Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar dövlət arxiv xidməti təşkilatlarında bir sıra tədbirlər keçirilib

Dövlət Arxivinin Gəncə filialında təşkil edilən tədbirdə filialın kollektivi və şəhər məktəbliləri iştirak ediblər. Tədbiri filialın direktoru Eleonora Süleymanova açaraq faciədən sonra Azərbaycanda sovet imperiyasının özünün bütün mənəvi və sosial dayaqlarını itirdiyini, ölkənin müstəqilliyi ideyasının ümummilli amala çevrildiyini qeyd etdi. Natiq 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu olduğunu bildirdi. 20 Yanvar hadisələrinin dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna fəaliyyətindən, faciədən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyində mətbuat konfransı çağıraraq qoşunların Bakıya daxil olmasını qəti şəkildə pisləməsindən danışdı.

Daha sonra məktəblilər faciəyə həsr edilmiş şeir və səhnəciklərlə çıxış etdilər, həmçinin öz əl işlərindən ibarət rəsm sərgisini nümayiş etdirdilər.

Dövlət Arxivi Şəki filialının direktoru Ehtiram Məmmədovun rəhbərliyi ilə filialın əməkdaşları 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəki şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarı üzərinə gül dəstələri düzdülər. 

 


Bugün: 402
Dünən: 1345
Bu həftə: 402
Son həftə: 10564
Bu Ay: 26167
Son Ay: 50507
Bu İl: 76674
Ümumi: 1770599
1770599