facebook logo    Twitter bird logo 2012.svg

"AZƏRTAC" İnformasiya Agentliyi tərəfindən 6473 saxlama vahidi fotosənəd daimi mühafizə üçün Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

 

         2015–ci ili əhatə edən fotosənədlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərini və bu səfər zamanı dövlət başçısının iştirakı ilə istifadəyə verilən məktəblərin, Günəş Elektrik stansiyasının, hava limanında “Şərq Terminalı”nın, avtomobil yollarının açılışlarını əks etdirir.

         Qəbul edilmiş fotosənədlərdə eyni zamanda dövlət başçısının 2015-ci ildə beynəlxalq miqyasda rəsmi səfərlərini, qəbullarını, görüşlərini, KİV-ə verdiyi müsahibələri, çıxışlarını əks etdirir. Dəmir yol və Bakı Metropolitenində qatar parkının yenilənməsi, Hərbi Dəniz Qüvvələrinin yeni bazalarının istifadəyə verilməsi, enerji sektorunda stansiya və yarımstansiyaların istismara verilməsi, Bakı Ağ Şəhər Bulvarında həyata keçirilən inşaat işləri qəbul edilən sənədlərin əsas mövzulardandır.

          Hal–hazırda arxivdə qəbul edilmiş sənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında qısa müfəssəl məlumat hazırlanır.

 

 

 

 

Digər Xəbərlər  

 

 

 

ВИРТУАЛЬНЫЙ КАРАБАХ
Центр Информационно-Коммуникационных Технологий

Подробнее

АРМЯНСКАЯ АГРЕССИЯ
в исторических документах

Подробнее



ЛИНКИ