facebook logo    Twitter bird logo 2012.svg

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

 

14    Dekabrın 9-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib. Tədbirdə Dövlət Arxivinin direktor müavini Sima Babayeva və Dövlət Tarix Arxivinin aparıcı arxeoqrafı Rüstəm Ələsgərov iştirak etmiş və məruzə ilə çıxış etmişlər. 

       Tədbirdə qeyd edilib ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib və bununla bağlı bir sıra qurumlar tərəfindən silsilə tədbirlər həyata keçirilib. ADMİU tərəfindən təşkil olunan konfransın xarakter və mahiyyətcə bu tədbirlərin davamı olduğu diqqətə çatdırılmışdır.  

        Çıxış edənlər Azərbaycanda formalaşan multikulturalizm anlayışından danışıblar. Bildirilib ki, ölkəmizdə mövcud multikultural mühit Azərbaycan xalqının tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə yaşam tərzi olub. Müxtəlif xalqların dostluq və qardaşlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlandığı, dövlət tərəfindən inkişaf etdirildiyi və geniş təbliği olunduğu xüsusi vurğulanıb.

         Sonra konfrans işini ADMİU –da və Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Multikulturalizm və mədəni özünüdərk”, “Ədəbiyyat və incəsənətdə multikulturalizm ənənələri”, “Tarix, sosial və iqtisadi mühitdə multikulturalizm ideyaları” mövzularında bölmələrlə davam etdirib. Bölmə iclaslarında 60-dək məruzə dinlənilib, müzakirələr aparılıb. Əməkdaşlarımızn da məruzələrinin yer aldığı toplu nəşr edilmişdir. Dövlət Arxivinin direktor müavini S. Babayevanın "Azərbaycanda şərabçılığın inkişafında almanların rolu" və Dövlət Tarix Arxivinin aparıcı arxeoqrafı R. Ələsgərovun "Azərbaycan almanları" mövzusunda məruzələri ilə "Əməkdaşlarımızın arxiv araşdırmaları" bölməsində tanış ola bilərsiniz. 

 

 

 

7

 

13

 

multikulturalizm

 

 

Digər Xəbərlər 

 

 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR