdir.

 

 

           

  1. Ümumi müddəalar

        1.1. Maliyyə-təsərrüfat şöbəsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin   struktur bölməsi olmaqla birbaşa İdarənin rəhbərliyinə tabedir.

1.2  Şöbə öz fəaliyyətində  Azərbaycan Respublikasının müvafiq məcəllə və qanunlarını, mühasibat  uçotu, valyuta tənzimi, sosial sığorta və müavinətlərə dair qanun və normativ-hüquqi sənədləri, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi haqqqında Əsasnaməni və maliyyə-təsərrüfat şöbəsi işçilərinin vəzifə təlimatlarını  əldə rəhbər tutur.

 

  1. Şöbənin əsas vəzifələri

 

        2.Şöbənin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

        Maliyyə xidməti sahəsində:

        2.1. Maliyyə fəaliyyətini və mühasibat  uçotunu təşkil etmək;

2.2. Maddi, əmək,maliyyə vəsaitlərin qənaətli istifadəsinə, İdarənin və onun strukturuna daxil olmayan tabeçiliyindəki dövlət arxivlərinin, dövlət arxivinin filiallarının (bundan sonra mətndə “İdarə”) əmlakının qorunmasını və maliyyə-təsərrüfat  fəaliyyətlərinə nəzarəti həyata keçirmək;

2.3. İdarə tərəfindən həyata keçirilən işlərin və planda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyə vəsaitləri və lazımi maliyyə-smeta sənədləri ilə təmin etmək;

2.4. Təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesablarında, həmçinin mühasibat uçotu registrlərində düzgün əks etdirmək, ona nəzarət, operativ məlumatları təqdim etmək, mühasibat (maliyyə) hesabatlarını müəyyən olunmuş müddətlərdə tərtib və təqdim etmək, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və səfərbər etmək məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə İdarənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini həyata keçirmək, inventarizasiyanı aparmaq;

 2.5  Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uşotu hesablarında vaxtında əks etdirmək;

         2.6. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və

vergitutma obyektlərinin uçotunu aparmaq;

         2.7. Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək;

            2.8. Mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədləri, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədləri qanunvericiliklə müəyyən edilmiş müddətdə saxlamaq;

            2.9.  İdarənin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərinə təsviri;

          2.10.  İdarənin maliyyə strategiyasını və onun maliyyə sabitliyinin təməlini

hazırlmaq;

  2.11. İdarənin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillərini aparmaq;

          2.12. Lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planlarını tərtib etmək;

  2.13. Xidmətlərin maya dəyəri və gəlirliliyini planlaşdırmaq;

          2.14.  Əsas fondun, cari və əsaslı təmirin maliyyələşdirilməsinin qayda və

meyarlarını müəyyən etmək;

  2.15.     Gəlirlərin vaxtı-vaxtında daxil olmasını təmin etmək;

          2.16.      İdarənin bank hesabları üzrə aparılan maliyyə və hesablaşma əməliyyatlarınin  operativ uçotunu aparmaq;

  2.17.  Göstərilən  xidmətlər  üzrə vəsaitlərin vaxtında alınması üçün tədbirlər

görmək;

          2.18. Müqavilələr əsasında tərəfmüqabillərin göstərdiyi xidmətlərin vaxtında

ödənilməsini təmin etmək;

          2.19.  İdarənin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədləri, hesabatları tərtib və vergi orqanlarına təqdim etmək;

          2.20.  Maliyyə vəsaitləri hərəkətinin uçotunu aparmaq və maliyyə uçotunun

standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə

hesabatları tərtib etmək;

         2.21.  İdarənin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə

əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə

təqdim otmək;

         2.22.Müştəri və tərəfmüqabillərə hesabları təqdim etmək, qarşılıqlı hesabları tutuşdurmaq;

         2.23.Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlamaq;

         2.24.Xəzinə, təsərrüfat və bank əməliyyatlarının, əsas vəsait və öhdəliklərin,

qeyri-material aktivlərin, azdəyərli əşya, material ehtiyatları və hesab-

fakturaların uçotu.

 

        Təsərrüfat xidməti sahəsində:

        2.25. İdarənin əsaslı surətdə təmirini planlaşdırmaq,  bu işə, o cümlədən təmir və tikinti işlərinə  nəzarət etmək;

        2.26. Texniki vəsaitlərin   İdarəyə paylanmasına və bu texniki vəsaitlərin  

  istifadəsinə nəzarət etmək;

2.26. İdarənin  maddi–texniki cəhətdən təmin olunmasını və ona təsərrüfat xidmətlərini həyata   kecirmək;

 2.27. İdarənın binalarının cari təmir işlərini təşkil etmək və onları yerinə yetirmək;

                             

III. Şöbənin əsas funksiyaları

         3.Maliyyə-təsərrüfat şöbəsi ona həvalə olunmuş vəzifələri müvafiq olaraq:

         Maliyyə vəsaitləri ilə təminatını həyata keçirir:

 3.1 İdarənın ştat  cədvəllərini, iliik smetalarını və onların aylar üzrə bölgüsünü tərtib edib hazırlayır və təsdiq üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edir;

 3.2.Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə sonunçu yerli büdcəni təsdiq edərkən, Milli Arxiv İdarəsinin, Naxcıvan MR Nazirlər Kabinetinin, İcra Başçılarının tabeliyində   olan idarə və arxivlərin saxlanılmasına ayrılmış  pulun miqdarını müəyyənləşdirir və razılaşdırır;

 3.3.Milli Arxiv İdarəsinin aparatının saxlanılması ücün respublika büdcəsi üzrə açılan   kreditin  məxaric  cədvəlini Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edir;

 3.4. Digər şöbələrlə birlikdə Milli Arxiv İdarəsinin Mərkəzi Aparatını və onun tabeliyində  olan idarələrin strukturunu daha da təkmilləşdirmək üzrə təkliflər hazırlayır;

 3.5. Daxili ehtiyatların toplanması və onlardan qənaətlə istifadə edilməsinə kömək edir və bu    sahədə ölçü götürür;

 3.6. Milli Arxiv İdarəsinin  tabeliyində olan idarələrin mühasibat ucotu və hesabatının  düzgün aparılmasını təşkil  edir;

         3.7. Azərbaycan Respublikası Maliyyə Nazirliyi  tərəfindən təsdiq olunmuş təlimat və  formalar əsasında Milli Arxiv İdarəsinin tabeliyində olan idarələrin illik və carı hesabat   formalarını müəyənləşdirir;

 3.8.Milli Arxiv İdarəsinin bütün əməliyyatlarının mühasibat uçotunu aparır, o çümlədən   maliyyə, kredit  və hesab əməliyyatlarını, əmək haqqı uçotu, debitor və kreditorlarla   hesablaşmanı, dövlət büdcəsində ayrılan  məbləğin, maddi cəhətdən qiymətli əmlakın   və pul vəsaitlərinin ucotunu, həmcinin bütün fəaliyyət növləri üzrə inzibati-təsərrüfat   və əməliyyat xərclərinin ucotunu, büdcə üzrə xərclərin ucotunu  aparır;

         3.9. Milli Arxiv İdarəsinin tabeliyində olan və onun umumi balansına daxil olan idarələrin cari və illik mühasibat hesablarını təhlil edir, bu barədə öz rəyini verir ;

3.10. Milli Arxiv İdarəsinin tabeliyində olub respublika büdcəsindən maliyyələşdirilən,    kapital qoyuluşu üzrə xususi vəsait hesabında olan idarənin umumi mühasibat  hesabatını tərtib edir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edir;

3.11. statistik hesabatları hazırlayır və Azərbaycan Dövlət Statistika Komitəsinə təqdim edir;

        3.12. Milli Arxiv İdarəsinin tabeliyində olan idarələrin maliyyə, büdcə və smetalarını düzgün aparılmasına nəzarət edir, ucot və hasabatların təkmilləşdirilməsi üzrə tədbirlər işləyib  hazırlayır;

        3.13. Əsas vəsaitlərin və mal-material qiymətlilərinin inventarizasiyasını həyata keçirir, həmçinin yararsız hala düşmüş inventarların balansdan silinməsi üçün qanuna müvafiq tədbirlər görür ;

        3.14. Əməkdaşların  mükafatlandırılması barədə arxiv idarələrindən göndərilən sənədləri  başqa şöbələrlə birlikdə nəzərdən keçirir, mütəxəssislərin və təsərrüfat hesablı   işçilərinin mükafatlandırılması üçün Azərbayçan Respublikası Milli Arxiv İdarəsi    rəisinin  razılığını hazırlayır;

        3.15. İdarə, təşkilat və ayrı-ayrı vətəndaşların maliyyə-təsərrüfat şöbəsinin fəaliyyətinə  aid  göndərdikləri məktubları nəzərdən keçirir və zəruri  məsələləri həll edir;

        3.16. Maliyyə, əmək haqqı, iqtisadi normativlərin işlənib və tətibq edilməsi məsələlərinin  həllində idarələrə metodiki köməklik edir;

        Maddi-texniki təchizat üzrə:

       3.17. Respublika arxiv idarələrinin maddi-texniki cəhətdən təminatı ilə tanış olmaq üçün onlar   tərəfindən təqdim olunan ərizələri toplayır, təhlil edir, ümumi nəticə çıxarır və lazımi  təşkilatlarla onların  maddi-texniki təminatını müdafiə edir;

   3.18. Texniki-istehsalat istiqamətində vəsaitin, avadanlıq və s. məqsədlər ücün fondun ayrılması üzrə müvafiq nazirliklərdə və respublika idarələrində Azərbaycan  Respublikası Milli Arxiv İdarəsinin nümayəndəsi kimi təmsil olunur;

           3.19.Texniki-istehsalat xarakterli vəsaitin, avadanlığin və s. vəsaitlərin arxiv idarələri ücün  alınmasını təşkil edir, alınmış avadanlıqları istehlakçılar arasında bölüşdürür;

           Əsaslı tikinti və təmir üzrə:

          3.20. Yenidən başlanan və inşası davam etdirilən   İdarənin binalarının tikintisini və gələçək   tikinti  işlərinin  layihəsinin titul siyahılarını tərtib edir və Milli Arxiv İdarəsinin  rəhbərliyinə təqdim edir;

         3.21. Layihə təşkilatları tərəfindən İdarənin  binalarının  layihəsinin işlənib  hazırlanmasını təşkil edir;

         3.22. Layihə-smeta sənədlərinin hazırlanması və tikinti-montaj işlərinin yerinə yetirilməsi  üzrə podrat tikintisi təşkilatı və layihə təşkilatları ilə müqavilə layihəsini hazırlayır;

         3.23. İdarənin binalarının tikintisi  və təmirinə nəzarət edir;

         3.24. İdarənin  binalarının təmiri və  əsaslı tikintisi planının yerinə yetirilməsi  üzrə cari hesabatı tərtib edir və lazımi  təşkilatlara təqdim edir.

           Texnika və istismar xidməti üzrə:

          3.25. İdarənin  binalarında  lift təsərrüfatına, elektrik şəbəkəsi qurğusunun istismarına, yanğınsöndürən avtomatikaya, su kəməri və qaz şəbəkəsinə, kondinsionerlə  təchizata, isitmə   sistemi və  santexnikaya nəzarəti və profilaktikanı texniki qayda və normalarla həyata keçirir;

         3.26. Elektrik enerjisindən, qazdan, sudan  qənaətlə istifadə ücün tədbirlər görür;

         3.27. Texniki təhlükəsizlik və təsərrüfat sanitariyası qaydalarına riayət olunması üzrə tədbirlər  görür və bu tədbirləri heyata keçirir;

         3.28. Avtomobil nəqliyyatının qorunması, təmiri və texniki istismar üzrə tədbirləri yerinə  yetirir;

          Təsərrüfat təchizatı üzrə:

         3.29. Milli Arxiv İdarəsinin şöbələrini, həmçinin  respublika arxiv idarələrini mebel, təsərrüfat  inventarı, arxiv qutuları və dəftərxana   vəsaiti ilə təmin edir, mebellərin qorunmasına və onların təmirinə nəzarət edir;

         3.30. Xidmət göstərmək ücün müqavilənin bağlanmasında lazımi sənədlərin  

 rəsmiləşdirilməsini, lazımi təsərrüfat materiallarının,  avadanlığın, inventarın alınması və    saxlanmasını, habelə onların sərfinin ucotunun aparılmasını və müəyyən olunmuş  qaydada hasebatların tərtib edilməsini təşkil edir;

        3.31.Başqa şəhərlərin arxiv idarələrindən Milli Arxiv İdarəsinə gələn əməkdaşları    mehmanxanalarda yerlə, nəqliyyatla təmin edir;

      3.32. Milli Arxiv İdarəsi tərəfindən müşavirə, konfrans və b. tədbirlərin keçirilməsi üçün otaq  hazırlayır;

      3.33. Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası dövlət arxivlərinin və laboratoriyanın   otaqlarının, həmçinin  onların həyətlərinin təmizlənməsini təşkil edir;

      Dövlət əmlakını qorunmasını təmin edir:

      3.34. Milli Arxiv İdarəsinin, Azərbaycan Respublikası dövlət arxivlərinin,  laboratoriyanın və   ARDA Bakı  filiallının  binalarının  mühafizəsini təmin etmək ücün DİN-nin müvafiq  təşkilatları ilə müqavilə bağlayır və müqavilə üzrə öhtəliyin yerinə yetirilməsinə nəzarət edir;

      3.35. Milli Arxiv İdarəsi və Azərbaycan Respublikası dövlət arxivlərinin ərazisi daxilində  qoyulmuş buraxılış rejiminin yerinə yetirilməsini təmin edir;

 

  1. Şöbənin hüquqları

   

 Şöbəyə aşağıdakı hüqüqlar verilir:

     4.1 Bank idarələrinə təqdim olunan pul və ödəmə sənədlərini  imzalamaq;

     4.2. Üzərinə düşən funksiyanı yerinə yetirmək ücün respublika  dövlət arxiv idarələrindən    materiallar almaq;

     4.3. Maliyyə-təsərrüfat işinin təşkili, uçotu və hesabatın tərtibatı və təkmilləşdirilməsi,  texniki təçhizat məsələləri ilə əlaqədar olaraq respublika  tabeliyində olan idarələrə  göstərişlər verir;

      4.4.  Avadanlıq və inventarin eldə edilməsi, binaların əsaslı  surətdə tikintisinin aparılması və  s. məqsədlər üçün idarənin maliyyə vəsaitini müəyyənləşdirir və Milli Arxiv İdarəsinin şöbələrindən və Respublıka dövlət arxivlərindən əsaslandırılmış hesabatlar alır;

      4.5.  Milli Arxiv İdarəsinin kollegiyasında şöbənin profilinə uyğun  məsələlərə baxmaq ücün sənədlər hazırlayır, rəhbərliyin  qəbul etdiyi qərarın yerinə yetirilməsinə nəzarət edir;

     4.6.  Azərbayçan Respublikası Maliyyə Nazirliyi,  Dövlət Statistika Komitəsi, başqa nazirlik və idarələrlə maliyyə-təsərrüfat məsələləri üzrə öz səlahiyyəti  daxilində işgüzar    əlaqələri həyata keçirir.

 

  1. Şöbənin işinin təşkili

       5.1. Şöbə öz fəaliyyətini demokratik əsaslar üzərində qurur. Şöbənin işinin təşkili, işçilərin mükafatlandırılması və çəzalandırılması məsələlərınə şöbə əməkdaşlarının yığıncağında baxılır;

        5.2. Şöbədə işçilərin əməyinin təşkili həmin şöbənin əməkdaşlarının vəzifə təlimatlarında göstərilən vəzifə bölgüsü əsasında həyata  kecirilir;

        5.3. Şöbəyə Milli Arxiv İdarəsinin  rəisi tərəfindən vəzifəyə təyin  edilən və işdən azad  olunan müdir başçılıq edir.  Müdir  şöbənin bütün işini təşkil edir,

şöbənin üzərinə qoyulmuş tapşırıq və funksiyalar üzrə işlərin vaxtında yerinə yetirilməsinə və keyfiyyətinə, nizam-intizam vəziyyətinə  tam məsuliyyət daşıyır,

şöbənin səlahiyyətinə daxil olan bütün məsələlər üzrə Milli Arxiv İdarəsini təmsil edir.

        5.4. Şöbə İdarənin maliyyə vəsaitləri ilə  təmin olunması, mühasibat ucotunun  və hesabatının düzgün aparılması, texniki təchizatının  vəziyyəti ücün məsuliyyət daşıyır.

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR