facebook logo    Twitter bird logo 2012.svg


Azərbaycan Respublikası Milli Arxiv İdarəsi
Kollegiyasının "25" dekabr 2013-cü il tarixli,
Q-04 nömrəli qərarı ilə təsdiq edilmişdir.




Elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə

İnzibati Reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin elmi-tədqiqat və digər məqsədlərlə Azərbaycan Respublikasının Milli arxiv fondu sənədlərindən istifadə etmələri üçün müraciət və sənədlərinin qəbuluqaydalarını nəzərdə tutur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

2)“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı, 2-ci və 2-1-ci bəndlər;

3) “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı, 40.2-ci bənd;

4) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 mart 2000-ci il tarixli, 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Arxiv Fondu sənədlərindən istifadə Qaydaları”

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi (bundan sonra İdarə)

1.5. Elektron xidmətin digər icraçıları:

Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Qismən avtomatlaşdırılmış.

1.7. Elektron xidmətin icra müddəti: 5 iş günü

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin elmi-tədqiqat və digər məqsədlərlə Azərbaycan Respublikasının Milli arxiv fondu sənədlərindən istifadə etmələrinin təmin edilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri

2.4. Elektron xidmətin təqdim olunma yeri:

www.ehdis.az

www.milliarxiv.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

www.milliarxiv.gov.az

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Elektron xidmətin göstərilməsi üçün aşağıdakı sənədlər tələb olunur və onların surəti elektron formada təqdim edilir:

1.  fiziki şəxslər (vətəndaşlar) üçün ərizə-anket (ərizə-anketdə şəxsiyyət vəsiqəsinin seriya, nömrəsi kim tərəfindən və nə vaxt verilməsi barədə məlumatlar göstərilməlidir) (Əlavə 1)

2.   hüquqi şəxslər (idarə, müəssisə və təşkilatlar) üçün ərizə-anket (ərizə-anketdə tədqiqat üçün təhkim edilmiş şəxsin şəxsiyyət vəsiqəsinin seriya, nömrəsi kim tərəfindən və nə vaxt verilməsi barədə məlumatlar göstərilməlidir)     (Əlavə 2)

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması:

Ərizə-anket forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olaraq doldurulub elektron imza ilə təsdiq edildikdən sonra istifadəçi tərəfindən həmin ünvana göndərilir.

3.2.2. Sorğunun qəbulu:

İstifadəçi tərəfindən göndərilmiş sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilmiş internet ünvanlarına daxil olduğu tarixdə qeydiyyata alınır və istifadəçiyə bu barədə bildiriş göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

Təqdim olunmuş sorğuda çatışmazlıqlar (ərizə-anketin tam və düzgün doldurulmaması, qeyd olunan bölmələrdə yanlış məlumatın verilməsi) aşkar edilərsə sorğunun icrasından imtina edilir və bu barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina edilməsi istifadəçinin yenidən elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün müraciət etməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu:

İstifadəçi tərəfindən sorğu bu inzibati reqlamentdə qeyd olunan tələblərə uyğun şəkildə təqdim edildikdən və ya imtina üçün əsas olmayan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qəbul edilərək nəticəsi haqqında istifadəçiyə məlumat verilir.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat;

İstifadəçi tərəfindən təqdim edilən sorğu Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra xüsusi kitabda qeydə alınır və İdarənin məsul şöbəsinə icra edilməsi üçün göndərilir;

Təqdim olunmuş sorğuda imtina üçün əsas olan və ya olmayan çatışmazlıqlar aşkar edilərsə sorğunun icrasından imtina edilir (dayandırılır) və bu barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir.

Sorğu bu reqlamentlə müəyyən olunmuş tələblərə uyğun təqdim edildikdə elmi-tədqiqat və digər məqsədlərlə Azərbaycan Respublikasının Milli arxiv fondu sənədlərindən istifadə edilməyə icazənin verilməsi ilə bağlı istifadəçiyə məlumat verilir.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti;

İstifadəçi tərəfindən təqdim edilən sorğu Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonraimtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə onların vəsatətin icra müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

Təqdim olunmuş sorğuda imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda  sorğunun icrasından imtina edilir və bu barədə 2 iş günü ərzində istifadəçinin elektron poçtuna bildiriş göndərilir.

Elektron xidmətin göstərilməsi üçün təqdim edilən sənədlər bu reqlamentlə müəyyən edilmiş tələblərə uyğun olduqda və ya  imtina üçün əsas olmayan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 5 iş günü ərzində elektron xidmət göstərilir.

Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat;

Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilmə qaydası;

Sorğu qeydiyyata alındığı tarixdən bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulmuş müddətdə elmi-tədqiqat və digər məqsədlərlə Azərbaycan Respublikasının Milli arxiv fondu sənədlərindən istifadə etməyə icazənin verilməsi barədə istifadəçinin elektron poçtuna məlumat göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti İdarə həyata keçirir.

3.5.1. nəzarət forması:

Kargüzarlıq, daxil olan müraciətlərin qismən avtomatlaşdırılmış rejimdə məsul şəxs tərəfindən mütəmadi monitorinqi;

3.5.2. nəzarət qaydası:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət İdarənin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.6.3. Şikayətin baxılma müddəti:

Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 

 

Elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçünərizə-anket

(VƏTƏNDAŞLAR ÜÇÜN)

Yükləmək


Elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçünərizə-anket

(İDARƏ, MÜƏSSİSƏ VƏ TƏŞKİLATLAR ÜÇÜN)

Yükləmək

VİRTUAL KARABAKH
Information-Communication Technology Centre

Read More

ARMENIAN AGRESSION
in historical documents

Read More



LINKS