Национальное Архивное Управление

Азербайджанской Республики

Мы должны уделять серьезное внимание архивным делам.
Во-первых, это единственный источник отражающий
историю нашего народа. Во-вторых, они являются весьма
важным фактором противостояния тем, кто
искажает нашу историю.

ПОСЛЕДНИЕ НОВОСТИ

Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Əsgəran döyüşlərinin qəhrəmanı - general-mayor Həbib bəy Səlimovun xidmətlərinə dair qeydlər” sərlövhəli məqaləsi mətbuatda dərc edilib

Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Əsgəran döyüşlərinin qəhrəmanı - general-mayor Həbib bəy Səlimovun xidmətlərinə dair qeydlər” adlı məqaləsi “Kaspi” qəzetinin 24 yanvar 2026-cı il tarixli, 03 (4254) sayında, o cümlədən eyniadlı qəzetin elektron resurslarında dərc edilib. 

Azərbaycanın şanlı hərb tarixinə düşmüş görkəmli hərbi sərkərdələrdən  biri də general-mayor  Həbib bəy Səlimovdur. Görkəmli hərbi sərkərdə- Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də Azərbaycanın qədim torpaqlarından biri sayılan İrəvanda anadan olmuşdur. Onun orduda xidməti 1900-cu ilin avqust ayından başlayır. Həbib bəy Səlimov 1900-cü ilin avqust ayından etibarən 156-cı Yelizavetpol süvari alayına könüllü yazılaraq  orada qısa müddətdə - cəmi on dörd ay  xidmət etdikdən sonra unter-zabit rütbəsini əldə etmişdir.

Həbib bəy Səlimov 1902-ci ildə  Tiflis şəhərində  süvari məktəbini bitirərək  üçüncü Qafqaz  Atıcı Batalyonunda xidmət etməyə başlamışdır.O, Qafqaz  Atıcı Batalyonunda podporuçik rütbəsində xidmət etmişdir.

Həbib bəy Səlimov 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə isə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin edilmişdir. O, həmin ilin sentyabrında hərbi xidmətinə görə Müqəddəs Vladimir ordeni ilə təltif edilmişdir.

1908–1910-cu illərdə Həbib bəy Səlimov Beşinci Qafqaz Atıcı  Batalyonunun tərkibində Naxçıvan-Culfa sərhədində xidmət etmiş və məxfi tapşırıqlarla  Tehrana  göndərilmişdir. 1912-ci ildə Həbib bəy Səlimov növbəti  kapitan rütbəsini əldə etmişdir. O, daha sonra Peterburq şəhərində Baş Qərargahın  Nikolayev Hərbi  Akademiyasını bitirmişdir.  

Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.


Cегодня: 3150
Вчера: 2595
На этой неделе: 5745
На прошлой неделе: 13420
Этот месяц: 29250
Прошлый месяц: 55392
В этом году: 181289
Всего: 1875214
1875214