facebook logo    Twitter bird logo 2012.svg

Xalq rəssamı Altay Hacıyev tərəfindən daimi saxlanılmaq məqsədi ilə 28 saxlama vahidi foto sənəd, 1 saxlama vahidi kino sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

 

  altay haciyevAltay Hacıyev rəssamlar ailəsinə məxsusdur. Atası əməkdar incəsənət xadimi Əmir Hacıyev olub. Bu ailə Azərbaycan mədəniyyətinə, incəsənətinə səkkiz rəssam verib. Xalq rəssamı Bədirə Əfqanlı, əməkdar rəssam Arif Ağamalov, Həsən Hacıyev, əməkdar rəssamlar-Məlik və Eldar Ağamalovlar, Addiş Hacıyev bu istedadlı ailənin mənsublarıdır.

 Altay Hacıyevin yaradıcılığından xalqımızın malik olduğu milli-mənəvi dəyərlər qızıl xətlə keçir. Rəssam hansı mövzuya üz tutubsa:  “Azərbaycan. Doğma nəğmələr”, “Aşıqlar”, “Bahar”, “Payız”, “Ceyranlar” və sairə əsərlərində ali sənət amalına uyğun sənət  əsərləri ərsəyə gətirib.

 Hal-hazırda rəssamın şəxsi arxivindən təhvil alınmış fotosənədlərin AR       Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. 

 

Digər Xəbərlər 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR