facebook logo    Twitter bird logo 2012.svg

Milli Arxiv İdarəsi tərəfindən Dövlət Arxivinin Füzuli filialında, filialın və ona tabe olan rayon dövlət arxivlərinin rəhbərləri və əməkdaşları üçün növbəti seminar məşğələ keçirilmişdir.

 

20170602 115611       Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cari ildə Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir. 

    Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və  müzakirələrin aparılması nəzərdə tutulmuşdur.  

    Növbəti seminar 02 iyun 2017-ci il tarixində Dövlət Arxivinin Füzuli filialında baş tutmuşdur. Seminarda DA Füzuli filialının direktoru və əməkdaşları, həmçinin filiala tabe olan Beyləqan, Xocavənd və Cəbrayıl rayon dövlət arxivlərinin müdirləri iştirak etmişdirlər. 

      Seminar məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları -  Natiq Eminov, Həbib Həsənov və Cəmaləddin Cavadov tərəfindən aparılmışdır.

      Seminarın sonunda rayon arxivlərini maraqlandıran məslələlər barədə geniş müzakirlər keçirilmiş, İdarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə verilmişdir.  

 

 

 

 

20170602 115611

 

20170602 121058

 

20170602 115441

 

 

 

Digər Xəbərlər 

 

 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR