facebook logo    Twitter bird logo 2012.svg

31 may - 2 iyun 2016-cı il tarixində Belarus Respublikasının paytaxtı Minsk şəhərində MDB - yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin növbəti Məşvərət Şurasının İclası keçirilmişdir.

 

      İclasda MDB - yə üzv olan ölkələrin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, həmçinin Latviya, Litva, Polşa və Çin Xalq Respublikası arxiv xidmətlərinin rəhbərləri iştirak edirdi.  Azərbaycan Respublikasını tədbirdə Milli Arxiv İdarəsinin baş məsləhətçisi, Elektron Xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov təmsil edirdi. MDB ölkələrinin arxiv xidmətlərinin rəhbərlərinin Məşvərət Şurası ilə yanaşı Beynəlxalq Arxiv Şurasının avrasiya bölməsi olan  “EURASİCA”-nın XVII Ümumi Konfransı çərçivəsində “Arxivlər- İnformasiya Texnologiyaları dünyasında” adlı beynəlxalq elmi-praktiki Konfrans da  keçirilmişdir.

      Məşvərət Şurasının ilk iş günündə iclası açıq elan edən Belarusiya Respublikasının Ədliyyə naziri və MDB İcraiyyə Komitəsinin İşlər müvəkkili çıxış edərək iştirakçıları salamladılar. Məşvərət Şurası çərçivəsində arxiv işi sahəsində perspektivdə duran məsələlər müzakirə edilmiş və 2016-2020-ci illər üzrə uzunmüddətli plan təsdiq edilmişdir. Şuranın iclasında MDB-ə üzv ölkələrin hər biri öz ölkələrində arxiv xidməti sahəsində görülən işlər, əldə edilən nailiyyətlər haqqında iclas iştirakçılarına məlumat vermişlər. Daha sonra SAÜEAİ-nın (ВНИИДАД) direkroru çıxış edərək təmsil etdiyi qurumun MDB ölkələrinin arxiv işi sahəsində normativ bazanın hazırlanmasında və kadr potensialının ixtisasının artırılmasındakı rolundan danışdı.

      Daha sonra iştirakçılar informasiya texnologiyalarının arxivdə tətbiqi, yaranan problemlər və onlardan çıxış yolları, dünya miqyasında olan təcrübələr ətrafında öz mülahizələrini bildirmişdilər.

 

 

 

 mdb arxiv minsk 2

 

arxiv mdb minsk 3

 

mdb arxiv2minsk1

 

Digər Xəbərlər  

 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR