facebook logo    Twitter bird logo 2012.svg

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri Cavid Məmmədlinin görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədova həsr olunmuş məqaləsi işıq üzü görmüşdür.

 

e.mirehmedov1      Milli ədəbiyyatımızı təbliğ edən neçə-neçə görkəmli simalardan biri  mətnşünas alim, tənqidçi, əməkdar elm xadimi, filologiya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, milli ədəbiyyatımız haqqında neçə-neçə qiymətli əsərlərin müəllifi, neçə-neçə aspirant və dissertantın elmi rəhbəri və hər şeydən əvvəl bu sadaladıqlarımızın fövqündə duran unudulmaz müəllim Əziz Mirəhmədov olmuşdur.

      Görkəmli alim 1920-ci il fevralın 11-də Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat və Azərbaycan Dövlət Universitetinin filologiya fakultələrini bitirmişdir. Əmək fəaliyyətinə Respublika Uşaq Bədii Tərbiyə Evində ədəbiyyat  şöbəsi müdiri kimi başlamışdır. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. Ə.Mirəhmədov eləcə də Azərbaycan Dövlət Universitetində baş müəllim, “Azərnəşr”də redaktor və Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyində direktor olmuşdur. Bu müddət ərzində o, əmək fəaliyyəti ilə yanaşı elmi fəaliyyətini də davam etdirmişdir. 1946-cı ildə ADU-nun aspiranturasını bitirən gənc Ə.Mirəhmədov  bir il sonra “Məhəmməd Hadinin həyat və yaradıcılığı” mövzüsunda namizədlik dissertasiyası müdafiə etmişdir. Lakin  dahi Məhəmməd Hadinin vurğunu olan bu gənc dissertantın elmi işində etdiyi “səhvlər”i “görənlər” olmuşdu. Bu səbəbdən, 1951-ci ildə disser-tasiyanın nəticəsi ləğv olundu. Ancaq sonralar bu gənc dissertant böyük alim olduğu zaman dönə-dönə həmin vətən və millət şairinin yaradıcılığına müraciət edəcək, onu dünyada tanıdacaqdı. 

         Məqalə ilə daha yaxından saytımızın "Əməkdaşlarımızın arxiv araşdırmaları" bölməsindən tanış ola bilərsiniz. 

 

 

 

Digər Xəbərlər  

 

 

 

 

                                                       

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR