NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Dövlət Arxivinin Lənkəran filialında növbəti ekskursiya təşkil edilib

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Lənkəran filialının 2025-ci ilin İş Planına uyğun olaraq filialın və Lənkəran şəhər Azər Məhərrəmov adına 7 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil olunub.

09 dekabr 2025-ci il tarixdə adı çəkilən məktəbin direktoru Aynur Məmmədovanın  rəhbərliyi ilə təşkil olunmuş ekskursiyada ARDA Lənkəran filialının direktoru Camal Babazadə şagirdlər qarşısında çıxış edərək arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplekləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların  tələbləri haqqında  məlumat verdi.

Daha sonra şagirdlər sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış oldular  onların sualları cavablandırıldı.

 


Today: 1696
Yesterday: 1163
This Week: 1696
Last Week: 9430
This Month: 28479
Last Month: 48459
This Year: 442179
Total: 2136104
2136104