facebook logo    Twitter bird logo 2012.svg

Milli Arxiv İdarəsi tərəfindən Dövlət Tarix Arxivində növbəti seminar məşğələ keçirilmişdir.

 

IMAG2750       Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cari ildə Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir. 

    Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və  müzakirələrin aparılması nəzərdə tutulmuşdur.  

    Növbəti seminar 29 sentyabr 2017-ci il tarixində Dövlət Tarix Arxivində baş tutmuşdur. Seminarda Arxivin direktoru, direktor müavini, şöbə müdirləri və əməkdaşlar  iştirak etmişdirlər. 

      Seminar məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları -  Natiq Eminov, Həbib Həsənov və Solmaz Fərəcova tərəfindən aparılmışdır.

      Seminarın sonunda Arxiv əməkdaşlarını maraqlandıran məslələlər barədə geniş müzakirlər keçirilmiş, İdarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə verilmişdir. 

 

 

 

 

IMAG2745

 

IMAG2746

 

IMAG2747

 

 

 

 

 

Digər Xəbərlər 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR