facebook logo    Twitter bird logo 2012.svg

Mahnılarda yaşayan bəstəkar ömrü - Tofiq Quliyev 100

 

 

tofiq quliyev1957         Ötən əsrdə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi“Ögey ana”, “Görüş”, “Bəxtiyar” filmləri müasir Azərbaycan tamaşaçısına yaxşı tanışdır. Hər dəfə bu filmləri seyr etdikcə İsmayılın və Kamilin mahnıları, neftçi Bəxtiyarın ifa etdiyi “Zübeydə”, “Bakı”, “Üzüyümün qaşı firuzədəndir” və digər mahnılar uzun müddət yaddaşlarımızdan silinmir.Bəs “Möcüzələr adası” filmindəkişanlı Bakı neftçilərinin fədakar əməyini tərənnüm edən “Neftçi mahnısı”nı dinləyib sevməyən varmı? Bu mahnılar indi də yeni tərtibatda müasir Azərbaycan dinləyicisinə təqdim olunur, sevilir. Dərin ideya məzmunu, əlvanlığı və melodiya gözəlliyi ilə diqqəti cəlb edən bütün bu mahnıların müəllifi isəötən əsrdə Azərbaycan bəstəkarlar pleyadasının görkəmli nümayəndələrindən olmuş Tofiq Quliyevdir.

         Tofiq Quliyev mahnı janrında yaratdığı şedevr əsərləri ilə sadəcə olaraq bu sahədəki ənənələri davam etdirməklə kifayətlənməmiş, eyni zamanda musiqisevərlərin çox sevdikləri bu janrı öz qəlbinin hərarəti ilə zənginləşdirmiş, yeni axtarışlardan, musiqi boyalarından cəsarətlə istifadə etmişdir. Buna görə də görkəmli bəstəkarın yaratdığı istənilən mahnı canlı obraz və əsl həyat lövhəsi kimi nəzərimizdə canlanır.

           Məqalənin tam mətni ilə "ƏMƏKDAŞLARIMIZIN ARXİV ARAŞDIRMALARI" bölməsindən tanış ola bilərsiniz.

 

 

 

Digər Xəbərlər 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR