facebook logo    Twitter bird logo 2012.svg

Ceyhun bəy Hacıbəylinin Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən sənədlərindən, epistolyar yazılarından və digər mənbələrdən olan sənədlərdən istifadə edilməklə hazırlanmış  “Qürbətdən gələn səslər” (Ceyhun bəy Hacıbəylinin mühacirət həyatı) kitabı çap olunmuşdur.

 

 

kitab    "Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 2015-ci il tarixli, 1538 nömrəli Sərəncamına uyğun olaraq Ceyhun bəy Hacıbəylinin Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən arxiv sənədlərindən, epistolyar yazılarından və digər mənbələrdən olan sənədlərdən istifadə edilməklə hazırlanmış “Qürbətdən gələn səslər” (Ceyhun bəy Hacıbəylinin mühacirət həyatı) kitabı çap olunub. 

   XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixi mövcudluğuna son qoyulduqdan və sovet hakimiyyəti qurulandan sonra Azərbaycanda mühacirət həyatı durmadan artmağa başladı. 

      Mühacirət etmiş insanların həyatı yad ölkələrdə heç də yaxşı keçməmiş, onlar ya bolşeviklərin məxfi idarələri tərəfindən məhv edilmiş, ya təqiblərə məruz qalmış, ya da uzun müddət ehtiyac içində yaşamışlar. Həmin mühacirət həyatını yaşamağa məcbur olanlardan  biri də  milli istiqlal hərəkatının öncüllərindən olmuş  və  Azərbaycanın təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika kimi tanınmasında böyük rol oynamış yazıçı, jurnalist, politoloq, redaktor, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli olmuşdur.

      Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin (ARDƏİA) böyük həcmdə materaillarından istifadə edilməklə ərsəyə gəlmiş bu kitab tədqiqatçıların tarixin çox dəyərli və az öyrənilmiş məqamları ilə tanış olmasına imkan yaradacaqdır.                                       

     1990-cı illərin əvvəllərində YUNESKO-nun səlahiyyətli nümayəndəsi olmuş Ramiz Abutalıbov Ceyhun Hacıbəylinin  sənədlərini Fransadan Vətənə gətirməkdə əvəzsiz xidmətlər göstərmişdir. O, bu missiyanı üzərinə götürməklə nəinki Ceyhun bəy Hacıbəylinin, eyni zamanda mühacirət həyatı sürmüş bir çox  şəxslərə aid olan sənədləri də ölkəmizə gətirməyə müvəffəq olmuşdur. Həmin sənədlər arasında Ceyhun bəyin ayrı-ayrı siyasi xadimlərlə yanaşı, qardaşı, dahi bəstəkar Üzeyir Hacıbəylilə bağlı məktubları da diqqəti cəlb edir.

      Əlli illik bir dövrü (1912-1962-cu illər) əks etdirən bu məktublarda şikayətlər, haqsızlıqlar, ağır həyat tərzi ilə yanaşı mətbuat səhifələrində Azərbaycanla bağlı dərc olanan yazılar, vətəndə gedən hadisələr öz əksini tapmışdır.           

       Bu yazışmaların geniş marağa səbəb olacağını nəzərə alıb oxucularla tanış edilməsində, yazışmaların sistemli şəkildə oxunmasında, müasir əlifbamıza köçürülməsində, ümumiyyətlə,  kitabın ərsəyə gəlməsində, onu tərtib edilib nəşrə hazırlanmasında ARDƏİA-nin direktor müavini Aslan Qasımlının (Aslan Kənan) xidmətini xüsusi qeyd etmək lazımdır. 

 

 

 

 

Digər Xəbərlər  

 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR