facebook logo    Twitter bird logo 2012.svg

 

      Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən üç saxlama  vahidi  kino sənəd daimi saxlanılmaq məqsədi ilə AR Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

 

prezident1     Ümumi xronometrajı 5 saat 8 dəqiqə olan kino sənədlər Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin birinci, ikinci, üçüncü rübündə Nazirlər Kabinetində keçirilmiş iclasları əks etdirir. Eyni zamanda kino sənədlər qəbul edilmiş Dövlət Proqramlarının icra olunmasını, qeyri-neft sektorunun inkişafını, ölkənin xaricə məhsul ixracının vəziyyətini, müasir istehsal sahələrinin yaradılmasını, infrastruktur təminatının yaxşılaşdırılması yönündə görülən işləri, kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlıq obyektlərinə dövlət qayğısını, ölkənin ərzaq məhsulları ilə təminatını, əhalinin məşğulluğunu, turizm sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və bir sıra vacib məsələrin müzakirəsini özündə əks etdirir.

   Hal-hazırda qəbul olunmuş kino sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında müfəssəl məlumat bazası hazırlanır.

 

Digər Xəbərlər 

  

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR