facebook logo    Twitter bird logo 2012.svg

Görkəmli incəsənət xadimi, xalq artisti Kazım Ziyanın anadan olmasının 120 illiyi münasibatilə onun incəsənət fəaliyyətinə həsr edilmiş e-sərgi istifadəçilərin ixtiyarına verilmişdir.           

 

   kz3 Kazım Ziya Cəfər oğlu Kazımzadə 21 mart 1896-cı ildə Naxçıvan qəzasının Əylis kəndində doğulmuşdur. Altı yaşında atasını itirən Kazım Ziya əmisinin himayəsində  böyümüşdür. 1911-ci ildə əmisinin ailəsi ilə Bakıya köçən gənc Kazım Ziya bir il sonra İranın “İttihad” gimnaziyasına daxil olur. Yeniyetmə yaşlarından ərəb, fars, rus və fransız dillərini öyrənən gənc istedad özünü məktəbin teatr truppasında sınamağa başlayır. Belə ki, 1914-cü ildə ilk dəfə truppanın hazırladığı Molyerin “Zorən təbib”  tamaşasında baş rolda çıxış edir. Onun aktyorluq istedadını yüksək qiymətləndirən Azərbaycan teatr sənətinin banilərindən Hüseyn Ərəblinski gənc Kazım Ziyanın güclü aktyor kimi yetışməsində mühüm rol oynayır.

     1916-cı ildə Müsəlman Aktyorlar Truppasına daxil olan Kazım Ziya bir il sonra yeni təşkil olunan Bakı Türk Aktyorlar İttifaqına katib seçilir.

     1918-ci ildə Bakı türk aktyor dəstəsi ilə ilk dəfə Həştərxanda qastrol səfərində olur. Burada Nəriman Nərimanovun dəstəyi ilə tamaşa və konsertlər verilir.

      Kazım Ziya Cümhuriyyət dövründə Əzim Əzimzadə və Hüseynqulu Sarabski ilə birgə Mərkəzi Fəhlə Klubunda çalışmışdır. Azərbaycanda sovetləşmənin ilk illərində Bakıda Dövlət Dram Teatrı yaradılarkən təcrübəli gənc aktyor da işləmək üçün teatra dəvət olunur. O, eyni zamanda bir çox fəhlə teatr klublarında fəaliyyətini davam etdirir.

     1924-ci ildə Naxçıvan MSSR Xalq Maarif  Komissarlığının dəvəti ilə Naxçıvan Dövlət Dram Teatrında rejissor olaraq işləməyə başlayır. Bir il sonra yenidən Bakı Türk İşçi Teatrına işləməyə dəvət olunur. 1933-cü ildə bu teatr köçürüldükdə onunla birlikdə Gəncəyə gedən Kazım Ziya 1937-ci ilə qədər burada çalışmışdır. Həmin il Bakıya qayıdaraq Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətə başlayır. O,1945-ci ildən Gənc Tamaşaçılar Teatrının bədii rəhbəri kimi fəaliyyət göstərsə də yaradıcılığı əsasən Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olmuşdur.
     İstedadlı teatr ustası neçə-neçə tamaşalarda oynadığı rollara həyat vermişdir. “Anamın kitabı”nda  Səməd Vahid, “Sevil”də  Atakişi, “Ölülər”də Şeyx Nəsrullah, “Vaqif”də Vaqif, “Dərviş Məstəli şah”da Dərviş Məstəli şah, “Yaşar”da İmamyar və digər məşhur tamaşalarda onlarla belə unudulmaz obrazlar yaratmışdır.

        Kazım Ziya təkcə teatr səhnəsində deyil kino sahəsində də özünü sınamış və bir neçə bədii filmdə yaddaqalan obrazlar yaratmışdır. “Qız qalası əfsanəsi”ndə Molla (1923), “Bismillah”da Molla Rövzəxan (1925), “Səbuhi”də Şeyx Əli (1941), “Sualtı qayıq T-9”da Sorokin (1943), “Fətəli xan”da Mirzə Nadir (1947) kimi rolların mahir ifaçısı olmuşdur. Unudulmaz sənətkar aktyorluq yaradıcılığı ilə yanaşı, işgüzar tərcüməçi, teatrşünas alim kimi də fəaliyyət göstərmiş, gənc səhnə kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir.

Dövlət istedadlı teatr ustası Kazım Ziyanın xidmətlərini yüksək qiymətləndirmiş, 1943-cü ildə ona Azərbaycan SSR xalq artisti fəxri adı verilmişdir. 1948-ci ildə isə Kazım Ziya general Tomson rolunda çıxış etdiyi “Şərqin səhəri” tamaşasına görə yaradıcı kollektivlə birlikdə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. 

            Kazım Ziya 20 noyabr 1956-cı ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunmuşdur.

            Kazım Ziyanın incəsənət sahəsində fəaliyyətinə həsr edilmiş virtual sərgi ilə BURADAN və ya VİRTUAL SƏNƏD SƏRGİLƏRİ bölümündən tanış ola bilərsiniz. 

 

 

 

Digər Xəbərlər  

 

 

              

ВИРТУАЛЬНЫЙ КАРАБАХ
Центр Информационно-Коммуникационных Технологий

Подробнее

АРМЯНСКАЯ АГРЕССИЯ
в исторических документах

Подробнее



ЛИНКИ