Национальное Архивное Управление

Азербайджанской Республики

Мы должны уделять серьезное внимание архивным делам.
Во-первых, это единственный источник отражающий
историю нашего народа. Во-вторых, они являются весьма
важным фактором противостояния тем, кто
искажает нашу историю.

ПОСЛЕДНИЕ НОВОСТИ

Milli Arxiv İdarəsində “Etika. Korrupsiyanın qarşısının alınması” mövzusunda təlim keçirilib

           Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində 2025-ci il üçün illik iş Planına uyğun olaraq, İdarədə “Etika. Korrupsiyanın qarşısının alınması” mövzusunda təlim keçirilib.

            Tədbirdə Milli Arxiv İdarəsinin İnsan resursları və hüquqi təminat sektorunun müdiri Təranə Aslanova, həmin sektorun əməkdaşları, İdarənin mərkəzi aparatında inzibati vəzifə tutan dövlət qulluqçuları, dövlət arxiv xidməti təşkilatlarının məsul əməkdaşları iştirak ediblər.

           Təranə Aslanova təlimi açıq elan edərək, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq, dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, kadr potensialının inkişaf etdirilməsi, dövlət qulluqçularının etik davranışı, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qulluğunda ictimai etimadın və vətəndaş məmnunluğunun artırılmasının aktuallığını qeyd etdi.  

Daha sonra “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”  Qanununun prinsipləri əsasında korrupsiyanın, maraqlar  toqquşmasının qarşısının alınması və əmlakdan istifadə, o cümlədən müəssisədaxili etik problemlər, idarəetmədə sui-istifadə və korrupsiya faktları, dövlət əmlakından qeyri-səmərəli istifadə haqqında  məlumat verildi.

Tədbir açıq diskussiya formatında və komanda halında tətbiqi tapşırıqların həlli ətrafında davam etdirildi.  

 


Cегодня: 1670
Вчера: 1564
На этой неделе: 4783
На прошлой неделе: 13063
Этот месяц: 12081
Прошлый месяц: 43519
В этом году: 469300
Всего: 2163225
2163225