facebook logo    Twitter bird logo 2012.svg

 2009-cu ildə “Heydər Əliyev Fondu”nun təşkilatçılığı ilə  keçirilmiş  Muğam Aləmi “Birinci Beynəlxalq Muğam Festivalı”na dair Fond tərəfindən  Dövlət Səs Yazıları Arxivinə daimi saxlanılmaq məqsədilə verilmiş 33 saxlama vahidindən ibarət video albom hazırda Arxivin “Nadir Sənədlər” bölməsində mühafizə edilir.  

 

mugam1“Muğam  aləmi - Birinci Beynəlxalq Muğam Festivalı" çərçivəsində    keçirilmiş  tədbirlər  barəsində nəfis şəkildə  tərtib  edilmiş  33  saxlama vahidi video  kompakt  diskdən  (56  saatlıq  görüntülər),  zövqlə    uyğunlaşdırılmış    rəng    çalarları    və    Milli    ornamentlərlə  işlənilmiş, festival  iştirakçıları  və  onların   çıxışları   haqqında    məlumat   kitabından (ingilis   dilində)    ibarət   olan  video albom  "Heydər Əliyev Fondu" tərəfindən Dövlət Səs Yazıları Arxivinə  ötən il verilmiş bir töhfədir.

1977 - ci   ildə  yeni   sivilizasiyalar    aşkar   etmək   məqsədilə    Yer kürəsindən   Fəzaya   göndərilmiş   “VOECER”  kosmik   gəmisində   bəşəriyyət   üçün     ən   vacib   olan   məlumatlar   arasında xalq    artisti tarzən  Bəhram     Mansurovun     ifasında     “Bayatı – Şiraz”    muğamının    olması  və  2003 - cü  ildə YUNESKO   tərəfindən   bütün   bəşəriyyətin   dəyəri  kimi  ümumi  mədəni     siyahıya     salınması     qürurverici    bir    haldır .   

Heydər    Əliyev  Fondu  digər  sahələrdə    olduğu   kimi   Azərbaycan    musiqisinin,  xüsusən  də    muğam    sənətinin   inkişafı   və   təbliği   sahəsində əhəmiyyətli  işlər    görmüşdür.

Bu  layihələrdən   biri   də   Fondun    prezidenti ,   Milli   Məclisinin    deputatı,   YUNESCO - nun    və    İSESCO - nun  Xoşməramlı   səfiri     xanım     Mehriban    Əliyevanın    təşəbbüsü    və  bilavasitə  təşkilatçılığı     ilə    2009 - cu   il  18 - 25  mart   tarixlərində, “Novruz” bayramı  günlərində,  İslam  Mədəniyyətinin   paytaxtı   elan  edilmiş  Bakı  şəhərində   keçirilən  “Birinci    Beynəlxalq   Muğam    Festivalı”  olmuşdur.

Arxivə təqdim edilən sənədlərdə Festivalın gündəliyinə daxil olan məqamlar, rəsmi tədbirlər, elmi simpoziumlar və s. haqqında məlumat mövcuddur. Digər tərəfdən həmin sənədlərdə tədbirin rəsmi hissəsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, YUNESKO-nun baş direktoru Koisuro Matsuranın və həmin təşkilatın muğam üzrə eksperti, professor Jan Dürinqin çıxışları da yer almışdır.

Təqdim edilən sənədlərdə festival çərçivəsində ifa olunmuş muğamlar, simfonik muğamlar və digər əsrarəngiz ifalar öz əksini tapmışdır.

Onu da qeyd etmək lazımdır ki, Dövlət Səs Yazıları Arxivinə təhvil vermiş bu sənədlər Arxivin “Nadir Sənədlər” bölməsində mühafizə edilir.     

 

 

Digər Xəbərlər  

 

 

                           

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR