facebook logo    Twitter bird logo 2012.svg

       Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədi ilə    12605 saxlama vahidi fotosənəd AR Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

 

       prezident12017-ci ili əhatə edən fotosənədlər dövlət başçısının ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, İran, Fransa, Ukrayna, Braziliya, Əfqanıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Belorusiya, Gürcüstan, Latviya, Burkino-Faso dövlətlərinin yüksək səlahiyyətli   hökumət və dövlət nümayəndələrini qəbul etməsini, BMT və NATO-nun baş qərargahında keçirdiyi görüşləri əks etdirir. Fotosənədlər eyni zamanda Prezidentin regionlara səfərlərini, zavod və fabriklərin açılışında, avtomobil yollarının, orta məktəblərin, uşaq bağçalarının istifadəyə verilməsi mərasimində iştirakını əks etdirir. Dövlət başçısının Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin, “Yeni Gəncə” yarımstansiyasının, Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında və respublikamızda keçirilən beynəlxalq  tədbirlərdə               iştirakını əks etdirən sənədlər qəbul edilmiş fotosənədlərin tərkibini daxil edir.

      Hal-hazırda Arxivdə fotosənədlərin Milli Arxiv Fonduna qəbul olunması rəsmiləşdirilir. Hər bir sənədin məlumat bazası                    hazırlanır.

 

Digər Xəbərlər 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR