facebook logo    Twitter bird logo 2012.svg

Milli Arxiv İdarəsi tərəfindən Dövlət Arxivinin Şəmkir filialında, filialın və ona tabe olan rayon dövlət arxivlərinin rəhbərləri və əməkdaşları üçün növbəti seminar məşğələ keçirilmişdir.

 

arda shemkir1       Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cari ildə Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir. 

    Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və  müzakirələrin aparılması nəzərdə tutulmuşdur.  

    Növbəti seminar 30 sentyabr 2016-cı il tarixində Dövlət Arxivinin Şəmkir filialında baş tutmuşdur. Seminarda DA Şəmkir  filialının direktoru və əməkdaşları, həmçinin filiala tabe olan Qazax, Ağstafa, Gədəbəy və Tovuz rayon dövlət arxivlərinin müdirləri iştirak etmişdirlər. Seminar məşğələni giriş sözü ilə ARDA Şəmkir filialının direktoru Məhəmməd Əsədov açıq elan edərək, seminarda qoyulmuş mövzuların arxivçilər üçün vacibliyini qeyd etmişdir. 

      Seminar məşğələ mövzular üzrə Milli Arxiv İdarəsinin əməkdaşları -  Həsən Həsənov, Natiq Eminov və Həbib Həsənov tərəfindən aparılmışdır.

      Seminarın sonunda rayon arxivlərini maraqlandıran məslələlər barədə geniş müzakirlər keçirilmiş, İdarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə verilmişdir.  

 

 

 

arda shemkir2

 

arda shemkir3

 

Digər Xəbərlər  

 

 

 

 

ВИРТУАЛЬНЫЙ КАРАБАХ
Центр Информационно-Коммуникационных Технологий

Подробнее

АРМЯНСКАЯ АГРЕССИЯ
в исторических документах

Подробнее



ЛИНКИ