facebook logo    Twitter bird logo 2012.svg

Milli Arxiv İdarəsi tərəfindən Dövlət Arxivinin Lənkəran filialında, filialın və ona tabe olan rayon dövlət arxivlərinin rəhbərləri və əməkdaşları üçün növbəti seminar məşğələ keçirilmişdir.

 

 

IMAG2857       Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cari ildə Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir. 

    Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və  müzakirələrin aparılması nəzərdə tutulmuşdur.  

    Növbəti seminar 3 noyabr 2017-ci il tarixində Dövlət Arxivinin Lənkəran filialında baş tutmuşdur. Seminarda DA Lənkəran filialının direktoru və əməkdaşları, həmçinin filiala tabe olan Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivlərinin müdirləri iştirak etmişdirlər. 

      Seminar məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları -  Həsən Həsənov, Natiq Eminov və Həbib Həsənov  tərəfindən aparılmışdır.

      Seminarın sonunda rayon arxivlərini maraqlandıran məslələlər barədə geniş müzakirlər keçirilmiş, İdarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə verilmişdir.  

 

 

 

 

 

IMAG2857

 

IMAG2859

 

IMAG2860

 

IMAG2862

 

 

Digər Xəbərlər 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR