facebook logo    Twitter bird logo 2012.svg

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində “Azərbaycanda multikulturalizm dövlət siyasətidir və həyat tərzidir” mövzusuna həsr edilmiş tədbir keçirilmişdir.

 

MAIbina1   8 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində “Azərbaycanda multikulturalizm dövlət siyasətidir və həyat tərzidir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, İdarənin rəis müavini Əsgər Rəsulov, Binəqədi rayonu YAP təşkilatının sədri Ramiz Göyüşov, Milli Arxiv İdarəsinin və Respublika dövlət arxivlərinin əməkdaşları, YAP-ın üzvləri  iştirak edirdilər.

       Tədbiri giriş nitqi ilə açıq elan edən Ataxan Paşayev mövzunun əhəmiyyətini vurğuladı. Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirdiyi vəhşilikdən, erməni xislətindən nümunələr gətirərək, xalqımızın multikultural dəyərlərə sadiq qaldığını bildirdi. Ermənistan ərazisində bir dənə də olsun Azərbaycanlılara məxsus abidələrin qalmamasının müqabilində Bakıdakı erməni kilsəsinin bugün də qorunub saxlanıldığını tədbir iştirakçılarının nəzərinə çatdırdı.

       Sonra söz məruzə üçün MAİ YAP ilk ərazi təşkilatının sədri Yeganə Cabbarlıya verildi. Y. Cabbarlı multikulturalizm, onun təcəssüm sahələri, Azərbaycanda multikulturalist, toleyrantlıq ənələri haqqında geniş məruzə ilə çıxış etdi. 

      Daha sonra çıxış üçün söz YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşova verildi. Natiq öz çıxışında Azərbaycanda multitulturalist ideyaların orta əsrlərdən gəldiyini, xalqımızın bu sahədə öncül bir yedə durduğunu konkret faktlarla qeyd etdi.

     Milli Arxiv İdarəsinin rəis müavini Əsgər Rəsulov öz çıxışında toleyrantlıq, multikultural dəyərlərə sahib olan azərbaycan xalqının bu istiqamətdə uğurlarından, Ümumilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi və onun idealogiyası haqqında tədbir iştirakçılarına məlumat verdi.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və himayəsi altında multikultural dəyərlərimizin beynəlxalq arenada geniş aidutoriya toplamasını tədbir iştirakçılarının nəzərinə çatdırdı.

     Çıxış edən digər natiqlər, MAİ-nin şöbə müdiri Həsən Həsənov, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könüı Nəsibova mövzu ətrafında öz fikirlərini bildirdilər.

 

  

 

ASH 9881

  

ASH 9804

 

ASH 9838

 

ASH 9847

 

ASH 9852

 

ASH 9866

 

ASH 9870

 

ASH 9830

 

ASH 9821

 

ASH 9858

 

ASH 9817

 

 

 

Digər Xəbərlər  

 

 

ВИРТУАЛЬНЫЙ КАРАБАХ
Центр Информационно-Коммуникационных Технологий

Подробнее

АРМЯНСКАЯ АГРЕССИЯ
в исторических документах

Подробнее



ЛИНКИ