facebook logo    Twitter bird logo 2012.svg

Azərbaycanın xalq artisti, kinorejissor və aktyor, professor,  "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı Ramiz Əzizbəylinin şəxsi sənədləri Dövlət Ədəbiyyat və İncəsənət arxivinə qəbul olunmuşdur.

 

      Ramiz Ezizbeyli Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilimiş sənədlər sırasında Ramiz Əzizbəylinin şəxsi sənədləri, əlyazmaları, təsviri sənədlər, yaradıcılığına aid sənədlər, afişalar və s. vardır.

      Xalq artisti, kino rejissor və aktyor, professor, "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı Ramiz Əzizbəyli 1987-ci ildə lentə aldığı "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivallarda müvəffəqiyyətlə iştirak edib. Kiyev şəhərində keçirilən Ümumittifaq festivalında isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və müasir tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və latın Amerikası  ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

     Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə R. Əzizbəyli Azərbaycanın əməkdar artisti və Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. 

     Arxivə qəbul edilən sənədlərin  Milli Arxiv Fonduna daxil edilməsi üçün müvafiq qaydada rəsmiləşdirmə işləri aparılmaqdadır. 

 

 

 

 

Digər Xəbərlər  

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR