facebook logo    Twitter bird logo 2012.svg

           Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AYB üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti Nizami Cəfərovun şəxsi sənədləri Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə  qəbul olunmuşdur. 

 

niazmi ceferov          Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, həmçinin Mədəniyyət Komitəsinin sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

         Qəbul edilən  sənədlərin sırasında Nizami Cəfərovun əlyazmaları, məktublar və s. vardır.

      Arxivə qəbul edilən sənədlərin Milli Arxiv Fonduna daxil edilməsi üçün  müvafiq qaydada rəsmiləşdirmə işləri aparılmaqdadır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Digər Xəbərlər  

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR