Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan xalqının parlament idarəçiliyi səviyyəsinə yüksəldiyini dünyaya sübut edən Məclisi-Məbusan. Cümhuriyyət Parlamentinin iclaslarında təhsil işinin təşkili və inkişafına dair müzakirəyə çıxarılmış və qəbul edilmiş qanunlara baxış.

Son Yenilənmə : 2018-09-27 10:44:39
Baxış sayı : 628

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “ Azərbaycan Xalq  Cümhuriyyəti ili” elan edilmişdir. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə  Azərbaycan Respublikası Prezidentinin 16 may 2018-ci il tarixli  sərəncamı ilə   Azərbaycan Respublikasının Nazirlər Kabinetinə  tapşırılırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Azərbaycan Respublikasının  Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.

Azərbaycan  Xalq  Cümhuriyyəti - Müsəlman  Şərqində  yeganə  parlamentli  Respublika  kimi  tarixə  daxil  olmuşdur. Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamenti (Məclisi  Məbusan) 7  dekabr  1918 ci  ildən - 27 aprel 1920-ci  ilədək  olan  müddətdə cəmi  on  yeddi  ay fəaliyyət  göstərmiş  və fəaliyyətdə  olduğu  müddət  ərzində  özünün  işgüzarlıq  qabiliyyətini   nümayiş  etdirərək  Azərbaycan  xalqının parlament idarəçiliyi səviyyəsinə yüksəldiyini dünyaya  sübut  etmişdir.  

Müttəfiq  Dövlətlərin  Ali  Şurası  1920-ci il  yanvarın  11-də  Azərbaycanın    Gürcüstanın  müstəqilliyini  de-fakto  tanımışdır. Parlamentin  bu  tarixi   hadisəyə  həsr  edilmiş  14  yanvar  1920-ci  il    tarixli  iclasında    Xarici  İşlər  Naziri  F.X.Xoyski  çıxış  edərək  qeyd  etmişdir: “Möhtərəm  məbuslar! 1918-ci  il  mayın  28-də  Azərbaycan  xalqı  öz  istiqlaliyyətini  elan  etdi. Lakin müstəqilliyini  elan  etmək  az  idi. Bizim  sərbəst  həyata  layiq  olduğumuzu  bütün  dünyaya  sübut  etmək  lazım  idi. Budur, azərbaycan  xalqı  il  yarım  ərzində  Avropaya  sübut  etdi  ki, o, sərbəst  yaşamağa    sərbəst  surətdə  özünü  idarə  etməyi  bacarır. Azərbaycan  xalqının  həyat  qabiliyyətli  olduğuna  inanan  Avropa  bizim  müstəqilliyimizi  tanımağı  lazım  bildi. Azərbaycanın  ilk  hökuməti  yaradılanda  mən  ona  başçılıq  edirdim    indi  bizim  müstmüstəqilliyimizin  tanınması  haqqında  xəbəri  sizə  çatdırmağı  mən  özümə  böyük  xöşbəxtlik  sayıram.”

Xalqımızın Zaqafqaziya  Seymindən  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamentinin  yaranmasına  qədər    keçdiyi   olduqca  gərgin, məsuliyyətli və şərəfli  tarixi yol Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə uzun müddət rəhbərlik etmiş, tarix  elmləri  doktoru, Ataxan  Paşayevin  rəhbərliyi  altında  hazırlanmış    2006-cı  ildə  çapdan  çıxmış “Zaqafqaziya  Seyminin  Müsəlman  fraksiyası    Azərbaycan  Milli  Şurası  iclaslarının    protokolları” sənədlər  toplusunda   ətraflı  əks  etdirilmişdir.

Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamentinin  açılışı  1918-ci  il  dekabrın   7-də  Bakı  şəhərində, Nikolayev (indiki  İstiqlaliyyət) küçəsində  yerləşmiş  H.Z.Tağıyevin  qızlar   məktəbinin  binasında (induki  Əlyazmalar  İnstitutunun  binası) həyata  keçirildi.  Azərbaycan Parlaqmenti bütün  müsəlman  şərqində  o  dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk  Parlament kimi tarixdə  izi qalmışdır . “Musavat” fraksiyasının  təklifi  ilə  Ə.Topçubaşov  Parlamentin  sədri,H.Ağayev isə  onun  birinci  müavini  seçilmişdi. Lakin Ə.b.Topçubaşov  Paris  sülh  konfransına  yola  düşdüyü  üçün  Parlamentin  fəaliyyətinə  H. Ağayev  rəhbərlik  edirdi. Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamenti  17 ay  fəaliyyət  göstərmiş    bu  müddət  ərzində  onun 145  iclası -  ilk iclas  1918-ci il dekabrın 7-də, son iclas  isə 1920-ci il aprelin  27-də keçirilmişdir. Cəmi  17  ay  fəaliyyət  göstərməsinə  baxmayaraq, Azərbaycan  Xalq  Cümhuriyyətinin  Parlamenti  yüksək  işgüzarlıq  qabiliyyətini    nümayiş  etdirə  bilmişdir. Azərbaycan Parlamentinin qəbul etdiyi  qanun    qərarların  hamısı müstəqil  ölkənin  ilk qanun    qərarları  kimi çox  əhəmiyyətli olmuşdur.Qeyd  edirik  ki, fəaliyyətdə  olduğu  müddət  ərzində Azərbaycan  Parlamentinin  müzakirəsinə  270-dən yuxarı  qanun  layihəsi  çıxarılmışdır  ki, onlardan da 230-a yaxını  təsdiq  olunmuşdur. Parlamentdə  müxtəlif  komissiyalar: maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisinə seçkilərin  keçirilməsi  üzrə  mərkəzi  komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncam verici, ölkənin istehsal qüvvələrindən  istifadə üzərində nəzarət, redaksiya və fəhlə  məsələləri  üzrə  komissiyalar  fəaliyyət  göstərirdi.

Azərbaycan  Respublukasının  Dövlət  Arxivlərində  saxlanan  tarixi  sənədlər  təsdiq  edir  ki, Azərbaycan Hökuməti  ilə yanaşı  Azərbaycan  Parlamenti də  öz fəaliyyətində  ölkədə  təhsilin, maarifin  inkişaf etdirilməsi məsələlərinə mühüm yer ayırmışdır. Respublikada  xalq maarifi və təhsilin  inkişafı, savadsızlığın    geriliyin aradan qaldırılmasına, eləcə də məktəb-təhsil işinin geniş surətdə yayılmasına nail olunması Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti    Hökumətinin qarşısında duran vacib məsələlərdən biri idi.  Xalq Maarif Naziri  Nəsib bəy Yusifbəylinin 1918-ci ilin  dekabrında  Bakı  Qubernatoruna  göndərdiyi  məktubda  qeyd  edilirdi  ki,  “..1917-ci il çevrilişinədək Rusiya hökuməti özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq, xalqın maariflənməsi işinə çox az qayğı göstərmişdi...Xalq  maarifinin  daşıyıcıları  olan  xalq  müəllimləri  çar   hökuməti  tərəfindən  müxtəlif  təhqir    təqiblərə  məruz  qalırdılar...Həmin  hökumətin   ucbatından  hazırda Azərbaycanın  bütün ərazisi  boyu  məktəblərə  böyük   ehtiyac  duyulur    indi Nazirlik  bütün  qüvvəsini yeni  məktəblərin, müəllim  kurslarının    s. açılmasına  yönəldərək  mümkün qədər  qısa  müddətdə  ölkədə  maarif    təhsil  işini  lazımi  səviyyədə  qurmağa  çalışır. Çünki, indiki zamanda  yalnız  savadlı  xalqın  sərbəst  yaşamağa  hüququ    imkanı   vardır.... Ölkənin gələcək taleyi bu işlərin  müvəffəqiyyətindən çox asılıdır.”    Ölkədə  təhsil    maarifə  olan  ehtiyacların  ödənilməsi  üçün  bu  sahəyə  xüsusi  diqqətin  yetirilməsi zamanın  tələbi  olduğu həmin  məktubda  öz  əksini  tapmışdır.Qeyd  edirik   ki, Parlamentin müzakirəsinə  çıxarılmış  bir  sıra  qanun  layihələri məhz təhsil və maarif quruculuğu işləri ilə bağlı idi. Ölkədə təhsil  sisteminin inkişaf etdirilməsinə yönəlmiş qanun və qərarların  qəbul edilməsi  böyük  əhəmiyyət  kəsb  etmişdir.Təhsil  sisteminin  dağılmasının  qarşısının  alınmasına, onun  dəyişdirilərək  milli  mənafelərə  uyğun   yenidən  qurulmasına, məktəb  islahatlarının  aparılmasına    tədris-tərbiyə  işlərinin  milli  köklər  üzərində  yenidən  qurulmasına yönəldilmiş  tədbirlərin  həyata  keçirilməsi  üçün  Parlament    Hökumət  tərəfindən   qəbul  edilmiş   qanun    qərarların  tarixi  əhəmiyyəti  danınmazdır.

Azərbaycan  Parlamentinin  1918-ci  il  dekabrın  26-da  keçirilmiş  5-ci  iclasında  F.X.Xoyskinin  sədrliyi  ilə  yeni  təşkil  olunmuş  Hökumətin  bəyannaməsi  elan  edildi. Həmin  bəyannamədə  təhsil-maarif  məsələlərinə  xüsusi  yer  ayrılmışdır. Parlamentə daxil olmuş müxtəlif  partiya və fraksiyaların bəyannamələrində    təhsil  məsələlərinə xüsusi diqqət yetirilmişdir. Məsələn, Azərbaycan  Parlamentinin  8 yanvar  1919-cu il  tarixli  7-ci  iclasında  dövrünün  tanınmış müəllim və pedaqoqu -  Rəşid bəy  Əfəndiyevin qardaşı, pedaqoji  təhsilli  Abdulla bəy Əfəndiyev “Əhrar” fraksiyasının  bəyənnaməsini  səsləndirərkən   ölkədə  təhsil-maarif  işinin  əhəmiyyətinə  toxunaraq  qeyd  edirdi: “...Azərbaycan  Cümhuriyyətinin  maarifə  olan  ehtiyacı  başqa  ehtiyacının  fövqündədir.Ümum  fəlakətlərin  birinci  səbəbi  maarif  yoxluğudur...xalq  təhsili  işində  icbari  ümumi  təhsil   tətbiq  edilməlidir.Məktəb  seminariyaları, peşə    kommersiya  məktəblərinin  şəbəkəsi  genişləndirilməlidir. Bu  il  Universitet    açılmalıdır. Məktəblər kifayət qədər müəllimlərlə təmin olunmalıdır. Məktəblər  milliləşdirilməlidir. Geniş yayılmış bir sıra kitabçaların, jurnal, dərslik    təlimatların  ucuz  qiymətə  nəşr  edilməsi  üçün  tədbirlər  görülməlidir. Dövlət  təşkilatlarında  bütün  kargüzarlığın  milli  türk (Azərbaycan-R.S.) dilində  aparılması  üçün  tədbirlər  görülməlidir.Hökumət  məmurlarının  hazırlanması  üzrə  xüsusi  məktəblər  açılmalıdır.”

Parlamentin  14  aprel  1919-cu  il  tarixli  29-cu  iclasında  N.Yusifbəylinin  sədrliyi  ilə  təşkil  edilmiş   yeni  Hökumətin  bəyannaməsində   xalq  təhsili  məsələlərinə  xüsusi  yer  ayrılmışdır. Hökumətin bəyannaməsində qeyd  edilirdi:”…Müstəqilliyimizin  həyata  keçirilməsi    möhkəmləndirilməsi  işində  xalq  təhsilinin  hansı  rol  oynadığı  hamınıza bəllidir. Hökumət bunu nəzərə  alaraq təcili surətdə icbari ümumi təhsil haqqında  qanun  layihəsinin  hazırlanmasını    bizim sənaye ölkəmizdə peşə təhsilinə xüsusi diqqət yetirilməsini vacib hesab  edir.

Həmin qanun layihəsinə uyğun olaraq payıza qədər ölkəmizdə ibtidai məktəb  şəbəkəsinin yaradılmasına ümid  edir. Hökumət mövcud ibtidai və orta  məktəblərin bir hissəsinin milliləşdirilməsi yolu ilə ölkəmizin sayca çoxluq  təşkil  edən türk (azərbaycanlı-R.S.) əhalisi  üçün  məktəblər  yaratmaqla  yanaşı  sayca  azlıq  təşkil  edən  millətlərin  uşaqlarının da orta  təhsil  almasının  qayğısına  qalmasını vacıb  hesab  edərək  rus və onların ana dilində  olan məktəblərin  saxlanmasını, lazımi hallarda isə dövlət vəsaiti hesabına yeni məktəblərin  açılmasını vacıb  sayır. Hökumət məktəblərin milliləşdirilməsi üçün müəllim və  dərsliklərin çatışmadığını etiraf edərək,  yeni  açılan  müəllim  seminariyalarında  müəllimlərin hazırlanmasına və yaxud  xaricdən dəvət olunmasına, həmşinin xüsusi komissiyalar yaratmaqla yeni dərsliklərin tərtib  edilməsinə və onların  xarıci dildən  tərcümə edilməsinə qüvvəsini sərf  edəcəkdir. Ümid  edirik  ki, bütün  bu  tədbirlərin  həyata  keçirilməsi  sayəsində yeni tədris ilinin əvvəllərindən  etibarən kifayət  qədər yaxşı avadanlıqla təchiz edilmiş və tədrisi  türk (Azərbaycan-R.S.) dilində aparılan məktəblərə malik olmağa imkan verəcəkdir. O  ki, qaldı  ölkədəki  ali-təhsil  müəssisəsinə, məlumdur  ki, Bakıda    Kənd  Təsərrüfatı İnstitutunun açılması barədə qanun layihəsi baxılmaq üçün Parlamentə  təqdim edilmiş və  gələn tədris ilinin əvvəllərindən etibarən isə Zaqafqaziya  Universitetinin Bakıya köçürülməsi haqqında  danışıqlara  başlanılmışdır. Hökumət bu  məsələlərin  ölkəmiz üçün faydalı  həll  edilməsinə dair tədbirlər görəcəkdir. Aydındır ki,bizim  Universitetdə  dilimizi, ədəbiyyatımızı    tariximizi  öyrənmək  üçün  kafedralar  açılacaqdır.”  

Azərbaycan Parlamenti tərəfindən mart 1919-cu ildən aprel 1920-ci ilədək  müddətdə qəbul edilmiş qanun və qərarların bir çoxunu qeyd edirik:

-Bolşeviklər  tərəfindən  müsadirə  edilmiş, sonralar isə hökumət mətbəəsinin  mülkiyyətinə verilmiş mətbəə  əmlakının  sahibi Abuzər Orucova  468.380 rublə pul vəsaitinin verilməsi./20 mart 1919/; Hərbi mükəlləfiyyətlər haqqında  Nizamnamənin maddələrinə əlavələrin edilməsi. /17 aprel  1919/. Qəbul  edilmiş  həmin qanuna görə dəmiryolu məktəblərində təhsil alan və çağırış yaşına çatmış  müsəlman gənclərin hərbi qulluğa çağırılması təxirə salınır, təhsillərini başa  vurduqdan sonra isə dəmiryolu alaylarına həqiqi hərbi  xidmətə  çağırılırdılar.

- Aşağı ibtidai məkətblərin müəllim və qulluqçularının, onların  nəzdindəki  sənət    kənd  təsərrüfatı  şöbələrinin, əl  işləri  siniflərinin  saxlanılması üzrə  qulluqçuların  məvacibləri haqqında müvəqqəti  qanun /12 may 1919/;

-Qadın orta təhsil müəssisələrinin əsasnamələrinə əlavə və düzəlişlərin edilməsi /02 iyun 1919/;  Qazax, Nuxa, Şuşa, Quba, Zaqatala, Salyan, Bakı və Gəncədə qısamüddətli (ikiaylıq) pedaqoji kursların açılması /17 iyul 1919/;  Həmin  qanuna əsasən qısamüddətli kursların  saxlanılması üzrə  xərclərin  ödənilməsi  üçün dövlət xəzinəsindən Xalq maarif nazirliyinin sərəncamına iki milyon 390  min rubl vəsait ayrılmışdır. 

-Bakı Dövlət Universitetinin  təsis edilməsi /01.sentyabr 1919/; Təhsil almaq məqsədi ilə xaricə göndərilmiş tələbələrə yol xərci və təqaüdlərin verilməsi üçün Xalq Maarif Nazirliyinin sərəncamına 7 mln. rubl məbləğində pul vəsaitinin ayrılması / 01.09.1919/; Xalq məktəblərinin kitabxanalarına ana dilində yeni kitabların alınması üçün Xalq Təhsil Nazirliyinin sərəncamına 1 mln. rubl məbləğində pul vəsaitinin ayrılması /18.09.19/;  Azərbaycan  Respublikasında  Dövlət  qulluqçularının    mülki  idarələrdə  çalışan  əməkdaşların  əmək  haqqları  barədə / 27.09.19/; Göyçayda realnı məktəbin açılması /03.11.19/;

- Kişi orta təhsil müəssisələrində olduğu kimi qadın orta təhsil müəssisələrinədə  də sinif rəhbərinin köməkçisinin vəzifəsinin təsis edilməsi /17.11.19/; Bakı sərbəst feldşer məktəbinin Xalq Səhiyyə Nazirliyinin tabeçiliyində verilməsi / 11.12.19/; Xalq Maarif Nazirliyi nəzdində 1 yanvar 1920-ci ildən etibarən yeni beş xalq məktəbləri müfəttişləri vəzifələrinin təsis edilməsi /01.03.20/;

-Azərbaycan Milli Gimnaziyası nəzdində Uşaq bağçasının açılması /01.03.20/;

Ali-ibtidai və orta məktəblərdə müəllimlərin əvəz  olunmasına görə əməyinin ödənilməsi /4 mart 1920/; Quba qəzasının Xuluq kəndində 01.10.1919-cu ildən etibarən ali-ibtidai məktəbin açılması /12.04.20/; Şuşa qəzasının Ağdam kəndində 01.10.1919-cu il tarixdən etibarən ali-ibtidai məktəbin açılması /12.04.20/; və b.

Beləliklə, Azərbaycan  Xalq  Cümhuriyyəti  Hökuməti    Parlamentinin  son  dərəcə   mürəkkəb  ictimai-siyasi  şəraitdə  fəaliyyət  göstərməsinə  baxmayaraq,  ölkədə  təhsil    maarifin, bütövlükdə  milli  mədəniyyətin  inkişaf  etdirilməsi  həmin  qurumların  daima   diqqət  mərkəzində  olmuş, bu  sahələrin inkişaf etdirilməsi üzrə son  dərəcə  mühüm  əhəmiyyətli qanun və qərarlar qəbul edilmişdir. 

Xalqımız yüzilliklər boyu arzusunda olduğu istiqlal nemətinə 1918-ci il mayın 28-də qovuşduqdan sonra ölkədə ümumtəhsil hərəkatı keyfiyyətcə yeni  mərhələyə qədəm qoymuş, milli hökumət və Parlament səviyyəsində savadsızlığın ləğvi istiqamətində mühüm qanun və qərarlar qəbul edilmiş, sistemli tədbirlər görülmüşdür. Məhz bu dövrdə Azərbaycan dilinin dövlət dili qəbul edilməsi, məktəblərin  milli  köklər üzrə yenidən qurulması, Azərbaycan dilinin təhsil-tədris və təlim-tərbiyə  dilinə çevrilməsi, ana dilli məktəblər şəbəkəsinin yaradılması, ümumi icbarı  ibtidai təhsilə keçid, çoxsaylı pedaqoji kursların və müəllim seminariyalarının  açılması, Azərbaycanda  ilk  müasir  ali  təhsil    elm  ocağı  olan  Universitetin  təsis edilməsi, dövlətin  himayəsi  altında  ilk  məktəbəqədər  tərbiyə müəssisələrinin  əsasının  qoyulması, milli  hərbi  məktəblərin  yaradılması, dövlət səviyyəsində azərbaycanlıların xaricdə  təhsil  almağa  göndərilməsi, əlifba  islahatı, ana dilində yeni dərslik və proqramların hazırlanması və digər  istiqamətlərdə mühüm  addımlar  atılmışdır. Azərbaycanda  ali  təhsilin  təşkili    inkişafı  tarixi  bilavasitə  Universitetin  təşkili  tarixi  ilə  başlanır. Lakin  bununla  yanaşı  qeyd  edirik  ki, Cümhuriyyət  dövründə  Respublikamızda   ali  təhsilin  təşkili  üzrə  bir  sıra  əhəmiyyətli  işlər görülmüşdür. Kənd  Təsərrüfatı  İnstitutu, Pedaqoji  İnstitut, Dövlət  Konservatoriyasının təşkili  üzrə  layihələr  işlənib  hazırlanmış, Dövlət  İncəsənət  İnstitutunun  yaradılması  üzrə  layihənin  işlənib  hazırlanmasına  dair  müəyyən  işlərin  aparıldığı  barədə məlumatlar arxiv  sənədlərində öz əksini tapmışdır.Lakin məlum  səbəblər ucbatından  həmin  dövrdə   yuxarıda  adları  çəkilən  ali  məktəblərin  təşkili  üzrə  görülmüş  olan  işləri  başa  çatdırmaq  mümkün  olmamışdır. Azərbaycanda  ali  təhsilin  təşkili    inkişafı  tarixi  bilavasitə  Universitetin  təşkili  tarixi  ilə  bağlıdır. Azərbaycanda  ilk  ali  təhsil ocağı kimi Bakı Dövlət Universitetini təsis etmək mümkün  olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti  Parlamenti  tərəfindən  1919-cu  il  sentyabrın  1-də  “Bakı Dövlət Darülfünunu haqqında” qanun  qəbul  edilmiş, “Bakı  Dövlət  Darülfünunun Nizamnaməsi” isə sentyabrın 29-da  təsdiq  edilmişdir. Qanun  qəbul edildikdən sonra Universitetin əməli olaraq yaradılmasının  surətləndirilməsində Zaqafqaziya  Universitetinin Bakıya köçmüş tanınmış rus  alimləri, professorları və müəllimləri - V.İ. Razumovski, N.A.Dubrovski, N.A.İşkov, A.A.Oşman  başqalarının  böyük  xidmətləri  olmuşdur.

Universitetin ilk rektoru, professor V.İ.Razumovskinin Parlamentdəki çıxışından:” Parlamanın  hörmətə  layıq  üzvləri! Siz  böyük    tarixi    gördünüz. Mən  çox  şadam  ki, Darülfünunun  təsisinə  bütün  partiyaların  vicdanlı  münasibət  bəslədiyinin  şahidi  oldum. Azərbaycanda, hətta  müsəlman  dünyasında  bu  böyük  hadisə - Darülfünun  təsisi  mərasimi  təntənəsini  qeyd  etməyə, nəinki   Parlamanı, buraya  toplaşan  kütlələrin  şəxsində  ictimai  fikri    gördüyümə  hədsiz  xoşbəxdəm...”

  Parlamentin  sentyabrın 1-də  qəbul  etdiyi  10  maddədən  ibarət  həmin  qanunda Universitetin  4 fakultəsi  nəzərdə  tutulurdu: Şərq  şöbəsi  olan  tarix-filologiya, fizika-riyaziyyat, hüquq    tibb. Bakı  Dövlət  Universitetinin  yaradılmasında  M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.Yusifbəyli, R.Kaplanov, S.M.Qənizadə, H.Ağayev, H.Şahtaxtinski    onlarca  digər  tanınmış  şəxslərin  böyük  rolu  olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil, maarif və mədəni quruculuq  sahələrində həyata keçirilmiş tədbirlər sonrakı  dövrlərdə    respublikamızda təhsilin    xalq  maarifinin  inkişafında  mühüm rol oynamışdır.

  Azərbaycan  Respublikasının  Prezidenti, Ümummilli  lider H.Əliyevin 1998-ci  il yanvarın  30-da  imzaladığı  “Azərbaycan  Xalq  Cümhuriyyətinin  80  illiyinin  keçirilməsi  haqqında”  şərəncamda  qeyd  edilirdi:” Bu  dövlətin  qısa  bir  müddətdə  həyata  keçirdiyi  tədbirlər  xalqımızın  tarixində  böyük  iz  buraxmışdır.Milliyyətindən, siyasi    dini  mənsubiyyətindən,cinsindən  asılı  olmayaraq  bütün  vətəndaşlara  bərabər  hüquqlar  verilməsi, dövlət  sərhədlərinin  müəyyən  olunması, Azərbaycan  dövlətçiliyi  atributlarının  qəbul  edilməsi, ana  dilinin  dövlət  dili  elan  olunması  Azərbaycanın  gələcək  müstəqilliyi  üçün  möhkəm  zəmin  yaratmışdır. Demokratik  dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi  quruculuq  sahələrində  atılmış  addımlar  Azərbaycan  Xalq  Cümhuriyyətinin  23  aylıq  fəaliyyətini  əks etdirən  əsas istiqamətlərdir.”

   Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil, maarif və mədəni quruculuq sahələrində həyata keçirilmiş tədbirlər sonrakı dövrlərdə də respublikamızda təhsilin və xalq maarifinin  inkişafında  mühüm rol oynamışdır.

   Fotolar  Azərbaycan  Respublikası  Kino-Foto  Sənədlər  Arxivindəndir.

Rafiq Səfərov

Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi

şöbəsinin baş məsləhətçisi

        

 

                    Istifadə  edilmiş  mənbə və  ədəbiyyatın  siyahısı:

1.Azərbaycan  Xalq  Cümhuruyyəti.Parlament.cild.I.Bakı.1998. .s.17;

Адресь-Календарь  Азербайджанской  Республики  на  1920-й год.Баку-1920.с.124.

2.C.Həsənov «Azərbaycan  beynəlxalq  münasibətlər  sistemində (1918-1920-ci  illər), Bakı-1993.s.320.

3.Azərbaycan  Xalq  Cümhuruyyəti.Parlament.cild.II.Bakı.1998. .s.702-703;

Азербайджанская  Демократическая  Республика.(1918-1920).Парламент.Баку.1998.с.851-852.

4 Zaqafqaziya  Seyminin  Müsəlman  Fraksiyası    Azərbaycan  Milli  Şurası  iclaslarının  protokolları.Bakı.2006.

5. .Azərbaycan  Xalq  Cümhuruyyəti.Parlament.cild.I.Bakı.1998. .s.18.

6. ARDA.f.51.siy.1.iş.1.v.115-115(arxa üzü)   

7.Azərbaycan  Xalq  Cümhuruyyəti.Parlament.cild.I.Bakı.1998. .s.171.

8.Azərbaycan  Xalq  Cümhuruyyəti.Parlament.cild.I.Bakı.1998. .s.447-448;

9 Азербайджан, 1919, 29 марта, №66

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. Баку. 1998. с. 35.

10. Архив, ф. 895, оп. 3, д.32, л.25.

Азербайджан. 1919. 27 апреля. № 86.

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. Баку. 1998. с. 41-42..

11.Архив, ф. 51, оп. 1, д.3, л.10.

 Азербайджан. 1919. 17 мая. № 102.

Азербайджанская Демократическая Республика (1918-1920).Законодательные акты. Баку. 1998. с. 56.

12 Архив, ф. 895, оп.3, д. 33, л. 24.

Азербайджан, 1919. 4 июня, № 115

 Азербайджанская Демократическая Республика  (1918-1920)  Законодательные акты Баку.1998г. с.64

13. Архив, ф. 895, оп. 3, д.78, л. 15.                       

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные факты. Баку. 1998. с. 70.

14. Архив, ф. 895, оп. 3, д. 73, л. 55-56.     

Азербайджан. 1919. 6 сентября, № 189.              

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные факты. Баку. 1998. с. 101-103.

15. Архив, ф. 895, оп. 3, д. 103, л. 1.                        

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные факты. Баку. 1998. с. 100-101.

16. Архив, ф. 895, оп.3, д.104, л. 36.

Вестник правительства Азербайджанской Республики.1920. 13 марта № 19.

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные факты. Баку. 1998. с.103.

 17.Архив, ф. 2824, оп.1, д.2, л.149-150.

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные факты. Баку. 1998. с.106- 108.

18 Архив, ф. 895, оп.3, д.130, л. 20.

Вестник правительства Азербайджанской Республики.1920. 13 марта № 19.

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные факты. Баку. 1998. с.121.

19.ГИААР.ф.395.siy1.iş.375.v.92.

Азербайджан.1919. 16 ноября,  № 248.

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные факты. Баку. 1998. с.123.

20 Архив, ф. 895, оп.3, д.132. л.26-27

Азербайджан.1919. 18 декабря,  № 274.

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные факты. Баку. 1998. с.126-127.

21. Вестник правительства Азербайджанской Республики.1920. 10 марта,  № 18.

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные факты. Баку. 1998. с.155-156.

22 Архив, ф. 895, оп. 3, д. 135, л. 17.

Вестник правительства Азербайджанской Республики.1920. 13 марта,  № 19.

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные факты. Баку. 1998. с.156.

23. Архив, ф. 895, оп. 3, д. 154, л. 30.

Вестник правительства Азербайджанской Республики.1920. 13 марта,  № 19.

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные  факты. Баку. 1998. с.158.

24 Архив, ф. 895, оп. 3, д. 154, л. 15.

Вестник правительства Азербайджанской Республики.1920. 21 апреля,  № 27.

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные факты. Баку. 1998. с.168.

25. Архив, ф. 895, оп. 3, д. 327, л. 31.

Вестник правительства Азербайджанской Республики.1920. 21 апреля,  № 27.

Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные факты. Баку. 1998. с.168-169..

26.ARDA. f. 51. siy.1.iş. 33.v.106. Азербайджан, 1919, 19, 25 февраля.

          Азербайджанская Демократическая Республика.Документы и материалы 1918-1920 гг. Баку- 1998г cт. 172-174.                                                              

27.Азербайджан.1919.29 апреля.№87

28.ГААР.f.51.siy.1.iş.27.v.249-252.

29ARDA.f.51.siy.1.iş.21.v.81-81(arxa  üzü)

30.ГААР.ф.895.оп.3.д.73.л.55-56.

Азербайджан.1919.6 сентября.№189

Азербайджанская  Демократическая Республика(1918-1920).Законодательные акты.Баку.1998.с.101-103.

31.T.Ə.Cəlilzadə.”S.M.Kirov  adına  Azərbaycan  Dövlət  universitetinin  tarixindən.” Azərbaycan  Arxivi  jurnalı.1971.№1.s.73-74.

32.Bakı  Dövlət  Darülfünununun  təsisi. (sənədlər  toplusu). Bakı.1989.s.11-12.

33.Azərbaycan qəz. 1998.30  yanvar.



 

 



Bugün: 161
Dünən: 366
Bu həftə: 161
Son həftə: 2947
Bu Ay: 9421
Son Ay: 12823
Bu İl: 47446
Ümumi: 160065
160065