facebook logo    Twitter bird logo 2012.svg

Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən sənədlərdən istifadə edilməklə nəşr olunmuş "Qürbətdən gələn səslər" kitabının təqdimatı olmuşdur.

 


  Uzeyirin ev muzeyinde musiqi gunu 1     Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev muzeyində Ceyhun bəy Hacıbəylinin mühacirət həyatından bəhs edən “Qürbətdən gələn səslər” adlı kitabın təqdimatı keçirilib.

       Təqdimat Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub. Tədbirdə Dövlət Ədəbiyyat və İncəsənət Arxivini direktor müavini Aslan Qasımlı və arxivin şöbə müdiri Şəlalə Baxşəliyeva təmsil edirdi. 

    Tədbirdə muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Üzeyir bəy ictimai-siyasi fəaliyyətindən, həmçinin Ceyhun Hacıbəylinin mühacirət həyatından danışıb.

      Bildirilib ki, kitab Ceyhun bəy Hacıbəylinin Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən arxiv sənədlərindən, məktublardan, epistolyar yazılarından və digər mənbələrdə olan sənədlərdən istifadə edilməklə hazırlanıb. Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini, yazıçı-jurnalist Aslan Qasımlının (Aslan Kənan) əməyi sayəsində ərsəyə gələn və əlli illik bir dövrü (1912-1962-ci illər) əks etdirən kitabda dərc edilmiş məktublarda əks olunan şikayətlər, haqsızlıqlar, ağır həyat tərzi ilə yanaşı, mətbuat səhifələrində Azərbaycanla bağlı dərc olunan yazılar, Vətəndə gedən hadisələr öz əksini tapıb. 

      Tədbirdə Aslan Qasımlı (Aslan Kənan) kitabın əhəmiyyətindən söz açıb. Bildirib ki, kitab “Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanıb.

      Kitabın redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov Ədəbiyyat və İncəsənət Arxivinin böyük həcmli materaillarından istifadə edilməklə ərsəyə gələn bu kitab vasitəsilə tədqiqatçıların tarixin çox dəyərli və az öyrənilmiş məqamları ilə tanış olmalarına imkan yaradacağını bildirib.

     Diqqətə çatdırılıb ki, 1990-cı illərin əvvəllərində UNESCO-nun səlahiyyətli nümayəndəsi olmuş Ramiz Abutalıbov Ceyhun Hacıbəylinin sənədlərini Fransadan Vətənə gətirməkdə əvəzsiz xidmətlər göstərib. O, bu missiyanı üzərinə götürərək, mühacirət həyatı sürmüş bir çox şəxslərə aid olan sənədləri də ölkəmizə gətirməyə müvə

ffəq olub. Həmin sənədlər arasında Ceyhun bəyin ayrı-ayrı siyasi xadimlərlə yanaşı, qardaşı, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə bağlı məktubları da diqqəti cəlb edir.

       Daha sonra tədbir incəsənət ustalarının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası, “Sevgili canan” romansı, “Arazbarı”, “Aşıqsayağı” və digər musiqilər  ilə davam etdirilib. 

 

 

Uzeyirin ev muzeyinde musiqi gunu 2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

Digər Xəbərlər  

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR