facebook logo    Twitter bird logo 2012.svg

Milli Arxiv İdarəsinin nümayəndə heyəti Koreyanın Seul şəhərində keçirilmiş Beynəlxalq Arxiv Şurasının Konqresində və "Sənədlərin və Arxivlərin İdarə olunması Proqramı"nda iştirak etmişdir.


ica2016           5-10 sentyabr 2016-cı il tarixində Cənubi Koreyanın paytaxtı Seul şəhərində Beynəlxalq Arxiv Şurasının növbəti
Konqresi keçirilmişdir. Konqresin işində dünyanın 114 dövlətindən 2000-ə yaxın arxivçi iştirak edirdi. Konqres çərçivəsində “Sənədlərin və arxivlərin idarə olunması Proqramı”  təşkil edilmişdi.  Proqramda iştirakçı kimi Azərbaycanla yanaşı, Özbəkistan, Vyetnam, İndoneziya, Fillipin və digər ölkələr dəvət olunmuşdur. BAŞ-ın Konqresində, həmçinin sözügedən proqramın iclaslarında Milli Arxiv İdarəsini, Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, Elektron Xidmətlər Mərkəzinin rəhbəri, Sənədlərdən istifadə və nəşr şöbəsinin baş məsləhətçisi  Natiq Eminov və  Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Anar Kərimov təmsil etmişlər.

Konqres “Arxivlər, dostluq və harmoniya: mədəni ənənələrin mühafizəsi, qloballaşan dünyada ədalətin və əməkdaşlığın təmin edilməsi” şüarı altında öz işinə başlamışdır.

Təşkil edilən təntənəli açılış mərasiminə Koreya Respublikasının Baş Naziri, Daxili İşlər Naziri, Koreya Milli Arxiv İdarəsinin Prezidenti, Beynəlxalq Arxiv Şurasının Prezidenti  və digər rəsmi şəxslər qatılmışdır.  Konqresdə rəqəmsal mühitdə sənədlərlə iş, dünya arxivləri arasında əməkdaşlığın inkişafı, tarixi həqiqətlərin üzə çıxarılması və ədalətin təmin edilməsində arxivlərin rolu, rəqəmsal mühitdə arxiv sənədlərinin təhlükəsizliyinin təmin edilməsi, cəmiyyətin arxiv işində daha fəal iştirakının təmin edilməsi və digər mövzularda çıxışlar olmuşdur.

“Sənədlərin və arxivlərin idarə olunması Proqramı” çərçivəsində təşkil edilmiş tədbirdə Natiq Eminov “Qafqazın ilk Dövlət Arxivi – Azərbaycan Arxivi” mövzusunda çıxış etmişdir. O, öz çıxışında Azərbaycan Arxivinin tarixi keçmişi, idarə olunma forması, müstəqil Azərbaycanın Dövlət  Arxivləri haqqında, həmçinin, Azərbaycanda elektron arxiv quruculuğunda son dövrlərdə həyata keçirilmiş bir sıra tədbirlər haqqında o cümlədən Milli Arxiv İdarəsinin Elektron İnformasiya Sistemləri barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Milli Arxiv İdarəsinin nümayəndə heyəti daha sonar BAŞ Konqresinin plenar iclaslarına qatılmış, müzakirələrdə fəal iştirak etmişdir.

Konqresin gedişi müddətində Milli Arxiv İdarəsinin nümayəndə heyəti Belarus, Rusiya, Litva, Latviya, Polşa, Fransa, Qazaxıstan, Özbəkistan və digər ölkələrin nümayəndə heyətləri ilə görüş keçirmiş mövcud problemlər və  gələcəkdə qarşılıqlı əməkdaşlığın inkişafı perspektivlərini müzakirə etmişdir. 

 

seul1

 

seul3

 

seul2

 

seul4

 

Digər Xəbərlər  

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR