facebook logo    Twitter bird logo 2012.svg

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Aslan Qasımlının “Xalq musiqisinin böyük tədqiqatçısı” adlı məqaləsi mətbuatda dərc edilmişdir.

 

 

F.Shushinski             Hər bir xalq öz musiqisinin pərəstişkarı olduğu kimi, onun tarixini öyrənməli, bu sahənin yaradıcılarını arayıb-axtarmalı və təbliğ etməlidir. Bu baxımdan milli musiqimizin inkişafı yollarını, onun ifaçılıq sənətini araşdırıb xalqa çatdırmaq ilk növbədə sənətşünasların üzərinə düşür. Bu, nə qədər çətindirsə, bir o qədər də məsuliyyətlidir.

            Musiqi tədqiqatçıları, xüsusən də muğam tarixinin tədqiqi ilə məşğul olmaq istəyən sənətşünas yaxşı musiqiçi olmaqla bərabər, tarixi, ədəbiyyatı, coğrafiyanı bilməli, qələm təcrübəsinə malik olmalıdır. Qeyd etdiyimiz keyfiyyətləri özündə birləşdirən, bu çətin və məsuliyyətli işi üzərinə götürən musiqişünas, əməkdar incəsənət xadimi Firidun Şuşinskinin xidmətləri xüsusi vurğulanmalıdır.

Firidun Məhəmməd oğlu Həsənov (Şuşinski) Qarabağın tacı sayılan Şuşada dünyaya göz açıb. Atası ləl-cəvahirat pərəstişkarı olduğu üçün ona el arasında “qızıllı Məhəmməd bəy” deyərdilər. 
F.Şuşinski ilk təhsilini Şuşada alsa da, orta məktəbi və üçillik musiqi təhsilini Füzulidə başa vurmuşdu. Firidun məktəbli ikən bir çox alətlərdə - tar, kaman, kanon, piano, hətta skripkada professional şəkildə ifa edə bilirdi. O həmçinin nəfəsli alətlərdə də sərbəst çalırdı. Uşaqlıqdan musiqiyə həvəs evlərində xanəndələrin, musiqi ifaçılarının tez-tez olması səbəbindən yaranmışdı. 
Firidun on altı yaşında məktəbi bitirir. Lakin Böyük Vətən müharibəsi başlandığından ali təhsil almaqdan imtina edir. Müharibəyə getmək üçün könüllü olaraq hərbi komissarlığa ərizə ilə müraciət edir. Yaşı az olduğundan ərizəsinə müsbət cavab ala bilmir. Lakin Firidunun davamlı müraciətindən sonra rayon hərbi komissarlığı onun xahişini yerinə yetirməli olur. O, müharibənin sonuna qədər döyüşür və ordunun qalib əsgəri kimi orden və medallarla Vətənə dönür. 

          Məqalə ilə daha yaxından "Azərbaycan" qəzetinin 20 oktyabr 2016-cı il tarixli buraxılışından, həmçinin saytımızın "Əməkdaşlarımızın arxiv araşdırmaları" bölməsindən tanış ola bilərsiniz. 

 

 

 

 

Digər Xəbərlər  

 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR