facebook logo    Twitter bird logo 2012.svg

Tatarıstan Respublikasının Arxiv İşi üzrə Dövlət Komitəsinin sədri xanım İrada Ayupova və Tatarıstanın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Alfred Zakirov Milli Arxiv İdarəsində olmuşlar.

 

1234      Bakı şəhərində rəsmi səfərdə olan  Tatarıstan Respublikasının Arxiv İşi üzrə Dövlət Komitəsinin sədri xanım İrada Ayupova və Tatarıstanın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Alfred Zakirov Milli Arxiv İdarəsində olmuşlar. Qonaqları Milli Arxiv İdarəsinin rəis müavini Əsgər Rəsulov qəbul etmişdir.

        Görüşdə ikitərəfli əlaqələr, arxiv işinin müxtəlif sahələri, xüsusən sənədlərin elektron daşıyıcılara köçürülməsi və arxivlərdə elektron xidmətlər sahəsində görülmüş işlər, əldə edilmiş nailiyyətlər müzakirə olunmuşdur.

        İrada Ayupova Tatarstan və Azərbaycan xalqları arasında tarixi əlaqələri və mövcud  dostluq münasibətlərini diqqətə alaraq arxiv işi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə gələcəkdə arxivlərarası əməkdaşlıq haqqında Sazişin imzalanmasını məqsədəuyğun hesab etdiyini bildirmişdir.

        Qonaqlar Respublika Dövlət Arxivlərini gəzmiş və mühafizəxanalarda sənədlərin saxlanma şəraiti ilə tanış olmuşlar.

        Görüşün sonunda qarşılıqlı olaraq arxiv sənədləri əsasında hazırlanmış jurnal və kitablar hədiyyə edilmiş və xatirə şəkli çəkdirilmişdir.  

 

  

 

123

 

 

1234

 

 

 

 

Digər Xəbərlər 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR