facebook logo    Twitter bird logo 2012.svg

Müdafiə Nazirliyi tərəfindən 2243 saxlama vahidi fotosənəd və 10 saxlama vahidi kinosənəd daimi mühafizə üçün Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

 

96          Tarix üçün əhəmiyyətli olan kino-foto sənədlər 2014-2016-cı illəri əks etdirməklə yanaşı, Müdafiə Nazirliyi sistemindəki Silahlı Qüvvələrin tədris mühitini, kadr hazırlığını, idman-döyüş təlimlərini, tərbiyə işinin təşkilini, Hərbi Akademiyada NATO tərəfindən keçirilən tədbirləri, gənc kursantların, əsgərlərin andiçmə mərasimlərini, Milli Qəhrəmanların xatirəsinə həsr olunmuş anım mərasimlərini,  general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyinə həsr olunmuş tədbiri, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Heydər Əliyev adına Hərbi liseydə kursantlarla görüşünü və Ali Hərbi Məktəbləri bitirən zabitlərin buraxılış yığıncaqlarını əks etdirir.

            Hal-hazırda Arxivə daxil olunmuş kino-foto sənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında qısa məlumat hazırlanır.

 

 

 

 

Digər Xəbərlər  

 

 

ВИРТУАЛЬНЫЙ КАРАБАХ
Центр Информационно-Коммуникационных Технологий

Подробнее

АРМЯНСКАЯ АГРЕССИЯ
в исторических документах

Подробнее



ЛИНКИ