facebook logo    Twitter bird logo 2012.svg

Multikulturalizm ili çərçivəsində Dövlət Tarix Arxivinin aparıcı arxeoqrafı Rüstəm Ələsgərovun müəllifi olduğu "Azərbaycan almanlarının arxiv sirləri" adlı kitabın təqdimetmə mərasimi keçirilmişdir.

 

rg     Dekabr ayının 15-də Dövlət Tarix Arxivində həmin arxivin aparıcı arxeoqrafı Rüstəm Ələsgərovun müəllifi olduğu "Azərbaycan almanlarının arxiv sirləri" adlı kitabın təqdimetmə mərasimi keçirilmişdir. Mərasimdə Milli Arxiv İdarəsinin şöbə müdiri Mədinə Eldarova, baş məsləhətçi Leyla Quliyeva, Dövlət Tarix Arxivinin direktor müavini Anar Mirəliyev, arxivin şöbə müdirləri və əməkdaşları iştirak etmişdilər. 

     Kitabda 19-cu əsrin əvvəllərindən etibarən almanların Azərbaycan ərazilərində məskunlaşmağa başlamaları və bu torpaqlarda  8 koloniya yaratmaları haqqında ətraflı məlumat verilir. Uzun illər çiyin çiyinə zəhmətə qatlaşmış, mehriban qonşuluq şəraitində yaşayan azərbaycanlılarla almanların xoş münasibəti, onların Azərbaycan iqtisadiyyatında, mədəniyyətində oynadıqları rol haqqında maraqlı informasiyalar kitabda əks olunmuşdur. 

      Kitab elmi-populyar nəşr olmaqla arxiv sənədləri əsasında hazırlanmışdır. 

 

 

 

 

 

 

 

 

  

20161213 102611 1

 

20161213 103447 1 1

 

20161213 103443 1

 

 

Digər Xəbərlər 

 

 

ВИРТУАЛЬНЫЙ КАРАБАХ
Центр Информационно-Коммуникационных Технологий

Подробнее

АРМЯНСКАЯ АГРЕССИЯ
в исторических документах

Подробнее



ЛИНКИ