facebook logo    Twitter bird logo 2012.svg

       Əməkdar elm xadimi, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Tofiq Məliklinin şəxsi sənədləri Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilmişdir.

 

 

Tofiq Melikli1   Tofiq Məlikli 1942-ci il avqustun 31-də Azərbaycanın Şəmkir şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi bitirmişdir. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsində almışdır (1960-1965). 1965-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor işləmişdir. O, təhsilini Moskvada, SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında davam etdirmişdir (1965-1969). Aspiranturanı bitirdikdən sonra elə həmin institutda kiçik elmi işçi (1969-1976) və böyük elmi işçi (1978-1991) vəzifələrində çalışmışdır.

    İstanbul Universitetinin ədəbiyyat fakultəsinin professoru olaraq “rus dili və ədəbiyyatı” kafedrasını açılmasında böyük xidmətləri olmuş və ona rəhbərlik etmişdir (1991-1994). Bu müddət ərzində tərtib etdiyi “türkcə-rusca danışıq kitabçası” nəşr olunmuşdur.                                                                                    

       1994-cü ildən Moskvada yerləşən Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi olaraq işləmiş və “Yeni türk şeiri: təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Nazim Hikmətin ədəbi irsi üzrə komissiyanın məsul katibidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür (1989). Onun bədii yaradıcılığında tənqid, tərcümə və poeziya başlıca yer tutur. 100-dən çox əsəri ədəbiyyatşünaslığın aktual problemlərinə həsr olunmuşdur. Moskvada “Nauka” nəşriyyatında iki elmi monoqrafiyası cap edilmişdir : “60-cı illərin əvvəli, 70-ci illərin sonunda türk poeziyası” (1980), “Nazim Hikmət və Türkiyənin yeni poeziyası” (1987). Türkiyə, Polşa, Çexoslovakiya və İtaliyada elmi ezamiyyətlərdə olmuşdur (1972-1987).

       Ədəbiyyatşünas alimin sənədləri şəxsən özü tərəfindən 2015-ci ildə Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə elmi-texniki cəhətdən işlənməsi və mühafizəsi üçün verilmişdir. Qəbul olunan sənədlər mövzu cəhətdən çox maraqlıdır. Bu sənədlər arasında yazdığı şeirlər, məqalələr, məktublar, topladığı və təsviri  sənədlər, eləcədə fonduna daxil olan yazdığı və topladığı kitablardan ibarətdir.

       Sənədlər elmi-texniki cəhətdən işləndikdən sonra tam sistemləşdirilmişdir.

       Tofiq Məliklinin sənədləri 797 saylı fondda yerləşdirilmişdir.

 

 

Digər Xəbərlər  

 

 

ВИРТУАЛЬНЫЙ КАРАБАХ
Центр Информационно-Коммуникационных Технологий

Подробнее

АРМЯНСКАЯ АГРЕССИЯ
в исторических документах

Подробнее



ЛИНКИ