07 March 2025 11:23 News Baxış sayı : 148
Tədbiri İdarənin rəisi Əsgər Rəsulov açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Təbrikdə qeyd edilib ki, Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar.
Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı potensialının nəticəsidir. Təqdirəlayiq haldır ki, müasir gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər.
Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər.
Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuza malikdirlər. Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər.
Əsgər Rəsulov bildirdi ki, respublikamızın dövlət arxiv xidməti təşkilatlarında çalışan əməkdaşlarımızın əksər hissəsini qadınlar təşkil edir. Onların həm İdarənin mərkəzi aparatında, həm də dövlət arxiv xidməti təşkilatlarında rəhbər və məsul vəzifələrdə çalışırlar.
Əsgər Rəsulov bir daha qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onlara uzun ömür, işlərində müvəfəqiyyətlər arzuladı.
Sonda xanım əməkdaşlara gül dəstələri təqdim edilib.
Today: | 608 |
Yesterday: | 946 |
This Week: | 2491 |
Last Week: | 6281 |
This Month: | 10611 |
Last Month: | 20603 |
This Year: | 57832 |
Total: | 1370416 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az