facebook logo    Twitter bird logo 2012.svg

Salman Mümtaz adına Respublika Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavinin iştirakı ilə BDU-da Ceyhun Hacıbəyliyə həsr olunmuş elmi praktik konfrans keçirilib.

 

    Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin və Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə “Azərbaycan jurnalistikasının inkişaf xüsusiyyətləri milli tarix və təcrübə kontekstində” adlı elmi-praktik konfrans keçirilib. Konfransın məqsədi  “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan prezidenti İlham Əliyevin 19 noyabr 2015-ci il tarixli sərəncamının icrasından irəli gələn vəzifələri yerinə yetirmək olub.  

    Tədbiri giriş sözü ilə açan BDU-nun Jurnalistika fakültəsinin dekanı, MŞ-nın İdarə Heyətinin üzvü, professor Şamil Vəliyev bildirib ki, dövlət başçısının sərəncamı dahi mütəfəkkir C. Hacıbəylinin irsinə ehtiram əlaməti olmaqla yanaşı çağdaş jurnalistika sahəsində prioritet məsələləri üzə çıxarmaq, aparılan elmi-tədqiqat işlərini müasir elmin tələblərinə uyğun yönəltmək, əldə olunan elmi nəticələri müzakirə etmək baxımından son dərəcə əhəmiyyətli sənəddir. 

     Milli Məclisin deputatı, MŞ sədri Əflatun Amaşov C. Hacıbəyli şəxsiyyətinin Azərbaycanın ictimai fikir tarixindəki rolundan bəhs edib. O qeyd edib ki, C. Hacıbəylinin jurnalist kimi fəaliyyəti daha önəmlidir. 

     Millət vəkili Aqil Abbas BDU-nun jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Dövlət Ədəbiyyat və İncəsənən Arxivinin direktor müavini Aslan Kənan, Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva, Mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu və başqaları C. Hacıbəylinin şəxsiyyətinin elmi-məfkurəvi cəhətlərinə, onun keçdiyi həyat yolundakı mübarizlik xüsusiyyətlərinə diqqət çəkiblər.

 

 

Digər Xəbərlər  

 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR