facebook logo    Twitter bird logo 2012.svg

     “Şöhrət” ordenli, professor Qara Namazovun şəxsi sənədləri Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunmuşdur. Sənədlərin sırasında Qara Namazovun əlyazmaları, təsviri sənədlər, məktublar, onun haqqında yazılmış, özünün topladığı sənədlər və s. vardır.

 

  Q.Namazov     Tənqidçi-ədəbiyyatşünas, Filologiya elmləri doktoru, Professor, AMEA Folklor İnstitutunun «Dədə Qorqud» ETL-in rəhbəri Qara Namazov 1968-ci ildə "Aşıq şeirinin inkişafı tarixindən" adlı namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi, 1987-ci ildə isə "Azərbaycan uşaq və gənclik ədəbiyyatının inkişaf mərhələləri (1920-1980)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1989-cu ildən professor adına layiq görülmüşdür.

      Azərbaycan, Türkiyə, Türkmənistan, İsvec və digər ölkələrdə keçirilmiş beynəlxalq seminar, simpozium və konfranslarda iştirakçısı olan alim Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət”ordeni ilə təltif edilmişdi

      Azərbaycan şifahi xalq və aşıq yaradıcılığı, müasir və klassik Azərbaycan ədəbəyyatı onun tədqiqat sahəsidir. 10 monoqrafmyanın, 30 kitabın və 300 elmi-kütləvi əsərin müəllifidir.

      Arxivə qəbul edilən sənədlərin  Milli Arxiv Fonduna daxil edilməsi üçün müvafiq qaydada rəsmiləşdirmə işləri aparılmaqdadır.

 

 

 

Digər Xəbərlər  

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR