facebook logo    Twitter bird logo 2012.svg

Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun Milli Ordunun yaradılmasının 98 -ci illiyinə həsr edilmiş "Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı" Ömrünü Vətənə xidmətə həsr etmiş general-mayor Süleyman bəy Əfəndiyev haqqında məqaləsi mətbuatda dərc edilmişdir.

 

S.Efendiyev

     "Kaspi" qəzetinin 21 sentyabr 2016-cı il tarixli 148 (3681) №li və 22 sentyabr 2016-cı il tarixli 149 (3682) №li  buraxışlarında Azərbaycan  Respublikasının  Milli  Arxiv  İdarəsinin  Sənədlərin  nəşri  və  istifadəsi  şöbəsinin  baş  məsləhətçisi  Rafiq  Səfərovun  Milli  Ordunun  yaradılmasının 98-ci illiyinə  həsredilmiş  “Azərbaycanın  ilk  hərbi hissələrinin təşkilatçısı. Ömrünü   vətənə  xidmətə  həsr etmiş general-mayor  Süleyman bəy Əfəndiyev  Milli  Ordu  quruculuğunda  böyük xidmətləri olan şəxsiyyətlərdəndir ” sərlövhəli məqaləsi dərc edilmişdir.

Arxiv  sənəd  və  materiallarından  və  digər   mənbələrdən  istifadə  olunmaqla  hazırlanmış  həmin  məqalədə  qeyd edilir  ki, general - mayor Süleyman  bəy  Əfəndiyev  yenilməzlik  nümunəsi  göstərərək  ömrünü  tamamilə  vətənə  xidmətə  həsr etmiş  hərbçilərimizdən   olmuşdur. S.b. Əfəndiyev  1917-ci  ilin  iyulundan  başlayaraq  Azərbaycanda   Milli  Ordunun  yaradılması  təşəbbüsünün  önündə   dayanmış  ilk   hərbçilərdəndir.  S.b. Əfəndiyev  ölkənin  müstəqilliyinin  və  ərazi  bütövlüyünün  qorunub  saxlanmasında,  genişlənməkdə  olan  erməni-daşnak-bolşevik  təcavüzünün  qarşısının  alınmasında  müstəsna  rol  oynamışdır.  Azərbaycan  silahlı  qüvvələrinin  yaradılması  uğrunda  həyatını  qurban  vermişdir. S.b. Əfəndiyev  doğma  ordumuz  üçün  məfkurəvi  və  nümunəvi  zabit  olmuş  və  vəzifə  başında  öz  vətəninin  maraqlarını  qoruyarkən   özünün  fədakarlığı  üzündən  epidemiyanın  qurbanı olaraq  vətənin  əsil  oğlu  kimi  şəhid  olmuşdur.  Süleyman  bəy  Əfəndiyevin  adı   tanınmış  ictimai  xadim,  Azərbaycanın  ilk  hərbi  hissələrinin  təşkilatçısı  və  ilk  şəhid  general  kimi   tarixə  düşmüşdür. Respublikamızda   Milli Ordu  quruculuğunda,  ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasıda  rolu    olmuş  vətən  övladlarının, o cümlədən  Süleyman  bəy  Əfəndiyevin  adı  və  xidmətləri heç  vaxt unudulmur.  Onların  xatirəsi   Azərbaycan xalqının qəlbində daim yaşayır və böyük ehtiramla yad edilir.

Məqalənin  tam  mətni  ilə saytımızın "Əməkdaşlarımızın arxiv araşdırmaları" bölməsində tanış ola bilərsiniz.  

 

 

 

 

Digər Xəbərlər  

 

 

ВИРТУАЛЬНЫЙ КАРАБАХ
Центр Информационно-Коммуникационных Технологий

Подробнее

АРМЯНСКАЯ АГРЕССИЯ
в исторических документах

Подробнее



ЛИНКИ