04 December 2024 04:52 News Baxış sayı : 532
4 dekabr 2024-cü il tarixində Milli Arxiv İdarəsinin cari ilin “İş Planı”na uyğun olaraq "Milli arxiv fondunun (MAF) sənədlərinin və elmi-məlumat aparatının rəqəmsallaşdırılması, qeydiyyatı işinin təşkili qaydaları, Vahid Elektron Arxiv Məlumat Sisteminin (VEAMS) tələbləri" və "MAF-ın informasiya sistemləri, arxiv məlumatlarının axtarışı və istifadəsində onların əhəmiyyəti" mövzuları üzrə seminar keçirilib.
Seminarda İdarə rəisinin müavini Həsən Həsənov, Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva, müvafiq şöbənin və respublika dövlət arxivlərinin aidiyyəti sahəyə məsul olan əməkdaşları iştirak ediblər.
Seminarı açıq elan edən Həsən Həsənov Milli Arxiv İdarəsi tərəfindən keçirilən seminar və məşğələlərin arxivçilərin bilik və bacarığının artırılması istiqamətində önəmini vurğuladı. Adıçəkilən seminarın mövzusuna toxunaraq, onun əhəmiyyəti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2024-cü il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları” haqqında məlumat verdi.
Daha sonra Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva İKT tətbiq etməklə arxiv işinin avtomatlaşdırılması, MAF sənədlərinin və elmi-məlumat aparatının rəqəmsallaşdırılması sahəsində görülən işlərin daha səmərəli təşkilinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən müvafiq statistik göstəricilər haqqında məruzə ilə çıxış etdi.
Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin əməkdaşları Qulam Məmmədzadə, Zinyət Vəliyeva müvafiq olaraq arxiv sənədlərinin rəqəmsallaşdırılmasının məqsədi, elektron istifadə fondunun yaradılmasının əsas mərhələləri, MAF sənədlərinin elektron nüsxələrinin Vahid Elektron Arxiv Məlumat Sisteminə ötürülməsi, qeydiyyatı, arxiv məlumatlarının sistemdə axtarış qaydaları barədə təqdimatla çıxış etdilər.
Elektron Sənəd Dövriyyəsi Sisteminin (ESDS) istifadəsində mövcud problemlər və onların həlli yolları barədə Roza Əliyeva iştirakçılara məlumat verdi. Sözügedən mövzu ətrafında Dövlət Arxivinin direktor müavini Səyyarə Hacıyeva və şöbə müdiri Kiçikxanım Əlizadə, Dövlət Elm və Texnika Sənədləri Arxivinin əməkdaşı Turan Ağayeva öz fikirlərini bildirdilər.
Seminar sual-cavab formatında davam etdirildi.
Today: | 399 |
Yesterday: | 774 |
This Week: | 5768 |
Last Week: | 6350 |
This Month: | 18477 |
Last Month: | 25108 |
This Year: | 284626 |
Total: | 1305047 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az