facebook logo    Twitter bird logo 2012.svg

       Görkəmli ədəbiyyatşünas, “Şöhrət” və “İstiqlal” ordenli əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Bəkir Nəbiyevin şəxsi sənədləri Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilmişdir. 

 

b.nebiyev       Təhvil verilən sənədlər arasında görkəmli alimin əlyazmaları, müxtəlif illərdə dövri mətbuatda dərc edilmiş məqalə və müsahibələri, dövlət və ictimai tədbirlərdəki məruzə və çıxışları, eyni zamanda müxtəlif müəlliflərin Bəkir Nəbiyevin yaradıcılığı və digər mövzularda yazdıqları məqalələr, həmçinin, akademikin həyat və ictimai fəaliyyətini əhatə edən digər sənədlər toplanmışdır.

      Yeni daxil olan sənədlər arasında görkəmli ədəbiyyatşünasın Nəsimi, Xaqani, Cəlil Məmmədquluzadə, Əhməd Cavad və digər klassiklərin həyat və yaradıcılığını əks etdirən tədqiqat əsərləri, alimin sonuncu fundamental tədqiqat əsəri olan və ölümündən sonra işıq üzü görmüş “Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabı üçün topladığı arxiv materialları diqqəti xüsusi cəlb edir.

      Qeyd etmək lazımdır ki, Bəkir Nəbiyevin bundan əvvəl də Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şəxsi fondu mövcuddur.

 

 

 

 

 

 

 

 

Digər Xəbərlər  

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR