facebook logo    Twitter bird logo 2012.svg

Görkəmli dövlət və ictimai xadim, böyük ədib Mirzə İbrahimovun həyat yoldaşı Sara xanıma yazdığı, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən məktubları nəşr edilmişdir.

 

hjk       "Azərnəşr" tərəfindən nəşr olunan "Sevgi məktubları" adlı kitabda Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük yazıçısı Mirzə İbrahimovun, əsasən həyat yoldaşı Sara xanıma ünvanladığı sevgi məktubları toplanmışdır. Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən həmin məktubları oxuyanlar böyük ədibi bu dəfə fərqli rakursdan tanıyacaqlar. Həmçinin bəzi məktublarda dövrün ədəbi və tarixi şəxsiyyətlərinə münasibət o dövrün gərginlikləri ilə əlaqədardır. Dünya ədəbi fikir tarixində bu janr geniş yayılmış və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Sözügedən kitabın da oxucular tərəfindən rəğbətlə qarşılanacağı şəksizdir. 

       Kitabın redaktoru Paşa Kərimov, ərəb qrafikasından çevirən isə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Aslan Qasımlıdır (Aslan Kənan). 

 

 

 

Digər Xəbərlər  

 

 

ВИРТУАЛЬНЫЙ КАРАБАХ
Центр Информационно-Коммуникационных Технологий

Подробнее

АРМЯНСКАЯ АГРЕССИЯ
в исторических документах

Подробнее



ЛИНКИ