facebook logo    Twitter bird logo 2012.svg

Milli Arxiv İdarəsi tərəfindən Dövlət Arxivinin Ağdam filialında, filialın və ona tabe olan rayon dövlət arxivlərinin rəhbərləri və əməkdaşları üçün növbəti seminar məşğələ keçirilmişdir.

 

agdam1       Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cari ildə Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir. 

    Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və  müzakirələrin aparılması nəzərdə tutulmuşdur.  

    Növbəti seminar 14 oktyabr 2016-cı il tarixində Dövlət Arxivinin Ağdam filialında baş tutmuşdur. Seminarda DA Ağdam filialının direktoru və əməkdaşları, həmçinin filiala tabe olan Ağcabədi və Laçın rayon dövlət arxivlərinin müdirləri iştirak etmişdirlər. 

      Seminar məşğələ mövzular üzrə Milli Arxiv İdarəsinin əməkdaşları -  Natiq Eminov, Həbib Həsənov və Cəmaləddin Cavadov tərəfindən aparılmışdır.

      Seminarın sonunda rayon arxivlərini maraqlandıran məslələlər barədə geniş müzakirlər keçirilmiş, İdarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə verilmişdir.  

 

 

 

 

agdam2

 

agdam5

 

agdam4

 

 

Digər Xəbərlər  

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR