facebook logo    Twitter bird logo 2012.svg

Elektron xidmətlərin inzibati reqlamenti

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi 
Kollegiyasının "25" dekabr 2013-cü il tarixli, 
Q-04 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə

İnzibati Reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciət və sənədlərin qəbulu qaydalarını nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1) "Milli Arxiv Fondu haqqında" Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli, 694-IQ № li Qanunu, maddə 16;
2) "Vətəndaşların müraciətlərinə baxılması haqqında" Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli, 314-IQ№ li Qanunu, maddə 7;
3)"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı, 2-ci və 2-1-ci bəndlər;
4) "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı, 40.1-ci bənd;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 mart 2000-ci il tarixli, 32 nömrəli Qərarı ilə təsdiq edilmiş "Milli Arxiv Fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında Əsasnamə", 4.4-4.5-ci və 4.9-cu bəndlər.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi (bundan sonra İdarə)
1.5. Elektron xidmətin digər icraçıları:
Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
Qismən avtomatlaşdırılmış.
1.7. Elektron xidmətin icra müddəti:
"Vətəndaşların müraciətlərinə baxılması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq 15 və ya 30 gün müddətində.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar və arxiv sənədlərinin surətlərinin verilməsinin təmin edilməsi.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri
2.4. Elektron xidmətin təqdim olunma yeri:
www.e-gov.az
www.milliarxiv.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
www.milliarxiv.gov.az
Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
Elektron xidmətin göstərilməsi üçün aşağıdakı sənədlər tələb olunur və onların surəti elektron formada təqdim edilir:
1. Fiziki şəxslər üçün:
1.1.
fiziki şəxslər (vətəndaşlar) üçün sorğu (sorğuda şəxsiyyət vəsiqəsinin seriya, nömrəsi kim tərəfindən və nə 
vaxt verilməsi barədə məlumatlar göstərilməlidir) (Əlavə 1);
1.2. Fiziki şəxsin adından ərizənin verilməsi səlahiyyətini təsdiq edən etibarnamə
2. Hüquqi şəxslər üçün:
2.1. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
2.2. Hüquqi şəxsin adından ərizənin verilməsi səlahiyyətini təsdiq edən etibarnamə
3. Sorğu ediləcək arxiv sənədinin məzmunundan asılı olaraq aşağıdakı sənədlər:
3.1. Əmək kitabçası - Əmək haqqının və ya əmək stajının təsdiq edilməsi haqqında sənəd barədə sorğu verildikdə, (Əlavə №1)
3.2. Doğum və ya ölüm haqqında şəhadətnamə - Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı üzrə sənəd barədə sorğu verildikdə (Əlavə№ 2);
3.3. Nikah və ya nikahın pozulması haqqında şəhadətnamə - Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı üzrə sənəd barədə sorğu verildikdə (Əlavə №3);
3.4. Təltif haqqında vətəndaşa təqdim edilmiş sənəd (vəsiqə) - Təltif edilmənin təsdiq edilməsi haqqında sənəd barədə sorğu verildikdə (Əlavə № 4);
3.5. Daşınmaz əmlaka dair icra hakimiyyəti orqanı tərəfindən verilmiş order, bu əsasla arxiv sənədinin verilməsi mümkün olmadıqda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ya "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun qüvvəyə minənədək (10.08.2004-cü il) daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri - Daşınmaz əmlak üzərində əşya hüququnun təsdiq edilməsi haqqında sənəd barədə sorğu verildikdə (Əlavə №5).

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.2.1. Sorğunun formalaşdırılması:

Sorğu forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olaraq doldurulub elektron imza ilə təsdiq edildikdən sonra istifadəçi tərəfindən həmin ünvana göndərilir.
3.2.2. Sorğunun qəbulu:
İstifadəçi tərəfindən göndərilmiş sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilmiş internet ünvanlarına daxil olduğu tarixdə qeydiyyata alınır və istifadəçiyə bu barədə bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
Təqdim olunmuş sorğuda çatışmazlıqlar (sorğunun tam və düzgün doldurulmaması, qeyd olunan bölmələrdə yanlış məlumatın verilməsi, bu reqlamentin 2.6-cı bəndində göstərilən aidiyyatı sənədlərin əlavə olunmaması) aşkar edilərsə sorğunun icrasından imtina edilir və bu barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina edilməsi istifadəçinin yenidən arxiv arayışı, arxiv sənədindən çıxarış, arxiv sənədinin surətini almaq üçün təkrar müraciət etməsinə mane olmur.
3.3.2. Sorğunun qəbulu:
İstifadəçi tərəfindən sorğu bu inzibati reqlamentdə qeyd olunan tələblərə uyğun şəkildə təqdim edildikdən və ya imtina üçün əsas olmayan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qəbul edilərək nəticəsi haqqında istifadəçiyə məlumat verilir.
3.4. Sorğunun icrası:
3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat;

İstifadəçi tərəfindən təqdim edilən sorğu Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra xüsusi kitabda qeydə alınır və İdarənin məsul şöbəsinə və ya aidiyyəti üzrə arxivə icra edilməsi üçün göndərilir.
Təqdim olunmuş sorğuda imtina üçün əsas olan və ya olmayan çatışmazlıqlar aşkar edilərsə sorğunun icrasından imtina edilir (dayandırılır) və bu barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir.
Sorğu bu reqlamentlə müəyyən olunmuş tələblərə uyğun təqdim edildikdə arxiv arayışı, arxiv sənədindən çıxarış, arxiv sənədinin surəti verilir.
3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti;
İstifadəçi tərəfindən təqdim edilən sorğu Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonraimtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə onların vəsatətin icra müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
Təqdim olunmuş sorğuda imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda sorğunun icrasından imtina edilir və bu barədə 5 iş günü ərzində istifadəçinin elektron poçtuna bildiriş göndərilir.
Elektron xidmətin göstərilməsi üçün təqdim edilən sənədlər bu reqlamentlə müəyyən edilmiş tələblərə uyğun olduqda və ya imtina üçün əsas olmayan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən halda 15 gün digər hallarda 30 gün ərzində elektron xidmət göstərilir.
Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.
3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat;
Yoxdur.
3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilmə qaydası;
Sorğu qeydiyyata alındığı tarixdən bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulmuş müddətdə arxiv arayışı, arxiv sənədlərindən çıxarış və ya arxiv sənədlərinin surəti elektron qaydada habelə poçt vasitəsilə göndərilir və ya şəxsən təqdim edilməsi üçün istifadəçi İdarəyə dəvət olunur.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti İdarə həyata keçirir.
3.5.1. nəzarət forması:
Kargüzarlıq, daxil olan müraciətlərin qismən avtomatlaşdırılmış rejimdə məsul şəxs tərəfindən mütamadi monitorinqi;
3.5.2. nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"la müəyyən edilmiş qaydada.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
İnzibati şikayətin forması "İnzibatı icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti:
Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 

ƏMƏK HAQQI VƏ YA ƏMƏK STAJININ TƏSDİQ EDİLMƏSİ HAQQINDA SƏNƏD BARƏDƏ SORĞU

Yükləmək


VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARININ QEYDİYYATI ÜZRƏ SƏNƏD BARƏDƏ  SORĞU

Yükləmək


VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARININ QEYDİYYATI ÜZRƏ SƏNƏD BARƏDƏ  SORĞU

Yükləmək


TƏLTİF EDİLMƏNİN TƏSDİQ OLUNMASI HAQQINDA  SƏNƏD
BARƏDƏ  SORĞU

Yükləmək


DAŞINMAZ ƏMLAK ÜZƏRİNDƏ ƏŞYA HÜQUQUNUN TƏSDİQEDİLMƏSİ HAQQINDA SƏNƏD BARƏSİNDƏ SORĞU

Yükləmək

ВИРТУАЛЬНЫЙ КАРАБАХ
Центр Информационно-Коммуникационных Технологий

Подробнее

АРМЯНСКАЯ АГРЕССИЯ
в исторических документах

Подробнее



ЛИНКИ