facebook logo    Twitter bird logo 2012.svg

Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun yazısı “Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda keçirilən yazı müsabiqəsində 2-ci yerə layiq görülmüşdür. 

 

 

r.safarov4   Dekabrın 26-da Azərbaycan  Respublikası Təhsil Nazirliyinin mətbu orqanı “Azərbaycan  müəllimi”  qəzetinin “Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda elan etdiyi yazı müsabiqəsinə yekun vurulmuşdur.  Sözügedən müsabiqədə Milli  Arxiv  İdarəsinin  “Sənədlərin  nəşri  və  istifadəsi”  şöbəsinin  baş  məsləhətçisi  Rafiq  Səfərov iştirak  etmişdir.

     Ölkəmizin elm və təhsil müəssisələrində çalışan alim, müəllim, pedaqoq  və  tədqiqatçıların, eləcə də magistr və doktorantların, araşdırmaçı jurnalistlərin iştirak  etdiyi  müsabiqəyə  Rafiq Səfərov “Milli təhsil  tariximizdə  izi qalan  tədris  ocaqları: Qori  və  İrəvan  müəllimlər  seminariyalarının  milli  təhsil  tariximizdəki yeri və rolu  haqqında” yazdığı  məqələni təqdim etmişdir. Müsabiqəyə 26 noyabr 2016-cı il tarixdən 15 dekabr 2016-cı il tarixinədək  müddətdə 80-dən artıq yazı təqdim olunmuşdur. 

     Təqdim olunan yazılar tanınmış  pedaqoq, alim və mütəxəssislərdən ibarət münsiflər  heyəti  tərəfindən  qiymətləndirilmişdir.  İdarəmizin  baş  məsləhətçisi  Rafiq  Səfərovun  müsabiqəyə  təqdim  etdiyi  yazı  münsiflər  heyəti  tərəfindən yüksək qiymətləndirilərək II yerə layiq görülmüş, qiymətli hədiyyə və diplomla mükafatlandırılmışdır. 

       R. Səfərovun “Milli təhsil  tariximizdə  izi qalan  tədris  ocaqları: Qori  və  İrəvan  müəllimlər  seminariyalarının  milli  təhsil  tariximizdəki yeri və rolu  haqqında” məqaləsi ilə "Əməkdaşlarımızın arxiv araşdırmaları" bölməsindən tanış ola bilərsiniz. 

 

  

 

r.safarov2

 

r.safarov3

 

r.safarov1

 

R.Safarov diplom

 

 

 

Digər Xəbərlər 

 

 

 

 

ВИРТУАЛЬНЫЙ КАРАБАХ
Центр Информационно-Коммуникационных Технологий

Подробнее

АРМЯНСКАЯ АГРЕССИЯ
в исторических документах

Подробнее



ЛИНКИ