facebook logo    Twitter bird logo 2012.svg

Ömrünü arxiv işinə həsr etmiş insan…

 

mteymur2“Ömrümün sonları yaxınlaşır. Heyfslənmirəm ki, çalışdığım Dövlət  Ədəbiyyat və İncəsənət  Arxivində ömrümün hər cür günləri olub. Kimlərlə görüşdüm, kimlərlə ünsiyyət yaratdım. Həmkarlarımla birlikdə yaradıçı insanların görüşlərində  olduq… Bilmirəm  48-ci ilin hansı tərəfindən başlayım…Nəhayət “Arxivə necə gəldim?” sualı ilə  başlamaq qərarına gəldim. 48 il keçmişə baş çəkdim. Nə qədər ki, keçmişin ilk illərini şüurlu  xatırlayıram ki, bir səs eşitdim… Yaz, Maarif yaz! Topla sənədləri !”

01.06.2014-cü il.

 

Bəli, bu sözləri yazan 1966-cı il dən başlayaraq, kiçik elmi işçi vəzifəsindən direktor vəzifəsinə qədər yüksələn, artıq aramızda olmayan səmimi insan, fədakar işçi Maarif Teymurdur. Həyat  keşməkeşlidir, əzablıdır, şirindir. Bu həyatda hər kəsin bir aqibəti olur. Onun aqibəti də sanki, evlərdə pərakəndə halda mühafizə olunan görkəmli, yaradıçı insanların sənədlərini toplamaq idi. O, bu işə sevərək, ürəkdən bağlanmışdı. Təsəllini ancaq işi ilə alırdı.(Onun qeydlərindən kiçik bir haşiyə).

“1966-cı ilin yanvarından fəaliyyətə  başlayan arxivdə mən sentyabrın 20-dən işə başladım.(20 yaşında). Xeyirxah insanların köməyi nəticəsində çoxdan arzuladığım bu işə kiçik elmi işçi vəzifəsində, həyəcanla başladım. Mənə qədər xeyli yaradıcı insanların sənədləri toplanmışdı. Azsaylı kadrla işə başlayan arxivin kollektivi məni də  əhatəyə aldı. Bu arxivdə, səmimi insanların əhatəsində  mən də  sevdiyim işə ürəklə başladım. İnanın ki, bu işdə çalışmaq mənim üçün əlçatmaz arzu idi.”

14.05.2003-cü il.

 

Maarif Teymuru bugün az adam tapılar ki, tanımasın. Onu tanıdan işinə olan sevgisi, gülərüzlülüyü, mehriban simasıdır. Bəzən soruşardı ki, deyəsən mən həddindən artıq  çox danışıram.  Bəli, onun ürəyi sözlə dolu idi, işinə, peşəsinə o qədər vurğun idi ki, sözü bitib, tükənmirdi. Özünün dediklərindən: ”Dövlət  Ədəbiyyat və İncəsənət Arxivinin yaranması, fəaliyyəti və formalaşması  hazırda Milli Arxiv İdarəsinin rəisi vəzifəsində çalışan Ataxan Paşayevin adı ilə bağlıdır. Bu Arxivin ərsəyə gəlməsində onun xidmətləri böyükdür. Mənim arxiv işinə  sevgimin möhkəmlənməsində Əziz Şərif xüsusi rol oynayıb. Vaxtı ilə o mənə dedi ki, “bilirəm məvacibin azdır, ancaq ordan getmə”. Bu sənədləri toplayana qədər bir yazıçının, bir aktyorun evinə dəfələrlə gedirdik, istəyimizə nail olmamış geri durmurduq. Hətta bir yaradıcı insan (mən onun adını deməyəcəm-M.T) demişdi ki, bu cavan oğlanı qapıdan qovuruq, bacadan girir. Xanım-xatın xalq şairəmiz Mirvarid Dilbazi sağlığında hər gün onunla telefonla danışardı, ona mənəvi oğlum deyə müraciət edərdi. Hətta ona şeir həsr etmişdi:

 

 

M.TeymurSən-arxivlər küncündə,

Öz ömrünə daş atdın.

Ölə-ölə xalqının

Tarixini yaşatdın.

Səsim xalqıma çatsın,

              Yatanları varsa da,

Qoy onları oyatsın.

Ümidlə yaşayaq biz,

Təki ağ günə çıxsın.

Yaralı millətimiz

Dünyaya məlum olsun

Milli həqiqətimiz.

10.04.1996-cı il.

 

“Əcəlin günbəgün yaxınlaşdığını hiss edirəm. Mənim ölümümlə dünyada heç nə dəyişməyəçək. Həyat davam edir.Şəxsi kitablarımı, yazı-pozularımı arxivə bağışlayıram. Əgər lazım olmasa yandırın...Dünyaya çığıraraq gəldim, dünyadan gülə-gülə gedirəm."

15.04.2014.

 

Deyirlər insanlar yaxınlaşmaqda olan fəlakəti, dərdi, ölümü hiss edirlər.Özu da bilməzdiki, bu yazıdan altı ay sonar nəvəsinin sağalmaz xəstəliyə düçar olmasını eşidəçək. İlk nəvəsinin xəstəliyi onu həyatdan küsdürdü. Canından artıq sevdiyi işidə onu ovundura bilmədi.Nəzaman otağa daxil olurduq, onun bir nöqtəyə baxaraq fikrə qərq olunduğunu görürdük.

 

 

M.Teymur2

08.12.2014-cü il. Saat 10-30.

“İstanbuldan mübariz qızım Sevincimin telefonda həzin hıçqırığını eşitdim. Lal oldum…İnarəm? Müasir gəncliyimin qeyrətli, əxlaqlı gənclərindən biri. İnarəm!?..Nə edim, nə deyim?...Minsk, Bakı, İstanbul xəstəxanalarında çarpışdın…Bizi için- için dağladın…Saat 15-də əməkdaşımla dərdləşdim…İnarəm gözlərini əbədi yumdu, həyatım da onunla çevrilməyə başladı. Gülbalam, gözəl nəvəm bugün nə qədər günəşli gündür. İstanbulda sən, Bakıda mən… Kurs işin həmişə məni yandıracaq.”


 

 

 

Bəli, özü dediyi kimi Maarif müəllim həyatla həmin gündən vidalaşmağa başladı. Hər bir çətinliyin öhdəsindən gələn, bu dərdi daşıya bilmədi. Getdi, özü ilə ağır dərdini də apardı. Sən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklə mübarizə aparmaqda gördün. Lakin buna baxmayaraq çox yoruldun… Şaqraq gülüşlə bəzədilmiş açı qəhərlərini, iztirab dolu hisslərini saxlamaqdan, gizlətməkdən yoruldun… Ömrün müddəti deyil, bu ömrün ecə yaşamaq əhəmiyyətlidir. Əbədi dünyana qovuşdun, o dünyanda rahat yat!  Ruhun şad olsun Maarif müəllim!

 

Könül Nəsibova

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru 

 

 

Digər Xəbərlər  

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR